Təəssüflər olsun ki, Fransa müstəmləkəçiliyi hələ də davam edir. Parisin kolonializm siyasətinin əsas qurbanlarından biri isə Yeni Kaledoniyadır. Fransa bütün çağırışlara rəğmən, beynəlxalq hüququ ayaq altına ataraq, öz imperialist xislətindən əl çəkmir.
Yeni Kaledoniyanın müstəmləkə tarixi
Kainat.tv xatırladır ki, Fransızlar Yeni Kaledoniyanı 1853-cü ildə işğal ediblər. III Napoleon ərazini imperiyanın bir hissəsi elan etdikdən sonra adanı cəzaçəkmə koloniyasına çevirib. Artıq 170 ildir ki, Fransa bu ada dövlətinin maddi-mənəvi sərvətlərini vəhşicəsinə talan edir.
Lakin kanak xalqı bütün zülmlərə baxmayaraq hər zaman öz azadlıqları uğrunda mübarizə aparıb. Xüsusilə də, kolonialistlərin yerli əhalini sıxışdırması ötən əsrin 80-ci illərində adada vətəndaş müharibəsinin baş verməsinə səbəb olub.
Uzun müddət davam edən toqquşmalarda 90-a yaxın şəxs həyatını itirib. Nəhayət 1988-ci ildə əldə olunan Matinyon Udino və 1998-ci ildəki Numea razılaşmaları ilə gərginliyə son qoyulub. 20 ilə yaxın müddətdə adada sakitlik hökm sürüb.
Kolonializmin oyanışı
Emmanuel Makronun hakimiyyəti dövründə adada yenidən gərginlik artıb. Belə ki, Makron əvvəlki razılaşmaları heçə sayaraq Fransa müstəmləkəçiliyini ən sərt formada tətbiq etmək taktikasına əl atıb. Makron hakimiyyəti ilk növbədə Numea razılaşmasını pozmaqla kanakların hüquqlarını kobud şəkildə tapdayıb.
Həmin razılaşmanın 5-ci bəndində “Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı mümkün olan üç məsləhətləşmənin nəticəsi mənfi olarsa, siyasi tərəfdaşlar bu yeni vəziyyəti araşdırmaq üçün bir araya gələcəklər” və "məsləhətləşmələr yeni təklif edilən siyasi təşkilatlanma ilə nəticələnmədiyi təqdirdə, 1998-ci il razılaşması ilə qurulan siyasi təşkilat qüvvədə qalacaq və geri dönüş mümkün olmayacaq və bu “geri dönməmə” konstitusiya ilə təmin ediləcək” deyə qeyd olunub.
Lakin Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərə seçkilərdə səs vermək imkanı verən qanun layihəsini qəbul etdi. Bu isə Numea müqaviləsinin açıq şəkildə pozulması deməkdir. Üstəlik, bu addım Fransanın adaya köçürdüyü kolonialistlərə səs vermək imkanı yaratmaqla, kanak xalqının hüquqlarına mane olmaq cəhdi idi.
Kanaklar Makronun kolonializmi gücləndirmək planı ilə razılaşmadı...
Fransanın müstəmləkəçilik siyasətini davam etdirmək cəhdinə etiraz olaraq, kanak xalqı bu ilin may ayında etiraz aksiyalarına başladı. Lakin Makron rejimi haqsız qərarından geri addım atmaq yerinə, dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etmək variantını seçdi.
Fransa Prezidentinin 15 mayda imzaladığı fərmanlarla Yeni Kaledoniyada hərbi vəziyyət elan olundu. Üstəlik adaya qoşun yeridildi. Nəticədə hüquq-mühafizə orqanlarının zorakı davranışları nəticəsində 13 nəfər həyatını itirdi, 100-lərlə insan yaralandı, çox sayda infrastruktur obyektləri dağıdıldı.
Digər tərəfdən, Fransanın hərbi vəziyyət rejimi nədənsə adadakı Avropa mənşəli şəxslərə aid edilmədi. Ona görə də, silahlı milislər də hüquq-mühafizə orqanları ilə birlikdə kanaklara qarşı hücuma keçdilər.
Kütləvi həbslər
Bununla da kifayətlənməyən Fransa kanak xalqının siyasi mübarizəsinə liderlik edən fəallara qarşı repressiyaya baş vurdu. Kanak fəallardan 13 nəfər cinayət işinə hazırlığa və öldürmək cəhdinə görə cinayətkar qruplaşmanın təşkilində ittiham edilərək mühakimə olundu. Lakin həbsin əsas səbəbi onların Fransa müstəmləkəsinə qarşı hüquqlarını tələb etməsi idi.
Ərazilərin Koordinasiyası Şəbəkəsinin lideri Kristian Tein başda olmaqla, təşkilatın 7 fəalı iyunda həbs olunaraq Fransaya aparılıb. Həbs olunanlar sırasında Roç Vamytan, Brenda Hanthipe Vanabo, Joël Tjibaou kimi kanak fəallar da var.
Eyni amanda Fransa kanakların söz azadlığı hüququnu kobud şəkildə pozaraq, heç bir əsas olmadan “TikTok” sosial şəbəkəsini blokladı. İnsan Haqları Liqası və Quadrature du Net kimi birliklər söz və fikir azadlığına zidd olan bu qərardan dərhal apelasiya məhkəməsinə şikayət etdilər. Ancaq bu şikayətləri Dövlət Şurası əsaslı hesab etmədi.
Fransa BMT-nin çağırışlarını da qulaqardına vurur
Yeni Kaledoniyada Fransanın insan hüquqlarına zidd addımları BMT tərəfindən də narahatlıqla qarşılanıb. Belə ki, BMT ekspertlərinin 19 avqust tarixli bəyanatında Parisin kanaklara qarşı zorakı addımları açıq şəkildə tənqid edilib.
Mütəxəssislər Numea Sazişini ləğv etmək cəhdinin kanak xalqının hüquqlarını kobud şəkildə pozduğunu bildiriblər:
“On minlərlə kanak nümayişçisi fevral ayından bəri bu islahatları pisləmək üçün dinc şəkildə səfərbər olur. 2024-cü ilin may ayından şiddətli qarşıdurma davam edir. Fransa hökuməti etirazçılara qarşı hərbi vasitələr və həddindən artıq güc tətbiqi tətbiq edib. Bu kanaklar arasında bir neçə nəfərin ölümünə, 169 nəfərin yaralanmasına, 2235 nəfərin həbsi ilə nəticələnib.
Müstəqilliyə qarşı olan şəxslərin ağır silahlı silahlı birləşmələrinin mövcudluğu ilə bağlı iddialar bizi xüsusilə narahat edir. Hökumət orqanları tərəfindən bu milis qruplarının ləğvi və mühakimə olunması üçün heç bir tədbir görülməməsi qanunun aliliyi ilə bağlı ciddi narahatlıq doğurur”.
Ekspertlər Fransa hökumətini kanakların ölümünə səbəb olan silahlı milisləri dərhal işdən azad etməyə, Numea sazişinə hörmət etməyə çağırıblar.
Noyabrın 7-də isə BMT-nin İnsan Hüquqları Komitəsi dünən Fransada insan hüquqlarının vəziyyətinə dair nəticələri dərc edib. Sözügedən hesabatda Fransanın Yeni Kaledoniyada törətdiyi hüquq pozuntuları da ifşa olunub:
“2024-cü ilin may ayından etibarən Yeni Kaledoniyada konstitusiya qanununa təklif edilən dəyişikliyə qarşı etirazlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları zorakılıq tətbiq edib. Nəticədə kanak xalqının 10 nümayişçisi və iki jandarm həlak olub, yüzlərlə insan xəsarət alıb. Bu səbəbdən BMT-nin İnsan Hüquqları Komitəsi Fransanı nümayişlər zamanı zərurilik və mütənasiblik prinsiplərinə hörmət etməyə, qanuni özünümüdafiə halları istisna olmaqla, silahdan istifadəni məhdudlaşdırmağı təmin etməyə çağırır”.
Ancaq Fransa hakimiyyəti BMT çağırışlarına belə məhəl qoymayıb. Belə ki, Makronun 15 may tarixində elan etdiyi fövqəladə vəziyyət rejiminin başa çatmasından 12 gün sonra Milli Jandarma Müdaxilə Qrupu tərəfindən həyata keçirilən əməliyyat zamanı daha iki nəfər həyatını itirib.
Zorakılıq davam edir
Üstəlik Fransa hakimiyyəti Yeni Kaledoniyada etiraz aksiyalarına səbəb olunan qanun layihəsini də ləğv etməyib. Sadəcə olaraq, həmin layihənin reallaşdırılması ertələnib. Bu isə Makron hakimiyyətinin istənilən zaman məsələni yenidən gündəmə gətirmək ehtimalının yüksək olduğunu göstərir.
Göründüyü kimi, Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinin yenidən sərtləşdirilməsinin ən böyük günahkarı Emmaunel Makrondur. Məhz onun kolonialist siyasəti nəticəsində Yeni Kaledoniyada 20 ildən çox davam edən sabitlik dönəmi başa çatdı. Üstəlik onlarla insan həyatını, yüzlərlə fəal isə azadlığını itirdi.
Kanak xalqının başına gətirilən müsibətlərin sona çatmasının açarı da böhranın müəllifi olan Makronun əlindədir. Nə qədər ki, Fransa Prezidenti kanakların hüquq və azadlıqlarını heçə saymağa davam edəcək, o zaman qədər Yeni Kaledoniyada fransız kolonializmi, zülmü davam edəcək. //Bizimmedia
Fransa kolonializminin OYANIŞI – Makron hakimiyyətinin kanak xalqına qarşı ZÜLMLƏRİ – ARAŞDIRMA
12
dekabr
18:55

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
Makron və Borrelin siyasi İFLASI: Parisin boykot olunan COP29 ÇAĞIRIŞI
“Parisin SİYASİ QOZBELİ ” - Makrona Bakıdan YENİ MESAJLAR
Almaniyanı hədəfə alan Fransa XAOSA YAXINLAŞIR: Makron tezliklə devrilərək, HƏBS OLUNACAQ
Parisdən Bakıya qarşı daha bir TƏXRİBAT - Sensasion DETALLAR
- Daha bir icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...
- Lombard Dilarə Bağırovadan şikayət: Girov qoyulan 34 avtomobilə həbs qoyuldu
- “Ks Baku” Mağazasında Uşaq Əməyi və Vergi Qaçağı: Nazirlik Tədbir Görməlidir
- Baş redaktordan Alqış Musayevə “SƏRT SİLLƏ” :“...yazdığı məğlubiyyətinin etirafıdır”
- Usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü - Yenilənib
- Masazırda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var: işçiləri necə istismar edir...
- KİV: İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır
- Gədəbəyin icra hakimiyyətinin vəzifəli şəxsi qazini döyüb? “Lexus”a minib qaçdı…..- Video
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib
- Türkiyədə növbədənkənar prezident seçkisi keçiriləcək?
- “TÜRK MED MEDICAL CENTER”də pozuntu aşkarlandı
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Zəngəzur dəhlizinə nəzarət uğrunda MÜBARİZƏ: Bakı hansı strategiyanı qurur? - TƏHLİL
- Daha bir icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...
- Qobu bələdiyyə sədri və müavini HƏBS OLUNUR - qanunsuz satılan torpaqlar, saxta sənəd tərtibi, Şəhidlərə ehsan adı altında MÜDHİŞ DƏLƏDUZLUQ / FOTO
- Azərbaycan sərhədində müharibə TƏHLÜKƏSİ YARANDI: Təcili toplantı, bu gün qərar VERİLƏCƏK
- Oğuzda EKOLOJİ TERROR: Xalxal meşələri MƏHV EDİLİR, nazirlik SUSUR - VİDEO
- Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb
- SON DƏQİQƏ! Abşeron Gənclər Şəhərciyində yaşayış binasında GÜCLÜ PARTLAYIŞ: xəsarət alanlar var - VİDEO
- Deputat Cavanşir Feyziyev əhalini BELƏ SOYUR - İqtisadçıdan İTTİHAM
- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi KİMƏ SATILIB? - VİDEO
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Zəngəzur dəhlizinə nəzarət uğrunda MÜBARİZƏ: Bakı hansı strategiyanı qurur? - TƏHLİL
- Daha bir icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...