“İranla bağlı hadisələr kontekstində Ermənistan Avropa İttifaqı (Aİ) ölkələrindən vətəndaşların təxliyəsi üçün mühüm humanitar dəhliz rolunu oynayır”.

Kainat.tv-nin verdiyi xəbərə görə, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola bildirib. “İrandakı hadisələri nəzərə alsaq, Ermənistan mühüm humanitar dəhlizə çevrilib. Avropa ölkələrinin vətəndaşlarının təxliyəsində göstərdiyiniz köməyə görə sizə təşəkkür etmək istərdim”, - deyə o vurğulayıb. 

Avropa Parlamentinin sədrinə 10 sual

Metsola “Ermənistan Aİ ölkələrindən vətəndaşların təxliyəsi üçün mühüm humanitar dəhliz rolunu oynayır” sözünü deməklə Azərbaycana haqsızlıq etmirmi?

O, bu məsələdə Ermənistanın rolunu önə çəkir, halbuki Bakının bu istiqamətdə fəaliyyəti daha geniş və böyükdür. Azərbaycan Avropa ölkələri vətəndaşlarının İrandan təxliyə olunmasında Ermənistan daha vacib humanitar dəhliz deyilmi?


Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?! |  Modern.az

Ç.Qənizadə qeyd edib ki, Azərbaycan İrandan təxliyənin təşkilində mühüm rol oynayır və buna görə bir çox dövlətlər təşəkkür edib: “Avropa Parlamentinin sədri isə Ermənistanın könlünü almaq üçün belə bir çıxış edib. Çünki Qərb İrəvanı Moskvadan qoparmağa çalışır. Bu yöndə hər bir siyasi dəstəyi ifadə edir. Ancaq qərəzə yol verərək edir. Azərbaycana haqsızlıq edərək Ermənistanı dəstəkləmək bu təsisata, demokratiyadan danışan struktura yaraşmır. Ümumiyyətlə, Avropa Parlamenti Azərbaycana olan düşmənçiliyini açıq büruzə verir və qəbul edilən bəyanatlar, qətnamələr də göstərir. Halbuki ondan fərqli olaraq, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı inkişaf etdirir”.

Emil Salamoğlu