Şəhər yolları elə bil uşaq əlinə təbaşir düşmüş lövhədir. Kim gəldi bir xətt çəkdi, kim getdi bir işarə sildi, digəri üstündən yenisini çəkdi. Dünən bildiyin qayda bu gün pozulur, gecə keçdiyin yol səhər tamam başqa yol qaydalarına tabe olur. Sürücü artıq sükan arxasında yox, sanki yazı-pozu silinmiş bir lövhənin qarşısında dayanıb nəyi necə oxuyacağını düşünür.
Kainat.tv xəbər verir ki, bu xaos təsadüfi deyil və sadə səhlənkarlıq da sayılmamalıdır. Çünki nəticə hər dəfə eynidir: çaşqın sürücü və ard-arda gələn cərimələr. Büdcə bu yolla doldurulmamalıdır. Dövlətin maliyyəsi təbaşirlə çəkilib-silinən yol işarələri üzərindən qurula bilməz. Yol hərəkəti sistemi insanı qorumaq üçün var, onu tələyə salmaq üçün yox.
Vətəndaş onsuz da sosial problemlərlə əlləşir. Bahalaşma var, gəlir azdır, gündəlik həyat gərgindir. Bu reallığın içində sürücüyə süni problemlər yaratmaq, onu bir gecənin içində dəyişən nişanlarla cərimə riski qarşısında qoymaq olmaz. Dünən düz getdiyi zolaqdan bu gün keçdiyinə görə cərimələnən insan qaydanı pozmur xaosa qurban gedir.
Ən acınacaqlısı odur ki, bu dəyişikliklər heç bir izahla müşayiət olunmur. Nə xəbərdarlıq var, nə keçid dövrü, nə də “diqqət, yeni hərəkət sxemi” deyən bir lövhə. Köhnə işarə yerində qalır, yenisi onunla ziddiyyət təşkil edir. Sürücü hansına tabe olacağını bilməyəndə isə günahkar elan olunur. Bu, yol hərəkətinin təşkili deyil, süni problem mexanizmidir.
Bu vəziyyət təhlükəsizlik risklərini də artırır. Son anda fərq edilən nişanlar kəskin manevrlərə, ani əyləclərə səbəb olur. Qəza riski artır, amma məsuliyyət yenə sürücünün üzərinə yüklənir. Halbuki problem onun diqqətsizliyi yox, sistemin anlaşılmazlığıdır.
Bütün bunların fonunda AYNA-dan gözlənti tam başqa idi: nizam-intizam, aydın qaydalar, vahid məntiq. Amma reallıqda sürücülər daha çox qarışıqlıq, daha çox ziddiyyətlə üzləşdi. Ad dəyişdi, struktur dəyişdi, amma yanaşma dəyişmədi. Təbaşir hələ də sürücünün yolunda oynayır.
Büdcə vətəndaşın çaşqınlığı hesabına böyüməməlidir. Qayda dəyişirsə, bu açıq bildirilməlidir. Keçid dövrü olmalıdır. Köhnə işarələr dərhal ləğv edilməlidir. Bir müddət cərimə yox, xəbərdarlıq tətbiq olunmalıdır. Əks halda bu sistem nə etimad yaradar, nə təhlükəsizlik, nə də normal şəhər həyatı. Necə ki, Sərdar Bünyadov küçəsində illərlə soldakı xətt həm sola, həm düz getməyə icazə verdiyi halda, iki gündür şəhərin ən mərkəzi yerində yerlərdəki nişanları anlamağa çalışırlar. Arxadakı nişan köhnəni, tam işıqfordakı isə yeni tələbi təmsil edir. Bu barədə maarifləndirici nəsə də yoxdur, yerdəki “təbaşir”dən başqa.
Yol sürücü üçün olmalıdır. Qayda insanı qorumaq üçün yazılmalıdır. Təbaşirlə çəkilmiş, hər gün silinən qaydalar isə yalnız bir şeyi sübut edir: problem sürücüdə deyil, yolu bu hala salan yanaşmadadır.
Amma artıq məsələ təkcə AYNA-nın və ya hansısa icraçı qurumun problemi deyil. Bu, dövlət–vətəndaş münasibətlərində etimad məsələsidir. Prezident İlham Əliyev dəfələrlə məmurların və qurumların vətəndaşa xidmət etməli olduğunu, süni əngəllər yaratmamağın vacibliyini açıq şəkildə deyib. Bu sahədəki vəziyyət isə göstərir ki, həmin tapşırıqlar ya icra olunmur, ya da formal icra edilir.
Əgər bu sistem özünü düzəltmək iqtidarında deyilsə, deməli, bu məsələyə birbaşa Prezident səviyyəsində müdaxilə zərurəti yaranır. Çünki söhbət tək-tək cərimələrdən yox, yüz minlərlə sürücünün hər gün üzləşdiyi sistemli ədalətsizlikdən və riskdən gedir.
Sizə etimad göstərilib bu sahə tapşırılıbsa, heç olmasa bir dəfə də siz dövlət başçısının və vətəndaşın etimadına layiq olmağı düşünün.
Əks halda bu “təbaşirlə idarə olunan yol sistemi” nə qaydaya hörmət yaradacaq, nə təhlükəsizlik təmin edəcək, nə də dövlətə inamı möhkəmləndirəcək. Belə idarəçilikdə uduzan təkcə sürücü yox bütövlükdə dövlət idarəçiliyinə olan etimaddır. //Yenicag.az
AYNA-nın sürücülərə qarşı süni CƏRİMƏ FABRİKİ - Yol hərəkəti, yoxsa YOL TƏLƏSİ?
28
yanvar
17:16
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Qrant qazanan özəl bağçalarda qiymət qalmaqalı - Nazirlik aydınlıq gətirdi
Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ