Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında COP29-la bağlı paylaşım edib.
Kainat.tv xəbər verir ki, dövlət başçısı rəsmi Ankaranın iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı bir sıra tədbirlərini açıqlayıb: “İqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr sırasındayıq. Biz əsas sahələrimizi 2053-cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk”.
Ərdoğan qeyd edib ki, Türkiyə 2024-2030-cu illəri əhatə edən “İqlim Dəyişikliklərinin Azaldılması və Uyğunlaşma Strategiyası”nın fəaliyyət planlarını həyata keçirir: “Ümumi enerji istehsalında bərpa olunan enerjinin payını 59 %-ə çatdırdıq. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 11-ci yerdəyik. 2053-cü il üçün xalis sıfır emissiya hədəflərimiz üçün əsas prioritetlərimiz bərpa olunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Bu gün 31 min meqavat olan külək və günəş enerjisi potensialını 2035-ci ilədək 120 min meqavata çatdıracağıq. Nüvə enerjisində 2050-ci ildə 20 min meqavat gücə çatmağı hədəfləyirik.
2024-2030-cu illəri əhatə edən Enerji Səmərəliliyi üzrə Milli Fəaliyyət Planımızla 100 milyon ton karbon qazı ekvivalentində emissiyanın azaldılmasını nəzərdə tuturuq”.
Dövlət başçısı qeyd edib ki, xanımı Əminə Ərdoganın himayəsi ilə başlanan və qlobal səviyyəyə çatdırılan “sıfır tullantı” layihəsi iqlim dəyişikliyi ilə mübarizəyə əlavə güc qatır. Bu yolla layihənin başlanğıcından indiyədək 5,9 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb.
O, su ehtiyatlarından səmərəli istifadə üçün görülən tədbirləri də qeyd edib. Ərdoğan bildirib ki, hər il noyabrın 11-də qeyd olunan Milli Yaşıllaşdırma Günündə milyonlarla ağac əkilir.
Türkiyə Prezidenti COP29-un bu istiqamətdə qlobal səyləri daha güclü və təsirli edəcəyinə inamını ifadə edib. “Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm”, - Ərdoğan vurğulayıb. //Report
Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi TƏBRİK EDİRƏM
13
noyabr
09:15
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu TƏSDİQLƏYİB
- QADAĞA: ermənipərəst jurnalist Türkiyəyə BURAXILMADI
- “İran ilk nüvə silahını ƏLDƏ ETDİ” – Sensasion GƏLİŞMƏ
- SENSASİON İDDİA: Yəmənlilər Ukrayna MÜHARİBƏSİNDƏ - Husilər onları BELƏ ALDADIR - FOTO
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Qərbin COP29 riyakarlığı və Bakıya HİBRİD HÜCUMUN pərdəarxası - TƏHLİL
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR