Deputat Razi Nurullayev Milli Məclisdəki çıxışı zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iclasda iştirakından istifadə edərək ünvanlı sosial yardımla bağlı danışdı.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, deputat aşağıdakıları bildirib:
“Sahil müəllim, siz sadəcə elə bir vəzifədə işləyirsiniz ki, orada kim olsa, tənqid və qərəz obyektinə çevriləcək. Belə bir vəzifə yükünü daşımaq da asan deyil və buna anlayıram”.
R.Nurullayevin sözlərinə görə, hər kəsə məlumdur ki, ünvanlı dövlət sosial yardımı almaq üçün şərtlər çox ağırdır: “Bu il müəyyən yüngülləşmə aparılıb, amma yenə də ciddi çətinliklər qalmaqdadır. Doğrudan da ehtiyacı olanlar bunu ala bilmir və mən onlarla dəfə bunun şahidi olmuşam. Səbəb isə şərtlərin ağır olması və bəzən isə ehtiyacı olan tərəfindən həmin şərtlərin yerinə yetirilməsinin obyektiv və subyektiv səbəblərdən heç cür mümkün olmamasıdır. Bilirəm ki, nazirlik hazırda pilot layihə həyata keçirir və məsələnin ədalətli həlli üçün çalışır. Tam məlumatlı deyiləm, amma belə çıxır ki, nazirlik bütün ailələri bir-bir ziyarət edib ümumi mənzərəni ortaya çıxarmaq və məlumatlara malik olmaq istəyir ki, ünvanlı sosial yardımı da avtomatlaşdırsın. Açığı bu mənə o qədər də inandırıcı gəlmir. Hörmətli Sahil müəllim bu barədə məlumat versə, yaxşı olar”.
Deputat ardınca sual etdi: “Digər həll yolları varmı? Var. Hər bir rayon, kənd və qəsəbədə icra hakimiyyəti və nümayəndəsi var. Onlar kimin ehtiyac içində olduğunu, gəlirlərini, evini, kənardan daxil olan vəsaiti, yəni bütün məlumatlara sahibdirlər. Onların arayışı bəs etməzmi? Əgər onlar yalan məlumat verərlərsə, bu icra hakimiyyəti və işçisi üzərində ciddi məsuliyyət yaratsın. Bunun üçün qanunvericiliyə lazımsa dəyişiklik edək. Digər tərəfdən, indi elə zamandır ki, yanlış adam ünvanlı sosial yardım alarsa, elə öz ətrafı, qohum-əqrəbası və qonşuları, tanıyanlar birinci sosial şəbəkələr çıxın hay-küy yaradacaqlar. Nazirliyin imkanları var ki. 2-3 günlük missiyalar göndərib qəfil yoxlamalar həyata keçirsin. Nazirlik kiməsə sonunda inanmalıdır”.
R.Nurullayev bildirdi ki, Nazirliyin tərkibində İctimai Şura var: “Qoy onlar ayda bir neçə dəfə məsələ həllini tapana qədər səfərlər edib məlumatlar hazırlasınlar. Bu cür yanaşma həm də imkan verəcək ki, ünvanlı sosial yardımın doğurdan da ehtiyacı olanlara verilməsi üçün hansı problemlər var və siz onları aidiyyəti dövlət qurumlarına təqdim edə bilərsiniz ki, məhz bu səbəblər işimizi vicdanla yerinə yetirməyimizə hüquqi və digər əngəlləri törədir. Daha bir təklif isə nazirliyin özünün hüquqi yardım göstərməsidir. Məqsəd kömək etmək deyilmi? Qanunlarımız o qədər, qaydalarımız o qədər, istisnalar, o qədər. Baş çıxarmaq sadə vətəndaşın imkanları xaricindədir. Yaxşı olar ki, Vəkillər kollegiyası ilə müqavilə bağlansın və onlar hər bir rayonda bu köməkliyi göstərsinlər. Hörmətli Samir müəllimdən, hökumətdən də xahiş etmişəm ki, pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət proqramı qəbul edilsin. Bu qarşımızda dayanan ən vacib məsələlərdən birincilər sırasındadır”.
Deputat nazirə xitab etdi: “Hörmətli Sahil müəllim, bir xahiş də edim ki, ünvanlı sosial yardım yoxlaması aparılan zaman açıb soyuducuları yoxlamasınlar, qazanların içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar. A ailələrə hər kəs kömək edir, biri bazarlıq edir, biri ət gətirə bilər, biri bir kisə kartof və s. Bilirəm ki, bu sizin göstərişiniz deyil, heç qanun da bunu demir, amma bu tip məsələlər insan ləyaqətini alçaldır. Son məqsəd nədir? Ehtiyacı olana ünvanlı sosial yardımın verilməsi. Mən fikirlərimi hörmətli Sahib müəllimlə, aidiyyəti komitə və əlaqədar şəxslərlə bölüşməyə hazıram”.
R.Nurullayev digər sahələr üzrə təkliflərini də səsləndirdi: “Bu gün də əlillik tələbi ilə müraciət edən onlarla qazimiz var. Onlarla danışmaq, nəyisə izah etmək demək olar ki, mümkün deyil. Çünki, onların canı ağrıdığına görə, psixoloji travma və ehtiyac ucbatından əlillik haqqının olduğuna inanırlar. Ən azı 4-5 dəfə elə bu tribunadan təklif verdim ki, yaralanmış, psixoloji travma almış və hələ də müalicəsi gedən müharibə iştirakçılarına 2-3 illik aylıq müavinət təyin olunsun. Bu gün də buna ehtiyac duyuram. Çünki, onların müalicəsi dövlət tərəfindən aparılsa da, amma yaşayış, ailə, dərmanların alınması, nəqliyyat və digər xərcləri var. O, xərcləri aldıqları 80 manatla ödəmək mümkün deyil axı. Onun üçün də 80 manatın iki dəfə artırılması ilə bağlı ehtiyac və tələb var. Bununla bağlı verdiyimiz suallara hökumət üzvləri komitə müzakirələrində də cavab vermədilər”.
Deputat qazilərin işsizliyi ilə bağlı da danışdı: “Demək olar ki, böyük əksəriyyətin ali təhsili yoxdur və bu onların yaxşı işə düzəlməsinə imkan vermir. Bu təklifi iki dəfə səsləndirmişəm və yenə də təklif edirəm. Nazirliklə ali təhsil müəssisələri arasında razılaşma əldə olunsun və onların nəzdində bir-iki illik təhsil proqramları yaradılsın. Hökumət buradan irəli gələn məsələləri həll edə bilər. Bu sosial narazılıqların aradan qaldırmasında əsaslı rol oynayardı. Bu məsələyə də fikrinizi öyrənmək istərdim”.
Deputat qeyd etdi ki, özünəməşğulluq xidmətinin daha sərfəli və məntiqli olması üçün onun biznes şirkətləri ilə birlikdə olmasının təklif edirəm: “Nazirlik biznes qurumu deyil və istərdim ki, özünəməşğulluq xidməti dayanıqlığın təmin edilməsi naminə vəsaiti iş adamlarına ayırsın”.
Elşad Paşasoy
Razi Nurullayev Sahil Babayevə XİTAB ETDİ, problemlərdən DANIŞDI
27
noyabr
14:30

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Trampla Bayden Rusiyanı “BİTİRMƏK” üçün razılığa gəlib - ŞOK İDDİA
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
- Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDILAR
- Bakıda ağır qəza - Ölən və yaralananlar var (VİDEO)
- Paşinyan Baqratı Karapetyanın yanına GÖNDƏRDİ
- Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
- İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib
- Paşinyan Levon Ter-Petrosyanı məhv etdi: "KQB agenti, qorxaq, tənbəl" - İrəvanda sözlü qırğın
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- “Hell”in insan sağlamlığına zərəri -Video
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
- İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib
- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB
- Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
- Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- MTN generallarının əmlakı satıldı – Zərərçəkənlərə yüz minlərlə manat ödəndi
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
- Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
- 112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI
- Müdir müavini Pərvin Ağasiyev “Hunday” ilə piyadanı vurdu...