ABŞ İsrailin İrana mümkün hücumuna, həmçinin regional və beynəlxalq təhlükəsizliyə təhdidə görə tam məsuliyyət daşıyacaq.

Kainat.tv xəbər verir ki, bunu Tehranın BMT-dəki daimi nümayəndəsi Əmir Seyid İrəvani deyib.

“ABŞ öz davranışları ilə regionda sülhü pozur və İsrailin təcavüzünün mümkün nəticələrinə görə məsuliyyət daşıyır”, - İrəvani vurğulayıb.
İranlı diplomat ABŞ-ı Qəzza və Livanda hücum əməliyyatlarını davam etdirən İsrailə yardım göstərməkdə ittiham edib.

İrəvaninin sözlərinə görə, Vaşinqton İsrailə qabaqcıl silahlar ötürür, texniki dəstək göstərir, bu da gərginliyin artmasına töhfə verir. //Teleqraf.com