Ötən ilin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə məqsədli “Pantsir S” raketi ilə vurulmasından sonra iki ölkə arasında münasibətlərin gərginləşdiyi müşahidə olunur.
Təyyarənin Qroznı səmasında hücuma məruz qalmasından sonra enişinə icazə verilməməsi, həmçinin Rusiyadan səsləndirilən bir-biri ilə tutarsız müxtəlif açıqlamalar Azərbaycanda birmənalı qarşılanmadı. Hadisənin əsas səbəbi ortaya çıxdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib qəzanın bu ölkənin hava məkanında baş verməsinə görə üzr istəsə də, günahkarların cəzalandırılması ilə bağlı məsələ hələ də öz həllini tapmayıb.
Həmçinin Bakının Moskvaya qarşı irəli sürdüyü əsas şərtlərdən biri olan kompensasiyanın ödənilməsinə də Kremldən aydınlıq gətirilməyib.
Kainat.tv bildirir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, Azərbaycan tərəfinin reaksiyası kifayət qədər praqmatik, haqlı və davamlıdır:
“Rusiyanın, xüsusən Prezident Vladimir Putinin etdikləri səhvə görə heç vaxt üzr istəməməsi hər kəsə məlumdur. Bu cür durumun onların siyasi simalarına və imiclərinə zərbə olduğunu hesab edirlər. Sonuncu dəfə Rusiya liderləri təyyarə qəzasına görə 1990-cı ildə, Sovet dövründə Koreya hava yollarına aid təyyarənin vurulmasına görə üzr istəmişdi. Maraqlıdır ki, bu, qəzadan 9-10 il sonra baş verdi.
Prezident İlham Əliyevin ardıcıl mövqeyi Rusiyanı fakt qarşısında qoydu. Hər nə qədər Rusiya liderləri ictimai rəylə hesablaşmağı sevməsələr də, son illərdə baş verən qlobal dəyişikliklər fonunda Moskvanın postsovet məkanına artan ehtiyacına görə Putin praqmatik davranmağa məcbur qaldı. Xüsusilə Ukraynanın Rusiya qazının tranzitinə qadağa qoymasından sonra Azərbaycan, Qazaxıstan və Türkiyənin burada rolu gücləndi. O baxımdan Rusiya hazırda 15 milyard kubmetrə yaxın qazı məhz Türk axını vasitəsilə ixrac edə bilər. Eyni zamanda Çinə ixracda Qazaxıstan önəmli rola malikdir. Bütün bunlar bizə onu deməyə əsas verir ki, Rusiya rəhbərliyinin ən azından üzrdən sonra müxtəlif kompensasiya tədbirlərini icra etməsi mümkündür”.
Ekspertin sözlərinə görə, 38 nəfərin ölümü ilə nəticələnən qəzaya görə Rusiyada kimlərinsə həbsi gözləniləndir:
“Əks halda bu, Azərbaycan və Rusiya münasibətlərində ciddi böhran yarada bilər. Buna baxmayaraq düşünürəm ki, Kreml rəhbərliyi Bakı ilə gərginliyin artmasına imkan verməyəcək. Ümumiyyətlə, münasibətlərdə enişli-yoxuşlu hallara baxmayaraq Rusiya və Azərbaycan dəyişən geosiyasi vəziyyətdə strateji xəttin pozulmamasına çalışır. Lakin bu o demək deyil ki, Bakı öz mövqeyini ifadə etməyəcək. Azərbaycan Rusiya ilə münasibətlərdə hər zaman dostyana davranıb və ondan da eyni münasibəti gözləmək haqqına sahibdir. Bu, həm də Azərbaycanın kifayət qədər müstəqil siyasət aparmasından qaynaqlanır və Moskva rəhbərliyi bu cür ölkələrə xüsusi əhəmiyyət verir”.
Bakı ŞƏRT QOYDU, Kreml 30 illik prinsipini POZDU: Qəza ilə bağlı iki MÜHÜM MƏQAM
07
yanvar
02:15
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakı "QARA QUTU"nu necə AÇDI: Əliyevin qətiyyəti GEOPOLİTİK BÖHRANI BLOKLADI
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
“Pantsir” AZAL-ın təyyarəsini NECƏ VURUB? – Naməlum siqnal, tapılmayan PUA –YENİ DETALLAR
KİV: AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” HHM-nin hücumuna MƏRUZ QALIB
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ