Ermənistan lideri Nikol Paşinyan bu həftə KTMT-nin sammitini buraxacaq, lakin eyni zamanda veto hüququndan istifadə etməyəcəyini və müttəfiqlərin sammitdə sənədləri imzalamasına mane olmayacağını bəyan edib.
Kainat.tv xəbər verir ki, "NEWS.ru" öz məqaləsində Ermənistanın baş nazirinin qalmaqallı hərəkətlərinin səbəbini öyrənməyə çalışıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu gün bildirib ki, İrəvan KTMT sammitinə qatılmasa da, razılaşdırılmış sənədlərin qəbulunun əleyhinə deyil.
Noyabrın 28-də Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək, iclasda Rusiya lideri Vladimir Putin, həmçinin Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan prezidentləri iştirak edəcək.
Uşakovun sözlərinə görə, Moskva İrəvanın müstəqil kursuna hörmətlə yanaşır, eyni zamanda, KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və bütün müvafiq hüquq və öhdəlikləri özündə saxlayır. “Ermənistanın KTMT-yə fiziki olaraq qayıtması üçün qapılar açıqdır və biz ümid edirik ki, erməni nümayəndələri gec-tez bu təşkilat çərçivəsində əməkdaşlığı bərpa edəcəklər”, - Rusiya Prezidentinin köməkçisi bildirib.
RF hökuməti yanında Maliyyə Universitetinin dosenti Gevorg Mirzayan NEWS.ru-ya müsahibəsində deyib ki, Moskvada erməni baş nazirin başlatdığı oyunu yaxşı başa düşürlər: "Oyunun mənası sadədir: Ermənistan və Azərbaycan arasında döyüş əməliyyatlarının bərpası istisna edilə bilməz. Hazırda Paşinyan xarici kuratorlarının tapşırıqlarını yerinə yetirərək Bakı ilə sülh bağlamaqdan imtina edir. Beləliklə, Paşinyan erməni ictimai rəyi fonunda necəsə vəziyyətdən çıxmağa çalışır".
Ekspertin fikrincə, erməni lider KTMT-dən çıxmaq və Azərbaycanı müharibəyə təhrik etməklə müharibədəki məğlubiyyətin günahını Rusiyanın üzərinə atmağı və Ermənistanı "Amerika hərbi bazasına" çevirməyi hədəfləyir.
Ekspert qeyd edr ki, Ermənistan KTMT üzrə hərbi-siyasi müttəfiqləri nəzərə almır, lakin eyni zamanda Moskva ilə ticarəti inkişaf etdirir. Nikol Paşinyan belə ikili mövqeni çoxdan tutub.
"İrəvanda hesab edirlər ki, KTMT Ermənistanın müdafiəsi üzrə öz funksiyalarını yerinə yetirmir, ona görə də təşkilatın tədbirlərində iştirak etmir. Lakin eyni zamanda təşkilatı tərk etməkdən də imtina edirlər. Nəticədə Paşinyan KTMT-də iştirakı "dondurmaq' formulunu icad edib", - Mirzayan deyir. Ekspert xatırladır ki, KTMT-nin nizamnamə sənədlərində belə bir ifadə yoxdur.
"Lakin Moskva Paşinyanın oyunlarında iştirak etmir, fasilə götürür və şərti olaraq Paşinyanın nə dərəcədə irəli gedə biləcəyinə baxır. Rusiya rəhbərliyi hələlik özünü çox ehtiyatla aparır", - politoloq hesab edir.
Müstəqil hərbi ekspert Aleksandr Xramçixin deyir ki, İrəvan siyasi cəhətdən Rusiyadan uzaqlaşmağa çalışır və bu, hər şeydə özünü göstərir: "Paşinyan hətta bizim silahlarımızı özümüzdən deyil, Hindistan və ya Yunanıstan vasitəsilə almaq istəyir".
Rusiya XİN-in Diplomatik Akademiyasının əməkdaşı Vadim Kozyulin qeyd edib ki, son aylarda İrəvan KTMT-dən çıxmaqla hədələməyi dayandırıb. O, Paşinyanın davranışına qonşu Gürcüstanın xarici siyasətində gözlənilən dönüşün təsir göstərə biləcəyini istisna etmir.
"Moskva və Tbilisi arasında münasibətlərdəki müəyyən istiləşmə Paşinyanın həm ritorikasına, həm də hərəkətlərinə təsir göstərə bilər. Bütün "anti-Rusiya" mövqeyinə baxmayaraq, o, hər halda praqmatik siyasətçidir. Paşinyan nəzərə almalıdır ki, Ermənistan coğrafi cəhətdən Fransa və ya ABŞ-dən uzaqdır, Rusiya və Gürcüstana isə yaxındır", - Kozyulin "NEWS.ru"ya söyləyib.
Rusiyanın Ermənistanda səfiri Sergey Kopırkin bildirib ki, Moskva bu il İrəvanla rekord ticarət dövriyyəsinə çatmağı planlaşdırır. "Konkret rəqəmlərdən danışsaq, 2024-cü ilin birinci yarısında Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi artıq 8,3 milyard dollar həddini keçib və ötən ilin göstəricilərini - 7,4 milyard dolları üstələyib. Əldə edilmiş tempi qoruyub saxlamağı və rekord 14-16 milyard dollara yüksəltməyi planlaşdırırıq", - səfir vurğulayıb.
Diplomatın sözlərinə görə, yeni birgə iqtisadi layihələrin də işə salınması gözlənilir. //Report
Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq FİKRİNİ DƏYİŞİB - O, nədən QORXUR?
27
noyabr
09:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Milli Məclis MÜHÜM QƏRAR VERDİ - Bələdiyyələrlə bağlı...
Prezidentin TƏKLİFİ - artan təhdidlərə qarşı HƏRBİ GÜC
Tramp Putini qlobal izolyasiyadan ÇIXARIR: Fransa Rusiya ilə yaxınlaşmağa çalışan Almaniyaya siyasi SAVAŞ AÇIR
"ZELENSKİ PLANI" qlobal fəlakət ssenarisinə çevrilir: Fransa Ukraynanın dağıdılmasını DƏSTƏKLƏDİ
Azərbaycan Qlobal Cənub və Qlobal Şimal üçün CAZİBƏ MƏRKƏZİDİR: Bakı Cənubi Qafqazı "GEOPOLİTİK TUNEL"dən keçirir
- Üç ölkənin nazirləri DANIŞDI: Tarixi ərazimiz hədəfdə – GİZLİ RAZILIQ
- Kərki və Başkəndin taleyi belə HƏLL EDİLİR, digər kəndlərə yol isə... - ŞƏRTLƏR AÇIQLANDI
- Bakıdan İrəvana qayıdan erməni NƏLƏR DANIŞDI? – Gözlənilməz ETİRAF
- Hindistandan ilk konteyner 20 ton bananla Xəzərdəki bu limana çatdırıldı: ALICI KİMDİR?
- Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
- NATO Rusiyanı vurmaq PLANI QURUR: Kreml isə iki Qərb ölkəsinə NÜVƏ ZƏRBƏSİ endirəcək
- İki ölkə arasında gərginlik PİK HƏDDƏ: döyüşə səfirlər GEDİR
- Bakı və Tehrandan mühüm HƏMLƏ: ordular aktivləşdi – İki HƏDƏF VAR
- Bakıda binada güclü yanğın: Çox sayda insan təxliyə olundu
- Türkiyədən dünyanı SİLKƏLƏYƏN ADDIM: Son dərəcə MƏXFİ HAZIRLANIB - Okeanda sınaqdan KEÇİRİLƏCƏK
- Əliyevin Trampa ZƏNGİ: Regionda mühüm hadisələr YAŞANA BİLƏR
- İrəvanın Avropa İttifaqı üçün TƏXRİBAT PLANI: Duda Arazdəyənə NİYƏ GƏLİR?
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ