Pərviz Heydərov yazır...
BRICS ABŞ başda olmaqla Qərb ölkələri üçün həqiqətən böyük əks qütbə və çox ciddi bir rəqabət ortağı sayılacaq təşkilata çevrilə bilər. Bəlkə də, artıq çevrilib. Hazırda özündə cəmi 9 ölkəni birləşdirən bu təşkilat dünya iqtisadiyyatında və siyasətində kifayət qədər öz gücü, nüfuzu və rolu olan ölkələri əhatə edir.
Təkcə sözügedən ölkələrdən Rusiya, Çin, Hindistan, Braziliyanı qeyd etsək, kifayətdir. O baxımdan ki, bunların hər birinin ayrı-ayrılıqda böyük potensialları var və bu potensial hər il daha da artmaqdadır. Üstəgəl, bu ölkələr demək olar hamısı ABŞ siyasətindən narazı vəziyyətdədirlər.
Onları bir çətir altına gətirən və yaxınlaşdıran səbəblərdən biri də məhz bu məqamdır. Qeyd olunan amil çox mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, BRICS-ə qoşulmaq istəyən ölkələrin sayı getdikcə artır. Odur ki, sözügedən təşkilatın tezliklə daha çox nüfuzlu, böyük bir quruma çevrilmək ehtimalı real görünür.
BRICS ölkələri çox sürətlə inkişaf edirlər. Ötən il BRICS ölkələri üzrə cəmi ümumi daxili məhsul (ÜDM) istehsalı həcmi qlobal ÜDM-in 35.7%-ni təşkil edirdi. 15 ildə təşkilatın qlobal iqtisadiyyatda payı 10.2% artım nümayiş etdirib. G7 ölkələrinin qlobal iqtisadiyyatda payı isə bu müddətdə 9,7% azalaraq 29%-ə düşüb. BRICS ölkələrinin dünya ümumi daxili məhsul istehsalındakı payı çoxdan "Böyük yeddiliyin" göstəricisini üstələyir və artmaqda da davam edir.
ABŞ başda olmaqla Qərb ölkələri bu durumdan çox narahatdır. Daim istismarçı, ikiüzlü, parçala və hökm sür, xaos yaratmaq məqsədi daşıyan siyasət yürütməkdə olan adıçəkilən Qütb ölkələri çox güman, BRICS-in qol-budağını baltalamaq məqsədilə Hindistan-Pakistan konflikti kimi problemlər ortaya çıxarmaq üçün ilə gecə-gündüz çalışırlar və bunun üzərində baş sındırırlar...
Yeri gəlmişkən, 2011-ci ilədək təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu ki, Cənubi Afrika Respublikasının sözügedən qrupa birləşməsi ilə 18 fevral 2011-ci il tarixdən hind maliyyə nazirinin ərizəsi üzrə qrup BRICS adını daşımağa başlayıb.
Bu arada ölkəmizin də BRICS-ə qoşulmaq istəyi qeyd edilməli və bu, təbii qarşılanmalıdır. Çünki buna, hətta haqqımız da çatır deyə, qeyd edə bilərəm. Belə ki, birincisi, biz özümüz də təbii resurslarla zəngin ölkəyik. İkincisi, sürətlə inkişaf əldə etmiş və inkişafda olan ölkə sayılırıq. Üçüncüsü, regionda bir sıra zəngin infrastruktura sahibik.
Söhbət, hər növ enerji resurslarını daşıya biləcək müxtəlif tranzit kəmərlərinə sahib olmaqla yanaşı, hava, quru və dəmiryolu nəqliyyat dəhlizlərinə malik olmaqdan gedir. Bu baxımdan, əslində bir sıra BRICS ölkələri özləri də ölkəmizin həmin təşkilata qoşulmasında maraqlıdırlar.
Ümumiyyətlə, BRICS-ə qoşulmaq bizə çox şeylər verə bilər. Çünki bu ölkələr çox sürətlə inkişaf edirlər. Qeyd olunan təşkilata daxil olan ölkələrin sırasına, yəni Rusiya, Hindistan, Çin və digərlərinin adlarına təkrar-təkrar nəzər salmaq kifayətdir ki, təkcə, bu 3 ölkə ilə ölkəmizin geniş iqtisadi və ticari əlaqələrinin, alış-verişin və ötürmələrin, yəni daşımaların mövcudluğu bizə nə kimi xeyir gətirir və təşkilata qoşulduqdan sonra isə nə kimi xeyir gətirəcək, demək və proqnozlaşdırmaq çətin deyil.
Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycana böyük iqtisadi faydalar vəd edir. BRICS-ə üzvlüyün gətirə biləcəyi üstünlüklərdən biri isə həm də ondan ibarət olacaq ki, bizə adıçəkilən dəhlizlərin daha geniş istifadəsi üçün yeni yollar açılacaq.
O ki qaldı BRICS-in vahid valyuta məsələsinə, bu cür perspektivlər haqqında danışmaq isə hələ tezdir. Gələcəkdə təşkilatın pul köçürmələri üçün SWIFT-ə bənzər bir sistem yaradılacağı, öz valyutasını dövriyyəyə buraxacağı fikirlərinin reallaşması əlbəttə mümkündür və real görünür.
Lakin bunun üçün müəyyən vaxt lazımdır.
BRICS-in tərkibindəki ölkələrin ortaq maraqları getdikcə daha da çox möhkəmlənməlidir. Çünki dünya iqtisadiyyatı elə bir sistem şəklində formalaşıb ki, bundan ötrü uzun bir yol qət edilib. Qlobal iqtisadiyyatda müəyyən balans təşəkkül tapmalı, çoxqütblü tarazlı inkişaf əldə olunmalıdır ki, SWIFT və vahid valyuta kimi amillərdən də danışmağa dəysin.
ABŞ və Qərb dövlətləri NARAHATDIR: BRICS ölkəmizə nə kimi fayda verə bilər?
26
oktyabr
18:55
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Planetin “yarısı” Kazana YIĞIŞIB: Putin BRİCS-i anti-Qərb klubuna ÇEVİRƏ BİLƏCƏKMİ?
Beşiyində boğulan demokratiya və siyasi təqiblər - Qərbin real gündəliyi
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Rəsmən BƏYAN EDİLDİ - İki qitənin müharibəsi BAŞLADI
Regional sülh QAPIDA: Hələ də bunu həzm edə bilməyən qüvvələr var - "Kaspi"nin TƏHLİLİ
- Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
- Pentaqon TƏSDİQLƏDİ - Moskava Vaşinqtona XƏBƏRDARLIQ EDİB
- Türkiyə ABŞ-ın Suriyadan çıxarılmasına ÇALIŞIR: Ağ Ev isə hələ də israrla terrorçuları DƏSTƏKLƏYİR
- Putin ABŞ və Qərb dövlətlərinə XƏBƏRDARLIQ ETDİ
- Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi TƏSİR EDİR
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
- Parisdən Bakıya qarşı daha bir TƏXRİBAT - Sensasion DETALLAR
- Nüvə riskinin sərhədimizə sıçrayan DALĞASI: İrəvan hücuma KEÇƏCƏK
- Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik ƏMƏLİYYAT PLANI hazırlandı
- Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal MÜHARİBƏ - Dünya üçün HƏLLEDİCİ AN
- Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
- İrəvandan Bakıya göndərilən "STRATEJİ SAZİŞ"in detalları: Nikolun PLANI NƏDİR?
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?