Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı hazırlıqlara başlanılıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, bununla bağlı “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib.
Hazırda müvafiq dövlət qurumları ilə aparılan müzakirələr çərçivəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, eləcə də bu fondlara nəzarət mexanizmlərinin müəyyən olunması istiqamətində işlər davam etdirilir.
Özəl pensiya fondlarının yaradılması vətəndaşlara hansı üstünlükləri qazandıra bilər?
Məsələ ilə bağlı iqtisadçı Razi Abbasbəyli Ajans.az-a açıqlamasında bildirib ki, özəl pensiya fondları dövlət qurumlarından kənar fəaliyyət göstərir və vətəndaşlara bir sıra üstünlüklər qazandırır:
"Vətəndaşlar öz pensiya kapitalına sərbəst nəzarət edə biləcəklər. Özəl pensiya fondlarının əsas üstünlüklərindən biri vətəndaşların öz pensiya kapitalları üzərində daha geniş sərəncamvermə hüququna malik olmasıdır. Bu fondlara üzv olan vətəndaşlar öz pensiya kapitalını formalaşdıra və istədikləri vaxt üzərində sərəncam verə bilərlər, kapitaldan əldə edilən dividendləri izləyə bilər, fondun həmin vəsaitləri hansı investisiya istiqamətinə yönəltdiyini görə bilərlər. Müvafiq olaraq bağlanmış sığorta müqavilələri çərçivəsində pensiya kapitalını razılaşdırılmış müddət ərzində hissə-hissə geri ala bilərlər".
Abbasbəylinin sözlərinə görə, pensiya kapitalının birdəfəlik nağdlaşdırılması mövcud qanunvericilik çərçivəsində mümkün deyil və bu praktikanın Azərbaycanda da tətbiq ediləcəyi ehtimal olunur. Məsələn, bir vətəndaşın 50 min manatlıq pensiya kapitalı varsa, o, bu vəsaitin yalnız müəyyən hissəsini – məsələn, 5 il ərzində 15 min manatını nağd şəkildə götürə bilər. Lakin tam məbləğin birdəfəlik çıxarılması mümkün olmur:
"Hazırda dövlət pensiya fonduna daxil olan vəsaitlər dövlətin nəzarətində olur və vətəndaşın bu vəsait üzərində məhdud sərəncam hüququ var. Özəl pensiya fondları isə vətəndaşlara daha geniş seçim imkanları təqdim edir. Dövlət pensiya fondlarında vəsait üzərində tam sərəncam hüququ yoxdur, lakin özəl fondlarda vətəndaşlar müəyyən dərəcədə bu kapitala nəzarət edə bilirlər. Dövlət pensiya fondlarında vəsaitlərin investisiya istiqamətləri vətəndaşlara açıq deyil, lakin özəl fondlarda şəffaflıq daha yüksək səviyyədə təmin edilir".
İqtisadçı qeyd edir ki, dövlət pensiya fondlarında vətəndaş pensiya yaşına çatmadan vəfat edərsə, onun pensiya kapitalı varislərinə ötürülmür. Lakin özəl pensiya fondlarında bu mexanizm mövcuddur – əgər vətəndaş pensiya yaşına qədər işləyib, lakin pensiya yaşına çatmadan vəfat edibsə, onun kapitalı varislərinə ötürülə bilər:
"Özəl pensiya fondlarının yaradılması vətəndaşlar üçün daha çevik və faydalı pensiya planlarının tətbiqini təmin edə bilər. Xüsusilə, insanların gələcək pensiya təminatını gücləndirmək üçün əlavə investisiya imkanları açılır. Bundan başqa, bu sistem vətəndaşlara pensiya yığımını planlaşdırmaq və daha effektiv şəkildə idarə etmək imkanı verəcək. Özəl pensiya fondları ilə bağlı qanun layihəsi hazırda müzakirə mərhələsindədir. Gözlənilir ki, yeni sistemin tətbiqi pensiya təminatının daha çevik və şəffaf mexanizmlər əsasında qurulmasına töhfə verəcək",- deyə Razi Abbasbəyli əlavə edib.
İllərdir pensiya kapitalını gözləyən vətəndaşlara ŞAD XƏBƏR: Bir dəfəyə 45 min manat...
26
fevral
18:27

Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....
- General Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Koenigsegg Agera, Bugatti, Ferrari və digər milyon dollarlıq maşınlar - FOTO
- Abşeron RİH-də defakto tikinti ANLAŞMASI: Xırdalan şəhər 28-ci məhəllədə yaş ağaclar kəsilərək qanunsuz tikinti aparılır - VİDEO
- Azərbaycandan Rusiya ilə bağlı daha bir qərar: Mühüm mədəniyyət tədbirləri ləğv edildi!
- Vətənə, xalqa xidmətin təntənəsi - Azərbaycan polisi 107
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...