Quru sərhədlər nə zaman açılacaq?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan deputat Aqil Abbas deyib ki, qərar birtərəfli qaydada və ya özbaşına verilə bilməz:

Aqil Abbas
“Gürcü nazir belə bir məsələyə toxunubsa, deməli, nəsə var. O da yalançı çıxmaq istəməz. May ayının 1-i dəmir yolu ilə sərnişin daşımaları bərpa oluna bilər. Quru sərhədlərin açılması yaxşı olardı. Camaat doğmalarından ayrı düşüb. Təyyarə ilə də gediş-gəliş bahadır, bəzən heç mümkün olmur”.