Kainat.tv xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, bu iki məsələnin həllində irəliləyiş yoxdur:
“Buna baxmayaraq, İrəvan “Sülh qovşağı” ideyasının reklamını gücləndirməyə çalışır. Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutunyanın sözlərinə görə, “Sülh qovşağı” təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaq. Bundan öncə iranlı ekspertlər gələcəklər. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin ortaq müzakirəsini təşkil etmək məqsədilə İrəvanda konfrans keçiriləcək.
Görünür, İrəvan həmin konfransa Türkiyə, İran, Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrinin ekspertlərini dəvət etməyə çalışacaq. Böyük ehtimalla erməni rəsmilər və ekspertlər həmin konfransda “Sülh qovşağı” adı altında Ermənistanın Orta və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirakı mövzusunu qabardacaqlar.
Ankara İrəvanla təmaslarını artırmasına baxmayaraq, ilkin şərtindən imtina etməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha vurğulayıb ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir. Türkiyə lideri Ermənistanla əlaqələrin normallaşmasının İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacağını bundan əvvəl də dəfələrlə vurğulayıb”. //Teleqraf.com