Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Kainat.tv-nin “Son dakika” saytına istinadla xəbərinə görə, Ərdoğan Co Baydenin nüvə raketi qərarı və Ukrayna-Rusiya münaqişəsi ilə əlaqədar “ABŞ-ın Ukraynaya raket icazəsi qərarı doğru deyil” deyib.
“DÜNYA BÖYÜK BİR MÜHARİBƏNİN ASTANASINA GƏLƏ BİLƏR”
Rəcəb Tayyib Ərdoğan bildirib:
“İlk növbədə bu qərarı doğru hesab etmədiyimiz kimi, dəstəkləmirik də. Ukrayna-Rusiya müharibəsinin başlanğıcından etibarən daha çox silahla, daha çox qan və göz yaşı ilə deyil, daha çox sülh səyləri, xoşniyyət və diplomatiya ilə bitə biləcəyinə inanırıq. İndi müharibəni alovlandırmaq, onun davam etməsini və hətta yayılmasını təmin etmək üçün verilmiş bir addım Co Baydendən gəldi. Baydenin bu addımı qarşıdurmanı daha da qızışdırmaqla yanaşı, Rusiyanın daha böyük bir reaksiya verməsinə səbəb olacaq. Prezident Putin də ölkəsinin ballistik raket hücumlarına məruz qalması halında nüvə silahı ilə cavab verilməsinə imkan tanıyan doktrinanı təsdiqlədi. Bütün bunlar bölgəni və dünyanı yeni və böyük bir müharibənin astanasına gətirə bilər.
Ukrayna və Rusiya tərəflərinin təhriklərə uymadan sakitliyini qoruyaraq sülhə yönəlmələri bizim gözləntimiz və arzularımızdır. Bu böyük səhvin yaratdığı mühitdə ediləcək ən kiçik yanlışlıq, təhriklərə uymalar barıt çəlləyinə alov atmaqdan fərqsiz olacaq. Buna görə də hər kəsə diqqətli davranmağı tövsiyə edirəm”.
“TRAMPIN MÜHARİBƏLƏRİ DAYANDIRMA SÖYLƏMİNƏ İNANMAQ İSTƏYİRİK”
“Əlaqələrimizi ön mühakimələr üzərindən qurmarıq” deyən Ərdoğan əlavə edib:
“Burada çox diqqətli və həssas olmalıyıq. Prezident seçilən Donald Tramp hər nə qədər müharibələri dayandıracağını desə də, yeni dövrlə bağlı indidən şərh vermək çox tezdir. Tramp dövründə Amerika Birləşmiş Ştatlarının Orta Şərqə olan yanaşmasının necə olacağını yeni prezident vəzifəyə başladıqda görəcəyik. Biz yeni dövrdə də Türkiyə-ABŞ əlaqələrini ölkəmizin maraqları çərçivəsində inkişaf etdirmək üçün səylər göstərəcəyik.
Trampın kabinetində kimlərin yer aldığını və yanaşma tərzlərini təbii ki, analiz edirik və hazırlıqlarımızı buna uyğun şəkildə edirik. Bizim üçün insanların hakimiyyətə gəlmədən əvvəl nələr dediyi və düşündüyü əhəmiyyətlidir. Ancaq əsas məsələ hakimiyyət məsuliyyətini üzərlərinə götürdükdən sonra etdikləridir. Konkret addımlara görə öz addımlarımızı atır, bütün ehtimallara görə tədbirlərimizi görürük. Biz Trampın müharibələri dayandırma söyləminə inanmaq istəyir və bu yöndə addımlar atmasını gözləyirik.
Müharibələri dayandırma yanaşması ilə hərəkət edən ABŞ bölgəmizdəki münaqişələrin sülh yolu ilə həlli üçün yeni bir mühit yarada bilər. Bu da bizim ən təbii haqqımızdır. Ümid edirik ki, müsbət gözləntilərimiz istiqamətində inkişaflara şahid olacaq və problemlərimizi bir-bir ortadan qaldıracağıq. Qəzzada yaşanan insanlıq böhranı, İsrail problemi və ümumilikdə Orta Şərqə dair mövqeyimiz məlumdur. Bölgədə müharibənin sona çatdırılması ilə bağlı fikrimizi və qətiyyətimizi özləri ilə telefon diplomatiyasında paylaşmışıq və bundan sonrakı prosesdə də paylaşacağıq”. //Musavat.com
Ərdoğandan SON DƏQİQƏ MÜHARİBƏ AÇIQLAMASI - Tədbirlərimizi GÖRÜRÜK...
20
noyabr
19:10
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Zəngəzurla bağlı ilk ANLAŞMA: Həll yolu belə TAPILDI
Bayden Trampa “QLOBAL FƏLAKƏT” ssenarisi buraxıb, GEDİR: Qoca Co dünyanı NÜVƏ SAVAŞINA sürükləyir
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ