Bu gün ölkəmizdə İlaxır çərşənbə - Novruz bayramından öncə qeyd edilən çərşənbələrin sonuncusu, Torpaq çərşənbəsidir.
Dörd çərşənbənin tamamlanması ilə Novruzun gəlişi rəsmiləşir. El arasında bu çərşənbə xüsusi ehtiramla anılır və bolluq, bərəkət, yenilənmə rəmzi kimi qəbul edilir. İnanca görə, İlaxır çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır, təbiət canlanır və yeni ilin bərəkəti bu gündən başlayır.
İlaxır çərşənbənin ənənələri və ayinləri
İlaxır çərşənbə xalqımızın ən qədim və dərin mənalı bayramlarından biridir. Bu günlə bağlı müxtəlif inanclar, mərasimlər və ənənələr mövcuddur.
Belə ki, İlaxır çərşənbə adətən təsərrüfat işlərinin başlanğıcı hesab edilir. Bu gündən etibarən bağ-bostan, dirrik yerləri əkinə hazırlanır, torpaq becərilir və məhsuldarlıq üçün dualar edilir.
Evlərdə süfrəyə mütləq yaşıllıq nişanəsi olan səməni qoyulur. Səməni təkcə baharın deyil, həm də yeni həyatın, ümidin və yenilənmənin rəmzi sayılır. Süfrədə bolluq və bərəkətin təcəssümü kimi müxtəlif yeməklər, şirniyyatlar və bayram nemətləri hazırlanır.
İlaxır çərşənbənin əsas rituallarından biri tonqal qalamaqdır. Böyük tonqal yandırılır və hər kəs - uşaqlardan böyüklərə qədər bu tonqalın üzərindən yeddi dəfə atlanaraq “Ağırlığım odda yansın, uğurlu, xeyirli il olsun” deyirlər. Bu mərasim insanın bütün pisliklərdən və uğursuzluqlardan təmizlənməsi anlamına gəlir.
Ənənəyə görə, tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, ailə üzvlərinin uğursuzluğu, pis niyyətləri və bəlaları küllə birlikdə evdən uzaqlaşdırılır.
İlaxır çərşənbə gecəsi hər kəs öz evində olmalıdır. İnanca görə, əgər kimsə həmin gecəni başqa yerdə keçirərsə, növbəti yeddi il boyunca Novruzu evindən kənarda qarşılayar. Xalqımız İlaxır çərşənbəni xüsusi təntənə ilə qeyd edir. Bayram süfrələri açılır, şirniyyatlar bişirilir, xonçalar hazırlanır.
İlaxır çərşənbədə fal ənənələri
İlaxır çərşənbənin ən maraqlı adətlərindən biri fala baxmaqdır. Qədimdən bəri insanlar bu axşam gələcəyi öyrənmək üçün müxtəlif fal üsullarından istifadə ediblər.
Qulaq falı. Xüsusilə subaylar üçün geniş yayılmış fal növlərindən biri qulaq falıdır. Gənc oğlan və qızlar qonşu evlərin qapısı arxasında dayanaraq ilk eşitdikləri sözə uyğun təzə ildə onları nə gözlədiyini öyrənməyə çalışırlar. Buna görə də İlaxır çərşənbə axşamı evlərdə yalnız xoş sözlər danışılması adət hesab olunur.
İlaxır çərşənbə oyunları
Bayramın əsas şənliklərindən biri müxtəlif oyunlar oynamaqdır.
Qurşaqatdı. Qurşaqsallama, şalsallama, baca-baca və ya nünnünü adlanan bu oyun İlaxır çərşənbənin əsas oyunlarından biridir. Gənclər evlərin qapısına papaq və ya torba ataraq içəri pay istəyirlər.
Təkə oyunu. Cənubi Azərbaycanda məşhur olan bu oyun Novruza on gün qalmış keçirilir. Gənclər ağacdan təkə fiquru düzəldir, onu bəzəyir, boynuna zınqırov asırlar və qapı-qapı gəzir, pay yığırlar.
Yumurta döyüşdürməsi. Bu oyunda iştirakçılar bir-birilərinin yumurtasını döyüşdürürlər. Qırılan yumurta uduzur, qalib isə sonda ən çox yumurta qazanan şəxs olur.
İlaxır çərşənbədə süfrə adətləri
Bayram süfrəsində xüsusi olaraq 7 cür yemək, 7 növ ləziz nemət və ya 7 eyni hərflə başlayan bayram təamları qoyulur. Yeddi müqəddəs rəqəm sayıldığı üçün bolluq, tamlıq və harmoniyanı simvolizə edir.
Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!
Xalidə GƏRAY
Bu gün İlaxır - Torpaq çərşənbəsidir!
18
mart
00:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ