Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) bir gündə iki tender keçirib.
Kainat.tv Tribuna.az-a istinadən bildirir ki, hər iki tenderin qalibi isə eyni şirkət olub.
Belə ki, Agentlik müddəti bitmək üzrə olan lisenziya və program təminatlarının müddətinin uzadılması, yenilərinin alınması eləcədə yeni avadanlıqların satın alınması ilə bağlı “B2B GROUP” MMC ilə 2 milyon 646 min 429 manat dəyərində müqavilə bağlayıb.
Bunun ardından isə DOST Agentliyi, DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün texniki imkanların artırılması məqsədilə texnoloji və müxtəlif avadanlıqların satın alınmasını da reallaşdırıb. Bu dəfə də “B2B GROUP” MMC qalib olub. Və 2 milyon 576 min 162 manat dəyərində müqavilə imzalanıb.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı bəlli olub ki, DOST-la “B2B GROUP” arasında son bir ildə 10 tender anlaşması olub. Qeyd edilir ki, bu tenderlərin ən bahalılarından biri ötən ilin dekabrında reallaşıb. Belə ki, DOST ehtiyat data mərkəzinin yaradılması ilə əlaqədar tələb olunan avadanlıq və lisenziyaların satın alınmasına görə, sözügedən şirkətə 5 milyon 353 min 217 manat pul ödəyib.
Bundan başqa, DOST Agentliyi tərəfindən Kəlbəcər DOST filialı üçün İT avadanlıqlarının satınalınmasına görə, “B2B GROUP” MMC-yə 99 min 873 manat, Neftçala DOST filialı üçün İT infrastrukturun yaradılması və müxtəlif avadanlıqların satınalınmasına görə, 569 min 913 manat İmişli DOST filialı üçün İT avadanlıqların satın alınmasına görə, 510 min 181 manat, DOST Agentliyi tərəfindən İT və yardımçı avadanlıqların texniki xidmətlərin və bitmək üzrə olan lisenziya və sertifikatların müddətinin uzadılması və yenilərinin satın alınmasına görə, 985 min 341 manat, Füzuli DOST məntəqəsi üçün texnoloji avadanlıqların satın alınmasına görə, 218 min 229 manat, Laçın şəhərində fəaliyyət göstərəcək “Smart DOST” məntəqəsinin və xidmətin təşkili üçün zəruri avadanlıqların satın alınmasına görə, 30 min 748 manat və Hökumət buludu layihəsi çərçivəsində müxtəlif növ texnoloji avadanlıqların və lisenziyaların satınalınmasına görə isə 3 milyon 374 min 723 manat pul ödəyib.
Bütün bunlardan anlaşılan odur ki, DOST Agentliyi bir il ərazində “B2B GROUP” MMC ilə 16 milyon 364 min 816 manatlıq satınalma həyata keçirib.
Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “B2B Group” MMC 19 aprel 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi, ev 91-də yerləşən şirkətin qanuni təmnsilçisi Bəşirov Ramal Bəşir oğludur.
Açıq mənbələrdə Ramal Bəşirov haqqında heç bir məlumat yoxdur. Mediada gedən xəbərlərdən aydın olur ki, o, əvvəllər “Caspel” şirkətində çalışıb. Həmin məlumatların təhlili göstərir ki, Ramal Bəşirov “B2B Group” şirkətinin sahibi deyil.
Bir neçə il əvvəl şirkət haqqında media resurslarında tirajlanan xəbərlərdə “B2B Group” MMC-nin sahibi kimi Elçin Əliyevin adı çəkilib. Elçin Əliyev 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Səbail Rayon İdarəsinin rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışıb. O, 2015-ci ildə tutduğu vəzifədən azad edilib.
Lakin “B2B Group” MMC-nin mediada yayılan açıqlamasında bu iddia təkzib olunub. Bununla belə, “B2B Group” MMC-nin “güclü əl” tərəfindən idarə olunduğu şübhəsizdir. Əks təqdirdə şirkətin vaxtaşırı iri məbləğli tenderlərdə qalib gəlməsi müşkülə çevrilərdi.
Xatırladaq ki, “B2B Group” MMC təkcə ötən il 44 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri isə 24 milyon 339 min 935 manat olub.
Qarşı tərəfi də dinləməyə hazırıq.
DOST “B2B GROUP”a 16 milyonu niyə ödəyib? – Maraqlı detallar
09
yanvar
12:10
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Astarada marketdə saxta alkoqollu içkilər aşkarlandı
10 milyonluq idman avadanlıqları hardadır - nazirə sual var
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dəftərxana və təsərrüfat mallarının satınalmasını monopoliyaya alan “NUR-E.A.” və “OFİS-A.M.” MMC-lərin nə kimi bağlılığı var
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ