Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti tərəfindən cumhuriyyet.az-ın elektron poçtuna göndərilən məktubda bu ali məktəbdəki imtahan sistemi və idarəetmə ilə bağlı ciddi problemlərdən bəhs olunur. Təhsil nazirinə ümvanlanan məktubda bildirilir ki, Gəncə Dövlət Universitetinin rektoru vəzifəsində qalmaq üçün bütün vasitələrə əl atır. Onun üçün əsas məqsəd tələbə narazılığının qarşısını almaq və zahiri olaraq “tələbəyönümlü” idarəetmə görüntüsü yaratmaqdır: “Bu məqsədlə universitetdə imtahan prosesi mövcud qaydalara və Bolonya təhsil sisteminin tələblərinə zidd şəkildə təşkil olunur. Halbuki Bolonya sisteminə uyğun olaraq ali məktəblərdə imtahanlar yazılı formada keçirilməlidir. Buna baxmayaraq, Gəncə Dövlət Universitetində imtahanlar test üsulu ilə aparılır. Test imtahanları ilə bağlı müəllimlər qarşısında sərt tələblər qoyulur: hər fənn üzrə 300–500 test sualı hazırlanmalıdır. Bu testlərin cavabları isə qarışıq şəkildə tələbələrə paylanır. İmtahana bir həftə qalmış rektor tələbələri bir yerə toplayaraq düzgün cavabları onlara təqdim edir. Nəticədə imtahan prosesi formal xarakter daşıyır, bilik yoxlaması deyil, sadəcə cavabların əzbərlənməsi ilə əvəz olunur”.
Kainat.tv xəbər verir ki, GDU-dakı imtahan sisteminin yarıtmazlığından bəhs edən pedoqoji kollektiv cumhuriyyet.az-a bildirir ki, Universitetdə cəmi iki imtahan yazılı keçirilir: “Magistratura şöbəsində isə bütün imtahanlar yazılı formada təşkil olunur ki, bu da bakalavr pilləsində tətbiq edilən yanaşmanın nə qədər ziddiyyətli olduğunu açıq şəkildə göstərir. Rektorun tələbinə əsasən imtahanlarda cəmi 30 sual verilir. Halbuki normal qaydada 30 bilet olmalı, hər biletdə 5 sual olmaqla ümumilikdə 150 sual tərtib edilməlidir. Mövcud vəziyyətdə verilən 30 sual cəmi 6 bilet deməkdir və qalan biletlərdə eyni suallar təkrar olunur. Bu isə imtahanın obyektivliyini və ədalətliliyini tamamilə aradan qaldırır. Rektor tələbələrin gözündə öz nüfuzunu qaldırmağa çalışaraq, guya bütün bu dəyişiklikləri onların xeyrinə etdiyini bildirir və açıq şəkildə “gedin cavabları əzbərləyin” mesajı verir. Lakin imtahanlardan sonra tamam fərqli mənzərə ortaya çıxır. Vasif Həsənov və İsmayıl İsmayılov vasitəsilə, tələbələr doğru cavab yazsalar belə kütləvi şəkildə kəsilirlər. Daha sonra isə tələbələrdən ayrı-ayrılıqda pul yığılaraq qiymətlərin “düzəldilməsi” həyata keçirilir. Belə bir mühitdə savadlı, bilikli və peşəkar kadr hazırlığından danışmaq mümkün deyil”.
Məktubda qeyd olunur ki, hazırda imtahan sessiyası başlayır. Bu səbəbdən Təhsil Nazirliyi tərəfindən imtahan prosesinin xüsusi nəzarətə götürülməsi zəruridir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, şəhər rəhbərliyi və şəhər prokurorluğu da bu məsələlərə göz yumur. İmtahan sessiyasından sonra həm şəhər rəhbərliyinə, həm prokurorluğa, həm də digər müvafiq qurumlara xüsusi “paketlərin” çatdırılması bu susqunluğun səbəbini açıq şəkildə ortaya qoyur.
Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti cumhuriyyet az-a məktubunda Gəncə şəhərində fəaliyyət göstərən digər ali təhsil müəssisələrində isə rüşvət məsələsindən ümumiyyətlə söhbət belə getmədiyini qeyd edir: “Buna baxmayaraq, Yusif Yusifovun fəaliyyəti Azərbaycan təhsilinin üz qarası kimi qiymətləndirilir. Rektor Avtozavod qəsəbəsində özünə dəbdəbəli villa tikdirib və artıq bir neçə gündür ki, həmin villaya köçüb. Maraqlıdır ki, yolun qarşı tərəfində isə onun məşuqəsi üçün ayrıca villa tikdirilməsi faktı da hamıya məlumdur. Bu cür idarəetmə, imtahan və qiymətləndirmə sistemi ali təhsilin mahiyyətini məhv edir, universitetin nüfuzuna ciddi zərbə vurur və gələcək nəsillərin savadlı kadr kimi formalaşmasına mane olur”.
Gəncə Dövlət Universitetində imtahan MAXİNASİYALARI və rektorun yeni QALMAQALLI VİLLASI
27
yanvar
18:57
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Gəncə Dövlət Universitetinə 100 nəfər qəbul olur, bitirəndə 100 nəfər əvəzinə 120 nəfər bitirir
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT
Yusif Yusibovun əməlləri ifşa olunur
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ