Kainat.tv xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Sülh müqaviləsi haqda danışan Mirzoyan qeyd edib ki, yaxın gələcəkdə sazişin razılaşdırılmamış 1-2 bəndi üzrə razılığa gəlmək mümkün olacaq, bundan sonra müqavilə imzalanmağa hazır olacaq.
Nazir razılaşdırılmamış bəndlərdən birinin Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı olduğuna eyham vurub:
“Heç kimə sirr deyil ki, Azərbaycan tərəfi Ermənistan Konstitusiyasında onun ərazisinə müəyyən ərazi iddiasının olması ilə bağlı ilkin şərt irəli sürüb”.
“Azərbaycan tərəfinə təkliflər göndərmişik, bu təkliflər yarı rəsmi səviyyədə müsbət qarşılanıb. Burada da müəyyən müsbət ab-hava var. Bu baxımdan bizim prinsiplərimiz ondan ibarətdir ki, blokdan çıxarılması lazım olan bütün infrastruktur ölkələrin suverenliyi altında qalmalı və keçdikləri ölkələrin qanunlarına uyğun fəaliyyət göstərməlidir”.
Ermənistan sülh müqaviləsinin razılaşdırılmış bəndlər üzrə imzalanmasını təklif eləsə də, Azərbaycan yarımçıq sazişə imza atmayacağını bəyan edib. Müqavilənin razılaşdırılmamış 3 bəndindən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Rəsmi Bakı bunun müqavilənin imzalanmasına mane olan yeganə faktor olduğunu açıqlayıb. Mirzoyanın açıqlamasının yaratdığı ehtimal budur ki, İrəvanda tam razılaşdırılmış sazişin imzalanması tələbini qəbul ediblər. //Teleqraf.com