Bakının Nəsimi rayonunun Cavadxan küçəsində yerləşən keçmiş “Şəki” kafesi ərazisində aparılan qanunsuz tikinti işləri bitmək bilmir. Hazırda ərazidə ağır dəmir konstruksiyalardan istifadə ilə geniş betonlama işləri davam etdirilir.
Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi “Şamaxılı Cavid” və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovun “xeyir-duası” ilə aparılan tikinti işləri ilə bağlı yeni məlumatlar əldə etmişik. İnanırıq ki, bu məlumatlar gec də olsa əlaqədar qurumları hərəkətə keçirəcək, mümkün faciələrin qarşısını alacaq.
Tikinti işləyən fəhlələrin heç birinin əmək müqaviləsi yoxdur
Öncə qeyd edək ki, keçmiş “Şəki” kafesi ərazisində aparılan tikinti prosesində çalışan usta-fəhlə heyətinin böyük əksəriyyətinin əmək müqaviləsi yoxdur. Onlar qaçaq şəkildə, əmək müqaviləsi olmadan çalışdırılır. Ancaq maraqlıdır ki, nə Əmək Müfəttişliyi, nə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, nə də digər yetkili qurumlar bir dəfə də olsun tikinti yerinə baş çəkməyib, orada çalışan fəhlələrlə maraqlanmayıb.
Tikintidə çalışan fəhlələrdən birinin verdiyi məlumata görə, onlara təhlükəsizliklə bağlı zəruri geyim vasitələri də verilməyib. Bu isə hər hansı qəza anında işçilərin təhlükəsizliyini təmin etməyə imkan vermir.
Bütün gecə davam edən tikinti, pul mükafatı və hədə...
İşçilərdən birinin Yenixeber.org-a verdiyi məlumata görə, tikinti prosesi iki rejimdən – səhərdən axşama və axşamdan səhərə qədər davam etdirilir. Məqsəd nəyin bahasına olursa-olsun tikinti işlərini sürətlə başa çatdırmaqdır. Mənbənin bildirdiyinə görə, bunun üçün işçilərə artıq pul mükafatı da vəd edilib. İş icraçısı bildirib ki, hansı briqada üzərinə düşən öhdəliyi vaxtından tez yerinə yetirsə, ona əlavə pul veriləcək. Bununla bərabər, tapşırılan işi vaxtında görə bilməyən briqadanın pulunun kəsiləcəyi də bildirilib. Yəni işçilərə münasibətdə həm kökə, həm də kötək prinsipi rəhbər tutulur.
“Tikinti düz keçidin üstündə aparılır: Hər an hər şey ola bilər”
Mənbənin sözlərinə görə, tikinti prosesi düz keçidin üzərində inşa edilsə də, bu, nə Bakı metropolitenini, nə də FHN şefi Kəmaləddin Heydərovu narahat etmir. Baxmayaraq ki, vəziyyət həqiqətən də kritikdir və hər an hər şeyin olması mümkündür. Bunu da nəzər almaq lazımdır ki, hazırda obyektin birinci mərtbəsi inşa olunur. İkinci mərtəbə və dam örtüyü qoyulandan sonra keçidin üzərinə düşən yük də artmış olacaq. Bu isə keçidin uçması ehtimalını artıracaq.
Fəhlələr həbs təhlükəsi altında
Yeri gəlmişkən, tikintinin dörd bir tərəfdən hündür dəmir konstruksiya ilə qapanması ciddi şübhələr yaradır. Məhz bu faktor ətrafdakı insanlarla yanaşı, tikintidə çalışanlarda da da haqlı sual yaradır: “Burda tikinti işləri hansı qanunsuzluqlar əsasında aparılır ki, hamıdan ciddi cəhdlə gizlədilir?” Fəhlələrdən birinin sözlərinə görə, ərazidəki tikintinin təməl işləri onu deməyə əsas verir ki, burda planlaşdırılan obyekt kifayət qədər irihəcmli olacaq. Belə bir obyektin metro keçidi üzərində olması isə kifayət qədər risklidir. Bu isə tikintidə çalışanları ciddi narahat edir: “Biz qrup olaraq əvvəllər də bu adamların obyektlərində çalışmışıq, amma heç vaxt bu qədər gizlilik və tələskənlik olmayıb. Bizi də məhz bu qorxudur. “Melisa park”da baş verənlər hər kəsə dərs oldu. Bir tikə çörək qazanmaq üçün xozeynin əmrin yerinə yetirən buldezer sürücüsü həbs olundu. Tikintinin ağırlığı səbəbindən metro keçidinin çökməsi ilə burda da hər hansı bir hadisə baş versə biz fəhlələr cəza alacayıq. Çünki buranın sahiblərinin arxası güclüdfür. Özləri də deyir ki, biz istədiyim yerdə istədiyimizi tikərik və heç kim buna manə ola bilməz. Hamının pulunu verib susdurmuşuq.
Tikinti sökülməli, onu tikənlər cəzalandırılmalıdır
Mənbə qeyd edib ki, ərazidə aprılan irimiqyaslı tikinti prosesi yaxınlıqdakı obyekt və binalarıns akinləri tərəfindən də narazılıqlar qarşılanmaqdadır. Obyekt sahibləri ehtiyat edir ki, keçidin üzərində inşa edilən bu tikili müvafiq qurumların müdaxiləsi ilə sökülə bilər və o zaman “söküntü bumu” onların obyektini də hədəf ala bilər. Yaxınlıqdakı binaların sakinləri isə gün ərzində bir neçə dəfə keçiddən istifadə etdiklərini bildirir və qorxurlar ki, bir gün keçidin uçması ilə fəlakətlə üzləşə bilərlər. Həm obyekt sahibləri, həm də sakinlər hesab edir ki, keçmiş “şəki” kafesində aparılan tikinti işləri dayandırılmalı, tikinti sökülməlidir. Sakinlər iddia edir ki, əgər tikinti prosesi davam etsə, o zaman bu özbaşınalıqla bağlı dövlət başçısına müraciət ünvanlayacaqlar.
ANONSLAR:
1.Tikilən obyekt kimə məxsusdur?
2.Obyektin sənədi ilə bağlı hansı problem var?
3.FHN-a göndərilən sorğu və Kəmaləddin Heydərova olan ümidlər...
4.Sərnişinlərin təhlükəsizliyini təmin etmədiyi üçün Bakı metropoliteni məhkəməyə verilə bilərmi?
Yenixeber.org
“Şəki” kafesi ərazisində aparılan qanunsuz tikinti keçidi zəbt etdi? - Əmək müqaviləsiz fəhlələr və hədə...
12
may
19:37

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin "Şamaxılı Cavid" kabusu -Kəsilən onlarla ağaclardan sonra “yaşıl qətliam”dan geridə qalanlar/İLGİNC FAKTLAR
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Nəsimi rayonunda QANUNSUZ TİKİNTİlərin himayəçisi kimdir? -FOTOFAKT
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Dördmərtəbəli evin BEŞİNCİ MƏRTƏBƏSİ – Elşad Həsənov "ROMANTİKASI"nın səbəbi nə? / FOTOFAKT
- 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- Şəkidə silah və narkotik əməliyyatı - VİDEO
- İran Mossadın binasını vurdu - VİDEO
- Narkokuryerliyə cəlb olunan şəxsdən silah götürüldü - VİDEO
- 70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
- Daha bir general öldürüldü - 4 gün əvvəl təyin edilmişdi
- “Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
- Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? -Fotofaktlar
- MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
- Dövlət qurumunda işə düzəltmək adı ilə dələduzluq etməkdə şübhəli bilinən qadın məsuliyyətə cəlb edilib
- “Naxçıvanbank”dakı 1 milyarddan çox pul yoxa çıxıb
- Cəlilabadda sosial-iqtisadi inkişaf durmadan artır
- ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU
- Hava ilə bağlı yeni XƏBƏRDARLIQ – Riskli vaxtlar AÇIQLANDI
- Lavrov İrəvanda Paşinyana ULTİMATUM VERIB: Rusiya Ermənistanın “KUPÇA”sını istəyir
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
- “Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
- “Canişin”in ən ağıllı məsləhəti və çözüm təklifi FOTO
- “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
- Şahin Əliyev yeni vəzifəyə təyin olundu