Sülh sazişinin maddələrinin əsas hissələri razılaşdırılıb.
Kainat.tv xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib:
"Mən dəqiq rəqəmlər səsləndirmək istəmərəm. Razılaşdırılması vacib olan maddələr var. Yekun sazişin imzalanması Ermənistandan asılıdır. Azərbaycan tərəfi bu prosesin təşəbbüskarıdır və prosesi sonlandımaqda maraqlıdır". //Musavat.com