Lerik rayonunda yağan qar bir daha göstərdi ki, yenə rayon rəhbərliyi qış mövsümünə lazımi səviyyədə hazırlaşmayıb. Dağ rayonları üçün əsas prioritetlərdən biri məhz qışa hazırlıqdır. Hər il dövlət büdcəsindən bu məqsədlə külli miqdarda vəsait ayrılır, xüsusi planlar tərtib olunur. Lakin Lerikdə yaranan son vəziyyət bu planların faktiki olaraq icra edilmədiyini ortaya qoyur.
Bizimesr.az bildirir ki, hazırda rayonda ağacların qırılaraq yolları bağlaması, elektrik xətlərinin sıradan çıxması, texnika çatışmazlığı bəhanəsi ilə yolların ümumiyyətlə təmizlənməməsi ciddi idarəetmə problemlərindən xəbər verir. Mövcud mənzərə göstərir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov ucqar dağ rayonunun real problemlərinə vaxtında və adekvat reaksiya verməyib.
Məlumdur ki, Lerik dağ rayonudur və qış ayları burada hər zaman sərt keçir. Qarın intensiv yağması bu rayon üçün fövqəladə hal deyil, illərlə təkrarlanan təbii prosesdir. Elə bu səbəbdən də qışa hazırlıq isti aylardan başlamalı idi, xüsusilə mərkəzi və kənd yollarının vəziyyəti daim nəzarətdə saxlanmalı idi. Yol kənarlarında çürümüş və təhlükə yaradan ağaclar vaxtında təmizlənməli, yalnız sağlam ağaclar saxlanılmalıdır ki, qarlı və küləkli havalarda yolların bağlanması kimi hallar yaşanmasın.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin də açıqlaması vəziyyətin nə qədər nəzarətdən çıxdığını göstərir. Qurum Lerik rayonunda 80-ə yaxın kəndin işıqsız qalmasına münasibət bildirərək qeyd edib ki, problem təkcə elektrik təsərrüfatı ilə bağlı deyil: “Lerikin mərkəzi yolları bağlıdır. Əvvəlcə yollar açılmalıdır ki, texnika hərəkət edə bilsin. Bütün məsuliyyət təkcə bizim üzərimizdə deyil. Ağaclar qırılaraq yolboyu tökülüb. Bizim həmin ağacları kəsib götürməyə səlahiyyətimiz yoxdur”.
Bu açıqlama bir daha sübut edir ki, Lerikdə aidiyyəti qurumlar, xüsusilə rayon icra hakimiyyəti vaxtında preventiv tədbirlər görməli idi. Yol kənarlarında təhlükə yaradan ağaclar öncədən təmizlənsəydi, nə yollar bağlanar, nə də onlarla kənd günlərlə işıqsız qalardı.
Ötən gün Bizimesr.az-a göndərilən videogörüntülərdən də açıq şəkildə görünür ki, Lerik şəhərinin mərkəzi yolları belə təmizlənməyib. Bu isə göstərir ki, rayon rəhbərliyi və aidiyyəti qurumlar prosesə gec reaksiya veriblər. Nəticədə rayonun kəndləri işıqsız qalıb, əhalinin gündəlik həyatı iflic vəziyyətinə düşüb.
Hər il təkrarlanan suallara yenə kimsə cavab vermir - Hər il “qışa hazırıq” deyən icra hakimiyyətləri və dövlət qurumları əslində nəyə hazırlaşırlar? Qışa hazırlıq üçün ayrılan milyonlarla manat vəsaitin real nəticəsi niyə görünmür? Eyni problemlər niyə ildən-ilə təkrarlanır və bunun məsuliyyəti kimdən soruşulacaq?
Lerikdə yaşananlar göstərir ki, problemin kökü təkcə hava şəraitində deyil, idarəetmədə, nəzarətsizlikdə və məsuliyyətsiz yanaşmadadır. Bu yanaşma dəyişmədikcə, qarlı hava hər il yenə “gözlənilməz fəlakət” kimi təqdim olunacaq.
Kainat.tv
Lerikin icra başçısı "qar"a təslim oldu - Əkbər Abbasov da qışa hazır deyilmiş...
21
yanvar
12:24
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Eldar Əzizov “fövqəladə komanda” yaratdı
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycanda bu sahə BƏRBAD DURUMDA: Nə YOL XƏRİTƏSİ var, nə də STANDARTLAR
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ