Azərbaycan COP29 İqlim Konfransı ərəfəsində çoxqütblü dünyada orta güc olmağ üçün bütün şanslara sahibdir.
Kainat.tv xəbər verir ki, bu barədə “Centre for China and Globalization” beyin mərkəzinin baş elmi işçisi və siyasi icmalçı Harvi Dzodinin (Harvey Dzodin) “South China Morning Post” üçün yazdığı məqalədə qeyd olunub.
"Azərbaycanın böyük neft istehsalçısı kimi enerji keçidi, Ermənistanla sülh səyləri və geostrateji mövqeyi BMT-nin İqlim Konfransında diqqət mərkəzində olacaq. COP29 iqlim konfransı Azərbaycanın paytaxtı Bakıda 11-22 noyabr tarixlərində keçiriləcək. COP28-in ev sahibi BƏƏ ilə müqayisədə, hələ ki, Azərbaycan barədə məlumat azdır, lakin bu tezliklə dəyişəcək. Şərqi Avropa ilə Qərbi Asiyanı birləşdirən Cənubi Qafqaz ölkəsi çoxqütblü dünyada orta güc statusuna iddialıdır", – məqalədə bildirilib.
Müəllif bildirib ki, Azərbaycan öz iqtisadi və geosiyasi mövqeyini gücləndirmək üçün Asiya ölkələri, xüsusilə Çinlə əlaqələrini möhkəmləndirir.
"İyulun əvvəlində Azərbaycan və Çin iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Azərbaycan həmçinin, Çin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçısıdır. Bu layihə Orta Dəhliz adı ilə tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas komponentidir. Bu marşrut İran və Rusiyadan yan keçərək Çin, Mərkəzi Asiya və Avropa arasında mükəmməl təchizat əlaqəsi vəd edir və 2040-cı ilədək daşımaların 4 dəfə artacağı proqnozlaşdırılır", – o əlavə edib.
Harvi Dzodin həmçinin qeyd edib ki, COP29 Konfransı Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında artıq əhəmiyyətli nəticələr əldə etməyə kömək edib.
"Ötən ilin dekabrında Ermənistan, Azərbaycan tərəfindən COP-un Şərqi Avropa qrupuna üzvlüyünə dəstək müqabilində, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı müraciətə mane olmamağa razılıq verib. Onlar həmçinin “iki ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq niyyətlərini təsdiqləyirlər” barədə razılığa gəldilər. Azərbaycan Ermənistanı COP29-da iştirak etməyə rəsmi olaraq dəvət edib. İkitərəfli danışıqlarda, məsələn, sərhədlərinin müəyyən hissələrinin demarkasiyası kimi mühüm nailiyyətlər əldə olunub. Rusiya Federasiyasının Qazan şəhərində keçirilən son BRICS görüşündə hər iki lider sülh müqaviləsinin ən qısa müddətdə imzalanmasına bağlılıqlarını təsdiqləmək üçün görüşüblər", – o qeyd edib. //Trend
Azərbaycan COP29 ərəfəsində çoxqütblü dünyada orta gücə çevrilməyə hazırdır – ŞƏRH
04
noyabr
13:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərbin planı BAŞ TUTMADI, Putin QALİB GƏLDİ: Hər şey Çində ÜZƏ ÇIXDI
Prezident SƏRT XƏBƏRDARLIQ edib - Qoy düşmənlərimiz bilsinlər ki...
Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI
TƏCİLİ! Kritik tarixə son 3 GÜN: Bir faktor dünya nəhənginin taleyini HƏLL EDƏCƏK
AMEA-da korrupsiya - Mehdiyevlə bağlı QƏRAR VERİLƏ BİLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ