Ermənistan baş naziri Nikol Paşinyan kor tutduğunu buraxmadığı kimi (korlardan üzr üstəyik) buraxmır. Yenə ərz edib ki, bəs Ermənistan Konstitusiyası “gül kimi”dir və orda heç bir ölkəyə, o cümlədən Azərbaycana qarşı ərazi iddiası yoxdur.
Onun özünü təmizə çıxarmaq üçün gətirdiyi “arqument” əsas isə belədir. Sitat: “Ermənistan Konstitusiya məhkəməsi 26 sentyabr qərarında qeyd edib ki, konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız bəyannamənin konstitusiyanın maddələrində təsbit olunmuş müddəalarına aiddir”.
Əlbəttə ki, gözünün içinə kimi yalan deyir. Yalançının isə yaddaşı olmaz. Bu məqamda “daşdan keçən” bircə faktla kifayətlənəcəyik. Dünən xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfransda da bu barədə danışıb.
Söhbət nədən gedir? Ondan ki, 1998-ci ildə Xocalı hərbi canisi Robert Köçəryan Ermənistan prezidenti “seçiləndə” Azərbaycan vətəndaşı olub. Amma prezident seçilmək üçün Ermənistan vətəndaşlığı daşımalı, üstəlik, azı 10 il orada yaşamalı idi. Bu cəllad, körpə qatili isə şərtlərin heç birinə uyğun gəlmirdi.
Məhz o zaman Ermənistan Konstitusiya Məhkəməsi keçmiş Dağlıq Qarabağı Ermənistan ərazisi sayan Müstəqilik Aktını və konstitusiyanı (preambula) əsas götürərək, Köçəryanın Qarabağda yaşadığı illəri Ermənistanda yaşayıbmış kimi şərh edərək (!), onu seçkiyə buraxmışdı. Beləcə, Azərbaycan vətəndaşı Ermənistan prezidenti olmuşdu...
Yəni Paşinyanın məntqincə Köçəryan 10 il (1998-2008) ölkənin qeyri-qanuni prezident kimi “fırladıb”. O zaman “qanlı-bıçaq” olduğu Robikin prezidentliyini niyə qeyri-legitim elan etmir, əgər doğrudan da hesab edir ki, konstitusiyada Azərbaycana qarşı ərazi iddiası yoxdur və Qarabağ Azərbaycandır?
Axı kim zəmanət verə bilər ki, sabah hakimiyyətə qatı revanşistlər gələndən sonra Ermənistanın Konstitusiya Məhkəməsi yenə Müstəqilik Aktına və konstitusiyaya istinad edərək, 26 sentyabr qərarına zidd qərar verməyəcək?
Heç kim. Elə ona görə Azərbaycan Paşinyanla, onun hakimiyyəti ilə yox, Ermənistan və onun xalqı ilə sülh müqaviləsi bağlamaq istəyir. Elə bir sənəd ki, məsələn, Qars Müqaviləsi kimi bütün zamanlar və iqtidarlar üçün qüvvədə qalsın...
Ola bilsin, Nikol Paşinyan acı gerçəyi deməyə qorxur. Çünki bilir ki, ölkə konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaq məsələsinə qarşı cəmiyyətdə ciddi müqavimət var. “Gellup”uin keçirdiyi rəy sorğuları da təsdiqləyir ki, əhalinin mütləq əksəriyyəti konstitusiya dəyişikliyinin əleyhinədir. Bu da o anlama gəlir ki, haylar Azərbaycan və Türkiyə ilə barışıq istəmir, blokadada qalmağı, rəzil gündə yaşamağı üstün tuturlar.
Özləri bilər. Bu bizim problem deyil ki. Can onların, cəhənnəm Tanrının. Ancaq o halda gərək iqtidarlı-müxalifətli “Azərbaycan və Türkiyə niyə bizim ordu quruculuğumuza, silah-sursat almağımıza pis baxır”, yaxud “Bakı nədən ATƏT-in Minsk Qrupunun rəsmi ləğvini tələb edir”, “Paşinyan Qarabağı Azərbaycan sayırsa Türkiyə nə üçün sərhədləri açmır” kimi axmaq suallar verməsinlər.
Pis baxırıq, baxacağıq, o yana da keçəcəyik. Ona görə ki, şübhələnmək haqqımız var. Ermənistanın hansı məqsədlə sürətlə silahlandığının, sülh müqaviləsindən neçə ildir nə səbəbə yayındığının fərqindəyik. İrəvanın revanşist planlarından yaxşı xəbərdarıq...
Ən mühümü, erməni toplumu, onun aparıcı ictimai-siyasi kəsimi 35 ildə başlarına gələnlərdən, 44 +1 günlük müharibədən nə yazıq ki, dərs götürməyib. Xocalı soyqırımına, Azərbaycan xalqına qarşı törətdikləri digər vəhşiliklərə və hərbi cinayətlərə, vandallıqlara görə tükləri belə, hələ də tərpənmir. Peşmançılıq, tövbə, üzrxahlıq-filan gözə dəymir.
Demək ki, bunlarla sülh içində, dinc-yanaşı yaşamaq, adam dilində danışmaq bir müddət də çətin, hətta mümkünsüz olacaq.
Odur ki, sayıqlığımızı itirtməməli, çomağı yerə qoymamalı, barıtımızı daim quru saxlamalıyıq...
Zahid SƏFƏROĞLU
Azərbaycan vətəndaşı necə Ermənistan prezidenti oldu – ŞOK detallar və Paşinyanın AĞ YALANI
11
dekabr
14:50

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Paşinyanın SÖZ OYUNU - Kazanda Əliyevə verdiyi o TƏKLİF...
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Sülh danışıqlarının DEKABR MƏRHƏLƏSİ - Müqavilə ilə bağlı VACİB AÇIQLAMA
Paşinyan üçün SON SEÇİM: Referenduma getmədən Bakının tələbi İCRA EDİLİR
Qayıdışa haqqı çatanlar: Körpüləri yandıranlar üçün BAĞLANAN QAPI
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....
- General Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Koenigsegg Agera, Bugatti, Ferrari və digər milyon dollarlıq maşınlar - FOTO
- Abşeron RİH-də defakto tikinti ANLAŞMASI: Xırdalan şəhər 28-ci məhəllədə yaş ağaclar kəsilərək qanunsuz tikinti aparılır - VİDEO
- Azərbaycandan Rusiya ilə bağlı daha bir qərar: Mühüm mədəniyyət tədbirləri ləğv edildi!
- Vətənə, xalqa xidmətin təntənəsi - Azərbaycan polisi 107
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...