COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Ermənistan nümayəndələrinin tədbirdə iştirakı hələlik məlum deyil.
Ermənistan niyə indiyə qədər rəsmi bir cavab verməyib? İrəvanı tədbirdə iştirakdan çəkindirən səbəblər nələrdir? Rəsmi İrəvan son günə qədər COP29 tədbirinə qatıla bilər?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi İrəvan son günə qədər bu barədə konkret qərar vermədiyini bildirmişdi:
“Əslində elə indi də Ermənistan konkret olaraq neqativ mövqe ortaya qoyub. Amma görünən odur ki, Ermənistan COP29-da iştirakdan imtina edib.
Ermənistanın hansı səviyyədə COP29-da təmsil olunmasından asılı olmayaraq, belə bir iştirakçılıq tərəflər arasında qarşılıqlı etimad mühitinin güclənməsinə kömək edə bilərdi. Hətta bəziləri düşünürdü ki, səfər çərçivəsində hansısa sənəd də imzalana bilər.
Yəqin ki, Ermənistan COP29-da iştirak etməməklə bağlı nə isə açıqlama verəcək və bunu özünün guya konstruktiv mövqeyindən müstəqil qərar kimi təqdim etməyə çalışacaq. Hətta mümkündür ki, İrəvan Bakını da ittiham etməyə çalışsın. Hər halda oxşar cəhdlər əvvəllər də olub”.
Kənan Novruzov
Ekspert deyib ki, Ermənistanın COP29-da iştirak etməməsini bir neçə məqamla əlaqələndirmək olar:
“Birincisi, böyük ehtimalla bu qərar Qərbin, o cümlədən Fransanın təzyiqi nəticəsində verilib. Çünki əvvəldə dediyimiz kimi, Qərb dövlətləri başa düşürdülər ki, Ermənistanın COP29-da iştirakı qarşılıqlı etimad mühitinin formalaşmasına kömək edə bilər. Odur ki, bunun qarşısını aldılar.
İkincisi, ola bilsin, Ermənistan hakimiyyəti daxili ictimai rəydən narahat olub. Belə ki, Ermənistan rəsmilərinin Bakıya gəlməsi daxildə xüsusilə müxalif kəsimin narazılığına səbəb ola, hətta iqtidara qarşı aksiyalarla nəticələnə bilərdi. Ola bilsin, rəsmi İrəvan bu ssenarinin qarşısını almağa çalışıb.
Üçüncüsü, mümkündür ki, Ermənistan hakimiyyəti təhlükəsizlik məsələlərindən narahat olub.
Bütün hallarda, COP29-da iştirak İrəvan üçün münasibətlərin normallaşması istiqamətində daha bir addımın atılması üçün fürsət idi. Ermənistan bu şansı dəyərləndirə bilmədi.
Ermənistanın son anda COP-da iştirak etmək məsələsinə gəldikdə isə bu, inandırıcı görünməsə də, bütün hallarda istisna deyil”.
Ermənistanın COP29-a gəlməməsində ÜÇ SƏBƏB – İşarə bu mərkəzlərdən VERİLİB
13
noyabr
16:55
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bəs COP-adək sülh imzalayacaqdın, Paşinyan, HARDASAN?!
Ermənilər Bakıya niyə gəlmədilər - Azərbaycandan ŞƏRHLƏR
Ordudakı yeyinti ilə bağlı yeni FAKTLAR: Bu şəxslərlə bağlı araşdırma aparılacaq - ADLAR
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
“Sülhün kəsişməsi” üçün SEZAR lazım imiş – Ermənistanın hiyləgər planı və Türkiyəyə atılan “qarmaq”
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Türkiyədən ABŞ-a "Suriya" TƏKLİFİ: Ankara görün hansı şərtləri İRƏLİ SÜRDÜ
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
- Putinin məşhur suala QORXUNC CAVABI – “Ukraynaya nüvə silahı verilsə…”
- Xəzərdən dağıdıcı ZƏRBƏ: Bölgə qitələrarası raketlə VURULDU
- Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
- Zəngəzur dəhlizi 4 ilə TAM AÇILACAQ
- COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Zəngəzurda savaş ANONSU - Bakı ərazini nəzarətə götürərək...
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?