Bakıda keçirilməkdə olan COP29 konfransının ikinci günündə rəsmi danışıqların aparıldığı Mavi Zona ilə yanaşı, COP29 Sədrliyi tərəfindən idarə edilən və geniş ictimaiyyətə xitab edən Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir.
Kainat.tv xəbər verir ki, 12 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un əsas tərəfdaş bankı Azərbaycan Beynəlxalq Bankının korporativ dayanıqlılıq mövzusunda birgə panel müzakirəsi baş tutub.
“Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti” adlı tədbirdə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması istiqamətində şirkətlərin əhəmiyyətli rolu və onların qlobal xalis sıfır karbon hədəfinə nail olmaqda göstərdikləri səylər ətrafında müzakirələr yer alıb. Tədbirdə BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə rəhbəri Samir Məmmədov, ABB-nin idarə heyətinin sədr müavini Taleh Tahirli, “Spiro”nun həmsədri Kauşik Burman, “Qarabağ” FK-nın prezidenti Tahir Gözəl və “Deloitte” şirkətinin “Green Space Tech” təşəbbüsünün Braziliya üzrə aparıcı partnyoru, innovasiya və dayanıqlılıq strategiyası sahəsində aparıcı məsləhətçisi Maria Peres iştirak edib.
Panel sessiyasında səsləndirilən fikir və çıxışlar əsasən özəl sektorların dayanıqlılıq prinsiplərini öz biznes strategiyalarının aparıcı istiqaməti kimi rəhbər tutduqları nəzərə alınaraq, ortaq dayanıqlılıq təcrübələrinin mübadiləsi və birləşdirilməsi, iqlim dəyişmələrinə qarşı mübarizədə gücləndirilməsinə istiqamətlənib.
Tədbirdə aşağı karbona keçid, dayanıqlı təchizat zəncirləri və “yaşıl” texnologiya innovasiyaları kimi mövzuların müzakirəsi də yer alıb. Bu tədbir uğurlu strategiya və tərəfdaşlıq məsələlərini işıqlandıraraq, şirkətləri öz biznes fəaliyyətlərində dayanıqlılıq prinsiplərini tətbiq etməyə və dayanıqlı gələcəyə gedən yolda özəl sektorların gücünü nümayiş etdirməyə təşviq edib.
Qeyd edək ki, konfransın ikinci günündə geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan Yaşıl Zonanın zəngin proqramı gənc qadınların həssas icmalarda iqlim ədalətsizliyi ilə mübarizədə oynadıqları rol, biomüxtəliflik və iqlim fəaliyyətində yerli gənclərin liderliyi, yerli icmaların biomüxtəlifliyin qorunmasındakı rolları, iqlim fəaliyyətində baxış bucaqlarının rəngarəngliyinin əhəmiyyəti, iqlim və təbiət sinerjisinin qurulması kimi mövzularda müxtəlif tərəflərin təşkil etdiyi tədbirlərdə yerli və xarici ekspert qonaqlar iştirak edib. //Publika.az
Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası BAŞ TUTDU - FOTO
12
noyabr
19:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- Türkiyədən ABŞ-a "Suriya" TƏKLİFİ: Ankara görün hansı şərtləri İRƏLİ SÜRDÜ
- Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
- Putinin məşhur suala QORXUNC CAVABI – “Ukraynaya nüvə silahı verilsə…”
- Xəzərdən dağıdıcı ZƏRBƏ: Bölgə qitələrarası raketlə VURULDU
- Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
- Zəngəzur dəhlizi 4 ilə TAM AÇILACAQ
- Daha 4 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə OLUNDU
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Zəngəzurda savaş ANONSU - Bakı ərazini nəzarətə götürərək...
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- COP29 gündəliyi - 17.11.2024
- COP29 gündəliyi - 21.11.2024
- Britaniya və ABŞ Bakıda saziş İMZALADI
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?