2016-cı ildə ilk dəfə Bakının Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzində fəaliyyətə başladı. Adı “Bravo” idi…
Bizimesr.az bildirir ki, ilk öncə bunu öyrənək – “Bravo” nə deməkdir?
Bravo sözü əsasən tərif, heyranlıq və ya alqış mənasında işlənən, italyan mənşəli bir ifadədir. Azərbaycanda “afərin”, “əla” kimi tərcümə olunur. Eyni zamanda, tarixi kontekstdə “bravi” (təkdə: bravo) İtaliyada muzdlu qatillər və ya zorakı əsgərlər mənasına gəlir. Bu məna Alessandro Manzoninin “Nişanlılar” (“I Promessi Sposi”) romanı ilə bağlıdır. Manzoni bu əsərində “I Bravi” adlanan silahlı dəstələri təsvir edirdi. Onlar Lombardiyada zadəganların xidmətində duran, insanları qorxudan, zorakılıqla məşğul olan quldur dəstələri idi.
Amma söz zaman keçdikcə “qorxuducu adam”, “quldur” mənasında işlənməyə başlasa da, müasir dünyada “əla!”, “afərin!”, “çox yaxşı!” kimi istifadə olunmağa başladı.
Beləliklə, 2016-cı ildə Azərbaycanda 1 mağaza ilə fəaliyyətə başlayan “Bravo” sürətlə marketlər şəbəkəsinə çevrildi. Əslində, ona qədər ölkəmizdə, əsasən paytaxtda böyük supermarketlər var idi. Amma “Bravo” sürətlə onları arxada qoyaraq brendləşdi və bu günümüzə qədər gəlib çatdı. Onun necə rəqabət apararaq bu mərhələyə gəldiyi bəllidir. Məsələn, hansısa bir marketin yanında “Bravo” açılır və həmin market qısa zamanda bağlanırdı. Böyük rəqabətə davam gətirmək təbii ki, mümkün deyil.
Amma bir məqam bu gün daha çox diqqət çəkir. “Bravo” marketlərində qiymətlər digərlərinə nisbətən çox bahadır və bu, ölkənin bütün alıcıları üçün əlçatan deyil. Böyük bir komanda ilə fəaliyyət göstərən “Bravo” marketlərinə isə 2023-cü ildən Baş İcraçı Direktor vəzifəsi Jaime Teixeiraya həvalə olunub.
Kimdir Jaime Teixeira?
Rəsmi mənbələrdə Jaime Teixeira barədə o qədər də dəqiq məlumat yoxdur. Sadəcə onun “LinkedIn” hesabında qeyd olunur ki, o, 1999–2000-ci illərdə IAE Paris – Sorbonne Biznes Məktəbində oxuyub. Jaime Teixeira La Plaza de Dia, DIA İspaniya, LIDL Belgium və Lüksemburq və LIDL France kimi böyük şəbəkələrdən öyrənib. Onun kariyerası demək olar ki, Avropanın ən böyük marketlər şəbəkəsi sayılan, 12.700-dən çox mağaza ilə fəaliyyət göstərən iki Alman beynəlxalq endirimli supermarketlər şəbəkəsi tərəfindən istifadə edilən ticarət nişanı “Lidl” marketlər şəbəkəsi ilə bağlıdır. Jaime Teixeira “Lidl” şəbəkəsində əsasən Fransada müxtəlif vəzifələrdə çalışıb və böyük kariyera imkanları qazanıb. “Lidl” isə dünyanın endirimli qiymətləri ilə satış edən şəbəkəsi kimi tanınır.
2023-cü ildən isə “Bravo” Marketlər Şəbəkəsinə yəqin ki, böyük töhfələr vermək üçün gətirilib və təbii ki, yüksək əmək haqqı da alır. Amma nə sirrdirsə, “Bravo” marketlərində qiymətləri ucuzlaşdıra bilmir və endirimli qiymətlərdən insanlar yararlanmır. Bu gün “Bravo” ölkənin ən bahalı satış edən marketlərindən biri olaraq qalmaqdadır. Maraqlıdır, o yekəlikdə “Lidl” kimi böyük şəbəkədə öyrəndiklərini Jaime Teixeira niyə Azərbaycanda tətbiq edə bilmir?
Daha bir maraqlı nüans da diqqətdən qaçmır. “Bravo” Supermarketlər Şəbəkəsinin əsas idarəedici şəxsləri xaricilərdir-
Wojciech Benn, Baş Əmlak Məmuru;
Ewan McMahon, Əməliyyat direktoru;
Lucian Spataru, Əməliyyat direktoru.
Qarşı tərəfindən fikirlərini dərc etməyə hazırıq
Kainat.tv
Jaime Teixeira nədən “Bravo”nu “Lidl” edə bilmir? – “Ən baha market” sırasında birinci…
19
dekabr
12:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
BDU-nin rektoru Elçin Babayevin gizlin əməlləri ifşa olundu-Faktlar
Azərbaycanda kino sahəsini FETÖ tam ələ keçirmək istəyir!
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ