Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin keçirilməsi və açılış mərasimində cənab Prezidentimiz İlham Əliyevin tarixi əhəmiyyət daşıyan nitqi özündə bir sıra vacib məsələləri ehtiva edir.
Boykot çağırışları iflasa uğradı: dünya Bakıdadır
Tarixində bəlkə də ən yüksək səviyyədə təşkil edilən bu toplantı göstərdi ki, 2023-cü ilin dekabr ayında təxminən 200 ölkənin yekdil rəyi ilə Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qərarın qəbul edilməsi cənab Prezidentimizə olan hörmət, ehtiram, inam və Azərbaycan dövlətinin beynəlxalq aləmdə oynadığı rolun göstəricisidir. Bu o deməkdir ki, dünya dövlət başçımızın rəhbərliyi altında yürüdülən siyasəti qəbul edir. Toplantının keçirilməsi bir idir boykotu təşviq edən dairələrə zərbə vurdu. Nitqinin sonunda dövlət başçımız dedikləri ilə belə dairələrin iyrənc siyasətini ayaqlarının altına atdı: “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” Bu toplantı Azərbaycanın biləşdirici güc olduğunu göstərir.
Azərbaycan həqiqətləri bir daha dünyaya çatdırıldı
Cənab Prezidentimiz nitqində Azərbaycan gerçəklərini bütün dünyaya çatdırdı. Hər şeydən əvvəl, Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu yerdə yerləşən Azərbaycanın müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri qura bilmək imkanlarını təqdim etdi. Bildirdi ki, Azərbaycanın başladığı böyük layihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib, məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
İştirakçılara çatdırılan digər bir gerçəklik Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-nin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və 1 milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bilməsi barədə idi. Dörd il əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi zəfər qazanaraq BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq dövlət suverenliyini tam bərpa etdi, qətnamələri, beynəlxalq hüququ, ədaləti bərpa etdi və Ermənistanın işğalına son qoydu.
Təqdim edilən başqa bir gerçəklik birləşdirici güc olan Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Mədəniyyətlərarası Forumu təşkil etməsi barədə idi. Multikulturalizmi dövlət siyasətinə və həyat tərzinə çevirən Azərbaycan xalqının etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşaması bir sıra dövlətlər üçün nümunədir.
Digər bir gerçəklik təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycanın iqlim dəyişmələri məsələsində də əməkdaşlıqda birləşdirici güc rolunu oynaya bilməsi imkanları ilə haqqında idi.
Dünyanın xilasına Azərbaycan baxışı
Ölkə başçımızın nitqində iqlim dəyişmələri məsələsində fərqli iştirakçılar arasında körpülərin salınmasında Azərbaycanın faydalı və yardımçı ola bilmək imkanları və çoxtərəfliliyə tərəfdar olduğu bəyan edildi. Azərbaycanda günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırılır. Azərbaycan ərazisinin demək olar ki, dörddəbir hissəsini təşkil edən Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib. Bu isə o deməkdir ki, Azərbaycanın Yaşıl gündəliyindən dünya öyrənə bilər.
Qarayaxmalar alt-üst edildi
Dövlət başçımız böhtan atan dairələri də yerində oturtdu. Bildirdi ki, bəziləri yanlış olaraq Azərbaycanı neft ölkəsi adlandıraraq ətraf mühitin çirklənməsinin günahını onda axtarmağa cəhd edirlər. Dövlət başçımız belə cəfəng iddiaları fakt və materialların əsasında alt-üst etdi. Bildirdi ki, dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb. Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılıb. XIX əsrdə dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Bildirdi ki, həmin əsrdə bəzi Qərb siyasətçiləri və media Azərbaycanı neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin indi Azərbaycanın neft dövləti adlandırılması ədalətsizlikdir, yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Çünki dünya neft hasilatının yalnız 0,7%-i, qlobal qaz hasilatının isə 0,9%-i Azərbaycanın payına düşür. Dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediasının Azərbaycanı neft dövləti adlandırması riyakarlıqdır. Ölkə başçımızın nitqində söylədiyi bu sözlər belələrinin üzünə sillə kimi dəydi: “Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir.”
Cənab Prezidentimiz böhtançı dairələrə daha bir dərs də keçdi. Bildirdi ki, ölkələrə qiymət verərkən Allahın verdiyi təbii sərvətlər – neft, qaz, külək, günəş, qızıl, gümüş və mis deyil, işsizliyin, yoxsuluğun səviyyəsi, xarici borcları meyarlar kimi götürülməlidir. Ölkələr təbii sərvətlərin olmasına görə günahlandırılmamalı, tələbatın olması səbəbindən bazara çıxardıqlarına görə təqsirləndirilməməlidirlər, onlar insanlara lazımdır.
Musa Qasımlı,
Milli Məclisin sədr müavini
Möhtəşəm TARİXİ HADİSƏ - Musa Qasımlı yazır...
13
noyabr
18:50

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakıya daha kimlər gəlib? – YENİLƏNİR
Azərbaycana qarşı qurulan COP29 planları İFLASA UĞRADI - Diqqət BAKIDADIR
Musa Qasımlı: “Dövlət başçımızın verdiyi qələbə xəbəri milləti sevinc göz yaşlarına bürüdü”
Bəs COP-adək sülh imzalayacaqdın, Paşinyan, HARDASAN?!
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
- Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDILAR
- Bakıda ağır qəza - Ölən və yaralananlar var (VİDEO)
- Paşinyan Baqratı Karapetyanın yanına GÖNDƏRDİ
- Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
- İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib
- Paşinyan Levon Ter-Petrosyanı məhv etdi: "KQB agenti, qorxaq, tənbəl" - İrəvanda sözlü qırğın
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- “Hell”in insan sağlamlığına zərəri -Video
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
- İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib
- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB
- Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
- Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- MTN generallarının əmlakı satıldı – Zərərçəkənlərə yüz minlərlə manat ödəndi
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
- 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
- Zəngəzur məsələsinə son qoyuldu? - Moskva və Tehrandan XAİN HƏMLƏ
- Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
- 112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI