Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Livan Hizbullahı İsrailə qarşı aktiv əməliyyatlara başlayıb və Hayfa limanına raket zərbələri endirib.
Məlumata görə, Livan ərazisindən İsrail istiqamətində ümumilikdə 6 raket atılıb. Hücum nəticəsində liman və ətraf ərazilərdə partlayış səsləri eşidilib. İsrailin hava hücumundan müdafiə sistemləri işə salınsa da, bəzi raketlərin hədəfə çatdığı və dağıntıların qeydə alındığı iddia olunur.
İsrailin Kanal 12 telekanalı Hizbullahın faktiki olaraq müharibəyə qoşulduğunu bildirib. Livandan İsrailə daha bir raketin atıldığı da təsdiqlənib.