Martın 24-də saat 21 radələrində Şamaxı rayonunda 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində 34 yaşlı Orxan Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib. 
Kainat.tv Lent.az-ın əldə etdiyi məlumata istinadən xəbər verir ki, A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb. 
O.Hacıyev xəstəxanaya aparılarkən yolda ölüb.