Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının onuncu görüşü keçirilib. Sərhədlərin dəqiqləşməsi fonunda Azərbaycanın Ermənistan ərazisindəki eksklavlarının taleyi ilə bağlı da məsələlər gündəmə gəlib. Eksklavların hansı şərtlər daxilində təhvil verilməsi, ora gediş-gəlişin necə olması aktuallığını qoruyur.
Kainat.tv xəbər verir ki, mövzu ilə bağlı Teleqraf.com-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov məsələnin fərqli rakursda həllinin mümkünlüyünə toxunub.
“Azərbaycanla Ermənistan arasındakı sərhəd xətlərinin dəqiqləşməsi və hər iki tərəfin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması başlıca şərtdir. Bunun ardınca hələ də Ermənistanın nəzarətində olan kəndlərin geri qaytarılması məsələsi həll olunacaq. Qazaxın 3, Naxçıvanın Kərki kəndi Azərbaycanın nəzarətinə qaytarılacaq”, - deyə o əlavə edib.
Komitə sədri tarixi Azərbaycan əraziləri olan bu kəndlərin məhz subyektiv səbəblərdən Ermənistanın nəzarətinə verildiyini bildirib:
“Tarixi sənədlərə istinad edilməklə bu məsələlər qaldırılmalıdır. Çünki Naxçıvanın Kərki kəndində heç vaxt ermənilər yaşamayıb. İndi Ermənistanın nəzarətində olsa da, o ərazilərdə tarixən azərbaycanlılar yaşayıb. Türkmənçay (1828-ci il) müqaviləsindən sonra bu ərazilərdə ermənilər məskunlaşdırılıb. Sonra isə azərbaycanlıların zorla deportasiyası nəticəsində ərazilərin erməniləşdirlməsi həyata keçirilib. Azərbaycanın eksklav kəndləri də bu şəraitdə yaranıb”.
Millət vəkilinə görə, sülh müqaviləsindən sonra eksklav kəndlərin Azərbaycana təhvil verilməsi mümkündür:
“1990-ci il hadisələrindən sonra ermənilər Kərki kəndinə hücum edib. Sədərək istiqamətində qanlı döyüşlər gedib. Mən də o döyüşlərin iştirakçısı olmuşam. Sonrakı proseslərdə isə Kərkidə insanların yaşaması çox çətin idi. Beləliklə, kənd sakinləri məcbur ərazini tərk edib. Nüvədi kəndinin də taleyi eyni cür olub. İki dəfə Nüvədidə olmuşam. Tarixi Azərbaycan kəndi olan Nüvədidə heç vaxt erməni yaşamayıb”.
Siyavuş Novruzov Kərki kəndinin strateji əhəmiyyətinə toxunub:
“Ermənistanın sənaye şəhərləri Kərki kəndinin ətrafında yerləşir. ABŞ-ın vəsaiti hesabına ermənilər Kərki kəndi yaxınlığnda metallurgiya zavodu inşa edir. İrəvana gedən strateji yollar belə bu kəndin yaxınlığından keçir. Kərki ilə İrəvan arasında top atəşi məsafəsi var”.
Kərki bu yolla QAYTARILIR: İrəvanla top atəşi məsafəsində...
06
noyabr
10:56
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
DİN Polis orqanlarına orta rəis heyəti vəzifələrinə xidmətə qəbul müsabiqəsi ELAN EDİR
Zəngəzurla bağlı ilk ANLAŞMA: Həll yolu belə TAPILDI
Bakı-İrəvan danışıqlarında SON NÖQTƏ: Sərhədlərlə bağlı xəritələr MASAYA QOYULDU
Növbəti sərhəd dəqiqləşməsi belə başlayacaq: DETALLAR AÇIQLANDI
- Bakının bu TƏLƏBİ İrəvanı qorxuya saldı - DETALLAR
- Zəngəzur dəhlizi bu tarixdə AÇILA BİLƏR: Üç məsələdən biri HƏLL OLUNUR
- Rusiya nüvə ssenarisini AÇIQLADI: ABŞ-ı belə vuracaq, yalnız üçdə biri QALACAQ!
- Məhşur model ərin ÇİLƏDƏN ÇIXARTDI: "DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm" - FOTO
- PUTİN QLOBAL MÜHARİBƏNİN BAŞLADIĞINI BƏYAN ETDİ - "Qətiyyətlə cavab verəcəyik!" / VİDEO
- Paşinyan: "İlin sonuna qədər Azərbaycanla MÜQAVİLƏ İMZALAMAQ üçün hər şeyi edəcəyəm"
- 70 kq qızılla tutulan diplomat görün harada vəzifə sahibi imiş - Bakıya GƏTİRİLİB
- Paşinyandan delimitasiya ilə bağlı yeni AÇIQLAMA: COP29-dan sonra...
- İrəvan Bakıya qarşı bu iddialardan İMTİNA ETMƏYƏ hazırdır - PAŞİNYAN
- Kərə yağı adı ilə alınan məhsul "MAŞIN YAĞI" çıxdı - AQTA-dan AÇIQLAMA
- SADIK AKYAR: "Baydenin Ukrayna qərarı dünyanı müharibəyə sürükləyə bilər" - VİDEO
- Son Dəqiqə: Bakıda keçirilən COP29 bu tarixdə bitəcəyi ELAN EDİLDİ?
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- Britaniya və ABŞ Bakıda saziş İMZALADI
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?