Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
Kainat.tv xəbər verir ki, dövlət başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Zığ Elektrik Avtobus Parkının ümumi ərazisi 5,4 hektardır. Tutumu 210 elektrik avtobusu olan parkın ərazisində 60 şarj stansiyası mövcuddur.
Hazırda avtobus parkı Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı 160 avtobusdan ibarətdir.
Dövlət başçısına avtobusların texniki göstəriciləri barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, 2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir. Nəqliyyat vasitəsinin uzunluğu 12 metrdən bir qədər çox, eni 2 metr yarım, hündürlüyü isə 3 metrdən artıqdır.
Avtobusların fəaliyyətini təmin edəcək 100 şarj cihazı “Luobinsen” şirkətinin istehsalıdır. Cihazların yükləyici gücü 320kW təşkil edir. Şarj cihazları həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər çoxsaylı mühafizə funksiyalarına malikdir. Cihazlar şəhərin müxtəlif istiqamətlərində yerləşdiriləcək.
Eyni zamanda diqqətə çatdırılıb ki, elektrik mühərrikli “LEVC TX5” markalı plug-in hibrid taksilər İngiltərə növü olub Çin istehsalıdır. “Avro-6” standartlarına uyğun həmin avtomobillərin enerji doldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generator ilə isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Avtomobil həmçinin təcili əyləc, təkərlərin təziqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Avtobus parkında həmçinin təmir mərkəzi, inzibati bina, transformator məntəqəsi, xidmət və texniki sahələr fəaliyyət göstərəcək. Marşrutların Monitorinq Mərkəzi isə avtobusların hərəkət marşrutlarını, qrafiklərini və sərnişin təhlükəsizliyini səmərəli şəkildə izləmək və idarə etmək üçündür. Burada gün ərzində 3 növbədə 24 saat xidmətin təşkil edilməsi və 83 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda karbon emissiyasının azaldılması qlobal hədəfə çevrilib. Azərbaycan da bu hədəfə çatmaq üçün prioritetlər müəyyənləşdirib. Yaşıl texnologiyalardan istifadə bu istiqamətdə atılan addımlardandır. “Eko bus” layihəsi isə yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi məqsədi daşıyır. //Report
Prezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə TANIŞ OLUB
31
oktyabr
11:35
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakıda yeni MARŞRUT ŞƏBƏKƏSİ yaradılır: Avtobusların sayı 2500-ə ÇATDIRILACAQ
İlham Əliyev Bakıda yeni salınan parkda yaradılan şəraitlə TANIŞ OLUB
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Milli Məclisin iclası başladı
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ