Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 26.12.2025-ci ildə “Bitkilər və güllər”in satın alınması üzrə “BƏRƏKƏTLI TORPAQ AQRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 27.950 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
MMC qısa zaman yaradılmasına baxmayaraq Gəncə şəhəri və ətraf rayonların idarə və təşkilatlarını müxtəlif gül və çiçəklər, həmişəyaşıl ağac və gül kolları ilə təchiz edir.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “BƏRƏKƏTLI TORPAQ AQRO” (VÖEN: 2306206451) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.11.2024-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, BAĞBANLAR, ev.55, döngə 2, m.0, qanuni təmsilçisi kimi isə Axundov Üfüq Sahib oğlu qeyd olunub.
Axundov Üfüq Sahib oğlu kimdir? Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21.11.2022-ci ildə yaşıllaşdırma işlərinin görülməsi üçün malların satın alınması üzrə bir mənbədən satınalma meetodu tətbiq etməklə fiziki şəxs kimi 35.273 manat məbləğində satınalma müqaviləsi bağladığı şəxs.
Göründüyü kimi Üfüq Axundov Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə daim işbirliyindədir. Bu isə satınalmaların əvvəlcədən danışılmış qaydada keçirilməsi şübhələrini artırır.
Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir şübhəli satınalma müqaviləsi də “COLOUR PARK AGRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.
“Bir sıra mallar”ın satın alınması üzrə 03.04.2025-ci ildə başlanılmış kotirovka sorğusunda Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “COLOUR PARK ARO”G MMC-ni qalib seçib və tərəflər arasında 59.140 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının portalında 03.06.2025-ci il tarixdə dərc edilib.
Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən nəzərdə tutulmuş “Bir sıra mallar”ın alınmasına dair keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 99.354,00 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “COLOUR PARK AGRO” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “COLOUR PARK AGRO” (VÖEN: 2306116781) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.08.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, BAĞBANLAR, ev.4-Dön, ev 8, m.0, qanuni təmsilçisi kimi isə Hüseynov İsrayıl İsmayıl oğlu qeyd olunub.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki Hüseynov İsrayıl İsmayıl oğlu 2022-ci ildə Göygöl şəhər Emil Vəliyev adına 5 saylı tam orta məktəbini bitirən və buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərdən biri olub. Buradan sual yaranır. Hazırda tələbə olan Hüseynov İsrayıl İsmayıl oğlu “COLOUR PARK AGRO” MMC-nin necə idarə edir? Yoxsa sözügedən MMC formal olaraq onun adına yaradılıb və Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ağaclar və kollar satır.
Bütün bu məlumatlardan da göründüyü kimi “BƏRƏKƏTLI TORPAQ AQRO” MMC-nin qanuni təmsilçisi Üfüq Axundov da, “COLOUR PARK AGRO” MMC-nin qanuni təmsilçisi İsrayıl Hüseynov da bir nəfər tərəfindən idarə olunur. O, da təbii ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyevdi.
Xatırladaq ki, Mahir Əliyev hələ 2006–2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş Vilyam Hacıyevin kadrı olub. Mahir Əliyev daha sonra 2012-2023-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş Alı Qocayevlə işləyib. Nə sirdirsə Firdovsi Əliyev də onunla işləməyə üstünlük verib və vəsifəsində saxlayıb.
Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilməz. Amma buna baxmayaraq Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyev satınalmaların təşkili zamanı təchizatçılarla qeyri-rəsmi danışıqlar aparır, özünə yaxın şirkətlərin satınalmalarda qalib çıxmasına şərait yaradır. Bununla bağlı bizə çox ciddi məlumatlar verilib ki, apardığımız araşdırmalardan sonra ictimaiyyətin diqqətinə çatdıracağıq.
Aktualinfo.net
Kainat.tv
Samuxda Mahir Əliyevin müqavilə bağladığı şirkətlərin arxasında əslində kim durur -
14
yanvar
11:58
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması
Mahir Əliyev on beş ildir Samuxu abadlaşdırır – Amma şəhər heç dəyişmir, nədən…
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“ARCRİSE” MMC-nin siftə tenderindən şübhələnməyə nə kimi əsaslar var – Bəşir Hacıyevin diqqətinə
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ