Məlum olduğu kimi, ölkədə uzun müddətdir yol infrastrukturunda əhəmiyyətli paya malik olan “Azərinşaatservis” MMC müfils olub.
Kainat.tv xəbər verir ki, bu prosesin kənar müdaxilələr və yarıtmaz idarəçiliyin nəticəsində baş verdiyi qeyd edilir.
Bildirilir ki, müflis olduqdan sonra MMC-nin borclu olduğu kreditorlar müvafiq pul tələbləri ilə məhkəməyə müraciət ediblər. Nəticədə, məhkəmələr tərəfindən “Azərinşaatservis” MMC-yə qarşı çoxsaylı qətnamələr çıxarılıb və həmin qətnmalər icra edilməsi üçün aidiyyəti üzrə Binəqədi Rayon İcra Şöbəsinə göndərilib.
Qeyd edək ki, “Azərinşaatservis” MMC-nin balansında çoxlu sayda nəqliyyat vasitələri, texniklar, torpaq sahələri və ofis kimi istifadədə olan əmlaklar mövcud olub. Lakin MMC-də olan hərcmərclik, eyni zamanda MMC-yə nəzarət edən “Aqrarkredit BOKT” QSC tərəfindən daşınar əmlakarlar üzərinə həbs qoyulsa da, həmin mülklərin hamısı müəmmalı şəkildə, özü də ucuz qiymətə satılıb.
Maraqlıdır ki, çox sayda əmlakın satılmasından əldə edilən gəlirdən bir manat da olsun kreditorlara pul ödənilməyib. Üstəlik, bütün bu alış-veriş işlərinin hamısı həm “Azərinşaatservis” MMC-nin, həm də “Aqrarkredit BOKT” QSC-nin rəhbər vəzifəli şəxslərinin nəzarəti və tapşırığı ilə icra edilib.
Əldə etdiyimiz məlumata görə, kreditorların yeganə ümid yeri MMC-nin balansında olan və Binəqədi rayonunda yerləşən əmlak kompleksinin satışından əldə ediləcək vəsait idi. Lakin həmin əmlak kompleksi ilə bağlı hazırki vəziyyət onu deməyə əsas verir ki, bu əmlak kompleksi də MMC-nin balansında olmuş digər əmlaklar kimi satılacaq və kreditorlara yenə də ödəniş edilməyəcək.
Qeyd edilir ki, “Azərinşaatservis” MMC-yə məxsus torpaq sahəsi 49 icra sənədi üzrə borclunun mənafeləri nəzərə alınmadan satılır. Bildirilir ki, hərrac prosesi, yəni iştirakçı qeydiyyatı, təkliflərin qəbulu tamailə qanunsuz gedir. Hətta hərrac prosesində iştirak etmək istəyən digər şəxslər iştirakçı kimi müraciət etsələr də, qeydiyyata alınmırlar.
Kreditorlar bildirilər ki, bunun qarşısının alınması üçün dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Nəticədə yalnız “Aqrarkredit BOKT” QSC keçirilmiş elektron hərracın nəticələrinin qalibi elan edilib. “Guya elektron qaydada keçirilməsi planlaşdırılan hərrac məhz “Aqrarkredit BOKT” QSC-nin istədiyi kimi baş tutub. Üstəlik, Binəqədi Rayon Məhkəməsinin 8(5-93)-121/2026 saylı, 05.02.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Əhmədov Asəm Əlqəmə oğlunun yenidən qiymətləndiricinin dəvət edilməsi barədə hərəkətləri qanunsuz hesab edilib.
Qeyd olunan məhkəmə qərardadından icra məmuru və “Aqrarkredit BOKT” QSC şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(3-6)-108/2026 saylı, 17.03.2026-cı il tarixli qərardadı şikayətlər təmin edilməyib. Binəqədi Rayon Məhkəməsinin 8(5-93)-121/2026 saylı, 05.02.2026-cıil tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb.
Bu əsasla 18.03.2026-cı il tarixdə Binəqədi Rayon İcra şöbəsi tərəfəfindən Elektron Hərrac Portalına borclu “Azərinşaatservis” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105-ci məhəllə, Naxçıvani küçəsi 57C ünvanında yerləşən daşınmaz əmlak kompleksinin hərracı ilə bağlı verilmiş 06.02.2026-cı il tarixli sifarişin icrasının dayandırılmasına dair sərəncam məktubu göndərilib. Lakin bütün bunlara baxmayaraq hərrac keçirilib və “Aqrarkredit BOKT” QSC onun qalibi elan edilib”.
Şikayətçilər iddia edirlər ki, əmlak kompleksi borclu “Azərinşaatservis” MMC-nin digər əmlaklarını qanunsuz yolla talamış şəxslər tərəfindən ələ keçirilib. “Həmin şəxslər çəkinmədən bəyan edirlər ki, bu məsələ Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə razılaşdırılıb”.
Onların dediklərinə görə, “Azərinşaatservis”in balansında onlara texnika, əmlak olub ki, onların hamısı “AqrarKredit” tərəfindən dəyər, dəyəməzinə satılıb. Bu prosesdə isə əsas fiqrular “Aqrarkredit”in rəhbəri “Şapka Mamed” ləqəbli Məmməd Musayev və Binəqədi İcra və Porbasiya Şöbəsinin rəsmiləri göstərilir. Kreditorlar bildirirlər ki, məhkəməyə müraciət etməkdən başqa çıxış yolları qalmayıb.
Məsələ ilə bağlı araşdırmamız davam edir. “Azərinşaatservis”in “Beynəlxalq Bank” məsələsindən sonra üzləşdiyi problemlər, nəqliyyat və əmlakının necə talan edilməsi barədə daha dolğun bilgi verəcəyik.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //Tribuna
“Aqrarkredit”lə “Azərinşaatservis” arasında MİLYONLUQ QALMAQAL: Əmlaklar hara YOXA ÇIXIB?
14
aprel
13:27
Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI
Əmlak Komitəsi Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi saxtakarlıqla məşğuldur?
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ