Azərbaycanda bütün qurumlar ilboyu tenderlər keçirir, öz təlabatlarını ödəmək və lazım olan işlərin həyata keçirilməsi üçün milyonlarla manat sərf edirlər.
"Tribunainfo" xəbər verir ki, bu araşdırmalar zamanı üzə çıxan əsas məqamlardan biri də odur ki, dövlət qurumları çox vaxt yüksək məbləğli tenderləri öz yaxın şirkətlərinə verməkdə maraqlı olurlar.
Son araşdırmamız zamanı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) analoji hala yol verdiyi məlum olub. Belə ki, sözügedən qurum 2024-cü ildə toplam 24 tender keçirib. Bu tenderlər üzrə açıq mənbələrdə qurumun 17 745 543 manatlıq satınalma müqaviləsi bağladığı qeyd olunur.
İlk olaraq bildirək ki, AQTİ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tərkibində fəaliyyət göstərir və onun hazırda rəhbəri Əli Nəbiyevdir. Açıq mənbələrdə Nəbiyevin AQTA rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı olduğuna dair bir çox məlumatlar var.
İndi isə keçək əsas mətləbə.Araşdırma zamanı məlum olub ki, AQTİ-nin ilboyu keçirdiyi 24 tenderdən 5-i bir şirkət tərəfindən udulub. Söhbət “AVAZ GROUP” MMC-dən gedir. Elə açıq mənbələrdə aydın şəkildə görünür ki, AQTİ 5 müsabiqə üzrə 17.7 milyon manatlıq pulun 13 milyon 313 min 40 manatını və ya 75 faizini bu şirkətə həvalə edib. Bu məbləğlərlə isə AQTİ “Avaz Group”dan yalnız labaratoriya avadanlığı və bəzi reaktivlər alıb.
Sözügedən şirkətlə bağlı açıq mənbələr üzərindən apardığımız araşdırmada bəzi maraqlı məqamlar diqqəti çəkir. Vergilər Nazirliyinin reyesterində qeyd edilib ki, “Avaz Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Mədət Sadıqovdur.
Rentry.co saytında yer almış xəbərdə isə vurğulanır ki, bu şirkət 25 yanvar 2007-ci il tarixində Sadiq Ərzuman oğlu Məmmədov tərəfindən yaradılıb. Lakin sonradan şirkətin qanuni təmsilçisi dəyişdirilib və onun başına Qoşqar Təhməzlinin öz şirkəti olan “Medeks”dəki işçisi Mədət Sadıqov gətirilib.
Sayt daha sonra qeyd edir ki, Sadiq Məmmədov məhz Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilir. Lakin 2023-cü ildə vəzifəsindən azad edilib. Hazırda onun “Avaz Group”un idarəçiliyini həyata keçirdiyi deyilir.
AQTİ-nin həyata keçirdiyi maraqlı tenderlər sırasında isə avtomobil həvəskarlıqı diqqəti çəkir. Belə ki, bu qurum bir ilin içində 655 min 500 manatlıq avtomobillər alıb. Onlardan 4-ü “LEXUS-BAKI” MMC-dən alınıb. Bu sedan tipli maşınlara AQTİ 448.800 min manat xərcləyib. İkinci tender isə “TOYOTA ABSHERON MERKEZI” MMC-nin “bəxtinə” düşüb. 3 avtomobilin alınmasına 206.700 manat sərf olunub.
Yazıda adı keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq
17 milyonluq tenderin 13 milyonu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir? – ARAŞDIRMA
17
fevral
13:25
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Müharibə meydanını xatırladan Xırdalanın mərkəzinə gedən yol - BAXIMSIZLIQ
Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu, qərara əməl etmədi – Foto
Yasamalın icra başçısı şəhid küçəsinə baxmağdan İMTİNA EDİB? – FOTO
Bir ildə 67 milyonluq tender udan “LAL” deputat - ARAŞDIRMA
ƏƏSMN-nin TENDER OYUNUNDA 1.2 milyona tikilən 20 evin HOQQASI: Satınalma ""İŞİ"nə girişən Mehman Məmmədov KİMDİR?
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ