Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, dövlət başçısı İranın Azərbaycan və Fars körfəzi ölkələrinə yönəlmiş hücumlarının heç vaxt qəbul olunmayacağını açıq şəkildə bəyan edib.
“Biz açıq şəkildə bildirdik ki, İranın Azərbaycana və Fars körfəzi ölkələrinə qarşı yönəlmiş hücumlarını heç vaxt qəbul etmərik”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə liderinin sözlərinə görə, son günlər Türkiyə istiqamətində atılan ballistik raketlər ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Ərdoğan əlavə edib ki, bölgədə gərginliyin artması heç bir tərəfin maraqlarına xidmət etmir və bütün tərəflər məsuliyyətli davranmalıdır.