Tehsilmedia.az saytının redaksiyasına daxil olan şikayətlərdən biri də Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədovadandır. Daha əvvəl də bu haqda paylaşım etmişik. Görünən odur ki, problem problem olaraq da qalır. Belə ki, Ramella Məmmədova öz haqqını tələb edən, sevilən və seçilən Füzuli rayon 39 nömrəli məktəbin müəllimlərdən olan Sifahanov Coşqunun haqqına girmiş və müxtəlif oyunlarla özbaşınalığa yol açmışdır. Sifahanov Coşqunun direktor müavini kimi fəaliyyət göstərməsinə mane olmaq üçün əlindən gələni edir və ədavət apararaq yeni oyunlara da əl atır.
Coşqun Sifahanov bildirir ki, 4 iyun 2025-ci il tarixdə təyinatla bağlı Füzuli və Xocavənd rayonları üzrə təhsil sektorunun binasına dəvət olunmuşam. İçəri daxil olan kimi müdir Ramella Məmmədova mənə qərəzli şəkildə Qayıdış qəsəbə 4 və 5 nömrəli məktəbləri şifahi şəkildə təqdim etdi. Digər vakansiyaları isə mənə bildirilmədi. “Sən də Qayıdış məktəbi uzaqdır, getmirsən, imtina yaz, vaxtımızı alma” – dedi, mən isə “Belə vakansiya təqdim edilmir, vakansiya siyahısı vətəndaşa təqdim olunur, şəxs özü seçir” – dedim. Etirazımı bildirdim. 146 çağrı mərkəzinə zəng vurdum, özbaşınalıqları barədə məlumat verdikdən sonra səhhətim pisləşdi, ondan sonra sanki təşvişə düşərək mənə digər vakansiyalardan biri olan Qarabağ kənd tam orta məktəbini təklif etdilər, düzdür, razılıqla qəbul etdim. Amma ilk öncə, dedim ki, bildiyim qədəri ilə həmin məktəbin təşkilati işlər üzrə müavini tədris işləri üzrə müavin keçməsi ilə bağlı məsələ var, əgər elə bir məsələ varsa, mən həmin məktəbə getməyim, dedilər ki, xeyr, elə söhbət yoxdur. Mən də bunların sözünə inanaraq ərizə yazdım, sevinə-sevinə getdim. Sən demə, oyun bundan sonra başlayırmış, deyilənlər düz imiş, həmin məktəbin müavinin yerini dəyişərək tədris işləri üzrə direktor müavini olması üçün təqdimatı lap fevral ayından gedib. Deməli, burada da məqsəd var imiş ki, mən gedim o məktəbə, istər-istəməz problemlə qarşılaşım, kiminsə işinə mənəvi problem yaradan şəxs kimi olum, yəni bu cür anlaşılım. Mən məktəbə direktor müavini təyin olunmaq istəyirəm, həmin məktəbə işlərində kömək olmağa gedirəm, problem yaratmağa, kiminsə arzularının qarşısına sədd çəkən şəxs olaraq getmirəm. Hər şeydən öncə insanlıq gəlir, mən kiməsə maneə ola bilmərəm, o mənə yaddır. Müdir həmin məktəbin direktoruna da, mənə də bildirir ki, sən get, sonra həll olunar, sən ikinci müavin olarsan, o da birinci müavin təyin olunar. Mən də onda dedim ki, elə isə mənə ən yaxın olan, maşınla 5-10 dəqiqəlik məsafədə olan qonşu məktəb-Füzuli rayonu 26 nömrəli tam orta ümumtəhsil məktəbinin təşkilati işlər üzrə direktor müavini yerini verin, gedib sakitcə işləyim. Yoxsa Qarabağ kənd tam orta ümumtəhsil məktəbinə birinci müavin gedib sonra ikinci olmaq mənə lazım deyil.
Mən lap əvvəldən dedim ki, Füzuli rayonu 26 nömrəli tam orta ümumtəhsil məktəbinin müavinliyini niyə təklif etmirsiniz? Axı cənab Nazirimiz brifinqdə də bildirirdi ki, rəhbər şəxslər yaxın ərazidən təyin olunmalıdır. Yaxın məktəbdir də. Həmçinin 26 nömrəli tam orta ümumtəhsil məktəbində 3 il pedaqoji fəaliyyətlə məşğul olmuşam, ona görə də pedaqoji heyətlə, valideynlərlə, şagirdlərlə də tanışam, yad deyiləm. Mənim həmin məktəbə təyin olunmağım daha doğru olar. Bunu dedikdə sektor əməkdaşı mənə bildirdi ki, oranı sizə təklif edə bilmərik. Müavinin artırma müqaviləsi bitməyib. Budur bunların gənclərə verdiyi önəm?
Belə etdikləri halda pilləkənlə enərkən halım pisləşdi, huşumu itirdim, təcili tibbi yardım gəlib müdaxilə etdikdən sonra özümə gəlmişəm.
Artıq ikinci dəfədir ki, mən sektora getdikdə məni əsəbləşdirərək bu vəziyyətə salırlar. Yəqin ki, mənim səhhətim onlara sərf edir.
Mənə Ramella Məmmədova deyir ki, “Sənin məqsədin bilinmir”.
Sual verirəm: Rahatlığını istəmək, problemdən uzaq qaçmaq, yaxın məktəbdə fəaliyyət göstərmək arzusu nə vaxtdan məqsədsizlik olub?
Amma onların məqsədi artıq bəllidir ki, mənim sağlamlığımla oynayaraq, məni öldürmək istəyir.
Coşqun Sifahanov isə əsl vakansiya siyahısına uyğun olaraq 26 nömrəli məktəb və ya 39 nömrəli məktəbə təyinat almaq istəyir. Məlum olub ki, 26 nömrəli məktəbin direktoru Coşqun Sifahanovu müavin kimi istəmədiyi üçün ora təyin edilmir. Coşqun müəllim isə haqlı olaraq bildirir ki, axı direktorun belə bir haqqı yoxdur. Məktəb dövlətindir və dövlətin imtahanı isə müavin olmuşam. İndi niyə məktəbə müavin təyin olunmayım?! Axı məktəb direktorun şəxsi mülkü deyil?!
Bir gənc müəllimi bu qədər incitmək, hüquqlarını tapdalamaq təhsil sektoruna yaraşan hərəkət deyil. Təəsüflər olsun ki, yersiz ədavət və prinsiplərin olması vəziyyəti bu hala gətirib.
Ümid edirik ki , aidiyyatı qurumlar məsələnin həlli ilə məşğul olar. Qeyd edək ki, Coşqun Sifahanov məsələ ilə bağlı cənab nazir Emin Əmrullayevin də qəbulunda olmuş və məsələnin mütləq həll ediləcəyi bildirilmişdir.
Kainat.tv
Füzuli Təhsil Sektorunda nələr BAŞ VERİR?
11
iyun
18:06
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Müdir işdən çıxarıldı, 20 nəfərin işə qəbul əmrini verdi – Quba-Xaçmaz Regional Təhsil İdarəsində ŞOK QALMAQAL/SİYAHI
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Abşeron-Xızı Regional Təhsil İdarəsində qohum rəfiqə idarəçiliyi ilə bağlı SENSASİYON FAKTLAR AÇIQLADI
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ