“Azergold” QSC və onun tabeliyində olan müəssisələrdə tenderlərin təşkili zamanı bir sıra qanun pozuntularına yol verilməsi barədə xəbər yaylıb.
“Azergold”la bağlı daha bir narahatlıq doğuran başqa məqamlar da var.
Aparılmış son araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, “Azergold” QSC-nin tabeliyində fəaliyyət göstərən “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən keçirilmiş “Xüsusi texnikaların, maşın və mexanizmlərin satınalınması” adlı tenderdə “NM” MMC qalib elan edilmişdir.
Araşdırma zamanı məlum olmuşdur ki, “NM” MMC-nin qalib elan olunması üçün tenderdə formal yetərsayın təmin edilməsi məqsədilə əsas fəaliyyət sahəsi kompüter və telefon satışı ilə məşğul olan iki şirkətin — Electro Comp MMC və Texno Galery MMC-nin iştirakı təmin edilmişdir.
Halbuki tenderin predmeti nəqliyyat və xüsusi texnika ilə bağlı olduğu halda, bu sahədə ixtisaslaşmış çoxsaylı şirkətlərin mövcudluğuna baxmayaraq, kompüter və telefon satışı ilə məşğul olan müəssisələrin prosesə cəlb edilməsi tenderin əvvəlcədən razılaşdırılmış şəkildə keçirildiyi ehtimalını gücləndirir.
Bu faktlar gələcəkdə daha iri layihələrin icrasını planlaşdıran Daşkəsən Dəmir Filiz MMC-nin layihələrinin səmərəliliyi və şəffaflığı ilə bağlı ciddi suallar doğurur.
Araşdırmalar zamanı o da müəyyən edilmişdir ki, “NM” MMC-nin hazırkı rəhbəri Nazim adlı şəxs barəsində Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən dələduzluq faktı üzrə araşdırma aparılmış, materiallar yekunlaşdırılaraq cinayət işinin başlanılması məqsədilə aidiyyəti prokurorluq orqanına təqdim edilmişdir.
Bununla yanaşı, adıçəkilən dələduzluq işi üzrə “NM” MMC-nin direktoru Nazimlə paralel olaraq ikinci şəxs kimi Rövşən adlı şəxsin də adı hallanır.
Belə ki, Rövşən adlı şəxs “Azergold” QSC-də müşavir vəzifəsində çalışan Müşfiq Məmmədlinin qardaşı Cavid Məmmədlinin qaynıdır.
Eyni zamanda, Rövşən adlı şəxs hazırda Resources Planning şirkətində, eləcə də Azeri Mining MMC-də anbardar vəzifəsində çalışır.
Qeyd olunmalıdır ki, “NM” MMC, “Azeri Mining” MMC-nin alt şirkətlərindən və subpodratçılarından biridir və hazırda “Ağ Yoxuş” və “Mərək” layihələrində aktiv şəkildə iştirak edir.
Məlumatlara görə, Müşfiq Məmmədli və Cavid Məmmədli qardaşları tərəfindən yalnız “Azeri Mining” MMC deyil, eyni zamanda Resources Planning, Geotech və digər əlaqəli şirkətlər də faktiki olaraq idarə olunur.
Son dövrlərdə yalnız Azergold QSC-də çalışan müşavirlərin deyil, eyni zamanda bəzi müavinlərin də biznes fəaliyyətinə cəlb olunduğu iddia edilir. Aparılan araşdırmalar göstərir ki, bu proses gələcəkdə “Azergold” daxilində daha yüksək vəzifəli şəxslərin də müxtəlif biznes maraqlarına cəlb olunmasını üzə çıxara bilər. Eyni zamanda, rəqabət mühitində üstünlük əldə etmək məqsədilə, “Azergold” QSC daxilində təhlükəsizlik xidməti mövcud olduğu halda, ləğv edilmiş MTN-nin keçmiş əməkdaşlarının məsləhətçi adı altında proseslərə cəlb edildiyi barədə məlumatlar da mövcuddur.
İddialara əsasən, “Azergold” QSC daxilində Azeri Mining MMC və NM MMC-nin iştirakı ilə tenderlərdə rəqabət mühitini pozan sistemli mexanizm formalaşdırılmışdır. Belə ki, Azeri Mining MMC tenderlərdə qalib elan edildikdən sonra “NM” MMC subpodratçı qismində işlərin icrasına cəlb edilir.
“Azeri Mining” MMC “Azergold” layihələrində qazma-partlayış və dağ-mədən işləri sahəsində monopolist kimi tanınır və bu şirkətə faktiki nəzarətin Müşfiq Məmmədli tərəfindən həyata keçirildiyi bildirilir.
Hazırda dəqiqləşdirmə apardığımız məlumatlara əsasən, Cavid və Müşfiq Məmmədli qardaşları ilə yanaşı, “Azergold” QSC-də sədrin müavini vəzifəsini tutan İlqar Cəlilovun da “Azeri Mining” MMC-nin xeyrinə kommersiya xarakterli fəaliyyətlərə cəlb olunduğu, sözügedən şirkətin qeyri-rəsmi idarəetməsində iştirak etdiyi barədə iddialar mövcuddur.
Eyni zamanda, mövcud məlumatlara əsasən, İlqar Cəlilovun adının, əvvəllər “Azergold” QSC-də çalışmış və hazırda biznes fəaliyyəti ilə məşğul olan bəzi şəxslərə məxsus şirkətlərin Azergold layihələrində üstünlük əldə etməsinə yönəlmiş vasitəçilik fəaliyyətlərində hallandığı bildirilir.
Eyni zamanda ehtimal olunur ki, “Azergold” QSC və ona daxil olan şirkətlər çərçivəsində NM MMC üzərindən Azeri Mining MMC və digər əlaqəli şirkətlər tərəfindən qanunsuz əməllər həyata keçirilir.
Nəzərə alsaq ki, Prezident İlham Əliyevin jurnalistlərə verdiyi son müsahibəsində vurğuladığı kimi, gələcək dövrdə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun rolu daha da artacaq və neft ehtiyatlarının tədricən azalması fonunda bu sahənin inkişafı dövlətimizin uzunmüddətli strateji prioritetləri sırasında mühüm yer tutacaq.
2026-cı il dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların mühüm hissəsinin “Azergold”un payına düşəcəyi gözlənildiyi bir vaxtda bu cür halların mövcudluğu gəlirlərin süni şəkildə şişirdilmiş xərclərlə əvəz olunması riskini artıracaq.
Bu baxımdan, Azergold QSC-də çalışan məmurlarla əlaqəli şirkətlər üzərində xüsusi nəzarətin tətbiq edilməsi dövlət maraqları baxımından vacib və təxirəsalınmaz hesab edilməlidir.(AzFakt.com )
Kainat.tv
“Azergold”da növbəti tender müəmması - Adı dələduzluqda hallanan şirkəti kimlər qalib edib?
09
yanvar
18:16
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ