Ötən gün doğma meydanda “Konyaspor”u qəbul edən Türkiyənin “Fənərbaxça” klubu aktivinə 3 xal yazdırmağı bacardı. “Fənərbaxça” bu qələbə sayəsində yenidən ikinci pilləyə yüksəldi.
Matçın 55-ci dəqiqəsində Arçi Braun zədələndiyi üçün meydanı tərk edib. 12 dəqiqə sonra isə Con Duran eyni aqibətlə üzləşib. Hər iki futbolçunu meydanda komanda yoldaşları əvəzləyib. “Fənərbaxça”nın ulduzlarının durumu bugünkü müayinələrdən sonra bəlli olacaq.
İstanbul klubunun bir oyunda iki əsas futbolçusunu itirməsi “Fənərbaxça” camiəsində məyusluq yaradıb.