Xarici hərbi müdaxilə zamanı Azərbaycanla Özbəkistan bir-birinə dəstək verəcək. Bu məsələ Milli Məclisin ötən gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”də əksini tapıb. Sənəddə qeyd olunub ki, hər hansı bir ölkəyə xarici hərbi müdaxilə olarsa, bir-birinə dəsətk verəcəklər. Sənəddə eyni zamanda digər sahələrdə də ən yüksək səviyyədə əməkdaşlıq məsələləri əksini tapıb. Müzakirələrin yekunu olaraq iki ölkə arasında imzalanan sənəd səsverməyə qoyularaq qəbul edilib.
Nəzərə alsaq ki, Azərbaycanın Özbəkistan ilə nə quru, nə də su yolu ilə hər hansı sərhədi yoxdur, o zaman xarici hərbi müdaxilə zamanı bu ölkələr bir-birinə hansı formada dəstək verəcəklər? Xarici hərbi müdaxiləyə qarşı Azərbaycan və Özbəkistanın birgə fəaliyyəti nədən ibarət ola bilər?
Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bildirib ki, cari ilin avqust ayının 23-də Daşkənd şəhərində Azərbaycan və Özbəkistan dövlət başçıları tərəfindən ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb.
Deputatın sözlərinə görə, iki dövlət başçısı tərəfindən imzalanan müqavilə Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub və oktyabrın 29-da parlament tərəfindən ratifikasiya edilib: “Bununla da həmin müqavilə öz hüquqi qüvvəsini aldı. Müqavilə əslində ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək, ona tərəflərin milli maraqlarına tam şəkildə cavab verə biləcək müttəfiqlik xarakterli yeni məzmun vermək məqsədi daşıyır. Müqavilə iki dövlət arasında müxtəlif sahələrdə münasibətləri və əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılmasını özündə ehtiva edən müddəalarla, maddələrlə əhatə olunub. Bunlardan biri də tərəflərin birini üçüncü dövlət tərəfindən silahlı hücum edilə biləcəyi təqdirdə zəruri yardım göstərilməsi ilə bağlı müddəadır”.
Millət vəkili deyib ki, bu müddəanın hansı formada və necə yerinə yetirilməsi məsələləri də müəyyən qədər müqavilədə öz əksini tapıb: “Əgər üçüncü dövlət tərəfindən hücum təhlükəsi ola biləcəyi ehtimalı yaranırsa, belə bir fakt baş verirsə, o zaman ilk növbədə problemin dinc yolla nizamlanmasına töhfə verə biləcək tədbirlərin görülməsi nəzərdə tutulur. Tərəflər həm ikitərəfli qaydada, həm də üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində bir-biri ilə dərhal məsləhətləşmələrə başlayırlar. Mövcud beynəlxalq hüquqi öhdəlikləri və öz milli qanunvericiliyinin müddəalarını nəzərə almaqla bir-birinə zəruri yadım göstərirlər”.
A.Əlizadə söyləyib ki, Azərbaycan bu cür müqavilələri Özbəkistanla yanaşı, digər ölkələrlə də imzalayıb: “Biz buna ilk misal kimi qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsini göstərə bilərik. Həmçinin, dost Pakistan, qardaş Türkiyə ilə bağlanmış üçtərəfli Bakı Bəyannaməsini də qeyd edə bilərik. Həmin sənədlərdə də tərəflərin bir-birinə üçüncü dövlət tərəfindən hər hansı bir silahlı müdaxilə ola biləcəyi təqdirdə hərbi yardım göstərəcəklərinə dair müddəalar öz əksini tapıb”.
Millət vəkili vurğulayıb ki, indiki qlobal dünyada, müasir silahların mövcud olduğu bir dönəmdə ölkələrin bir-birinə qarşılıqlı yardım göstərməsi üçün mütləq mənada tərəflər arasında quru və ya su sərhədinin olub-olmaması ciddi əhəmiyyət daşımır: “Müasir silahlar ona imkan verir ki, müttəfiq ölkələr bir-birinə hərbi, siyasi dəstək ola bilsinlər. Tərəflər eyni zamanda digər vasitələrdən, o cümlədən beynəlxalq təşkilatlar müstəvisindən yararlanmaqla, xüsusən siyasi-diplomatik sahədə bir-birinə dəstək verə bilərlər. Hesab edirəm ki, bu cür müqavilələr digər türk dövlətləri ilə də bağlanmalıdır. Türk Dövlətlər Təşkilatı çərçivəsində də üzv dövlətlər bir-birinə müxtəlif sahələrdə, eyni zamanda hərbi sahədə yardım etmək, dəstək olmaq barədə sənədlər imzalamalıdırlar. Biz Türk Dövlətlər Təşkilatında təmsil olunan dövlətlərlə digər sahələrdə olduğu kimi hərbi sahədə də münasibətlərin ən üst səviyyədə formalaşmasına səbəb ola biləcək, imkan verəcək addımların atılmasını birmənalı olaraq təqdir edirik”.
Müttəfiqlərimizin SAYI ARTIR: Əgər Azərbaycana hərbi müdaxilə olarsa…
30
oktyabr
22:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Beşiyində boğulan demokratiya və siyasi təqiblər - Qərbin real gündəliyi
Baydendən Bakıya VƏD: Sülh sazişi imzalansa...
Makronun Bakıya açdığı savaş İFLASA UĞRAYIR: Azərbaycanın Fransa üzərində həlledici QƏLƏBƏ ŞANSI ARTIR
Milli Məclisin iclası başladı
- Sumqayıtda PARTLAYIŞ: 1 nəfər dağıntılar altından sağ çıxarıldı - FOTO / VİDEO / YENİLƏNDİ
- Türkiyə Yaxın Şərqi yenidən DİZAYN EDİR: ABŞ, Rusiya və İran Suriyadan ÇIXARILIR
- Tanınmış meyxanaçı VƏFAT ETDİ
- Bakının şərtləri DƏYİŞİR: Yüz il əvvəlin sənədi masaya qoyuldu - VACİB GƏLİŞMƏ
- Beyləqanda su kanalı zibil və məişət tullantıları ilə doldurulub - VİDEO
- Arazdəyəndən hücum ola BİLƏRMİ? - Şübhəli səfərin sifrələri ÇÖZÜLÜR
- Bəşər Əsədin və müxaliflərin taleyini bu şəhər uğrunda döyüş həll edəcək - TƏHLİL
- Ukrayna üçün KRİTİK GÜN - “nə sülh, nə də müharibə” dövrü BAŞLAYA BİLƏR
- Bakıda dəhşətli QƏZA: nazir müavinini maşın vurub öldürdü (FOTO)
- Hamamda meyiti tapılan 23 yaşlı Mehriban məşhur restoranlar şəbəkəsinin İŞÇİSİ İMİŞ
- Atəşkəs POZULDU: Netanyahu Hizbullaha sərt cavab VƏD EDİR
- Prezidentin YÜKSƏK VƏZİFƏYƏ təyin etdiyi Elbrus İsayev KİMDİR... - DOSYE
- Yaşa görə pensiyanın MƏBLƏĞİ
- Ermənistan sərhədə QOŞUN YIĞIR: yeni savaş hazırlığı – İlk HƏDƏF BUDUR
- "Respublikanski"nin təmirə bağlanması xəstələri ÇƏTİNƏ SALDI - Baş həkim nələri AÇIQLADI?
- Füzulidə həkim SƏHLƏNKARLIĞI: 9 yaşlı uşaq əməliyyatın QURBANI OLDU
- Qərbin Fransa agenti ilə Tiflisə HECUM PLANI: Ermənistan kəşfiyyatı da FƏAL DƏSTƏK VERİR
- Türkiyə sərhədində MÜHARİBƏ: 32 kənd ələ keçirildi, 10 min sakin evlərini TƏRK ETDİ
- Beyləqanın təbii sərvəti olan sahibsiz "Göbələk" adlanan suyun ərazi və bataqlığa çevrilən ətraf mühüti - VİDEO/FOTO
- Sumqayıtın icra başçısı Zakir Fərəcov YOLA SALINIR
- Rusiya bu ölkələrə müharibə ELAN EDƏCƏK – ATACMS zərərsizləşdirildi
- SON DƏQİQƏ! Çin və Rusiya dünyaya MEYDAN OXUDU: Döyüş təyyarələri HAVALANDI
- Sumqayıtda PARTLAYIŞ: 1 nəfər dağıntılar altından sağ çıxarıldı - FOTO / VİDEO / YENİLƏNDİ
- SON DƏQİQƏ! Rusiya səmasını pilotsuz təyyarələr BÜRÜDÜ: 25-i VURULDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Üç ölkənin nazirləri DANIŞDI: Tarixi ərazimiz hədəfdə – GİZLİ RAZILIQ