Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.
Kainat.tv-nin xəbərinə görə, ölkə Konstitusiyası 29 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.
Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
Bu il artıq dördüncü dəfədir ki, Konstitusiya Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. //Musavat.com
12 noyabr Azərbaycanda Konstitusiya GÜNÜDÜR
12
noyabr
07:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- Bu rayonda NƏ BAŞ VERİR: İcra başçısının müavinləri və şöbə müdirləri işdən azad edildi – VİDEO
- 2025-ci illə bağlı XOŞ XƏBƏR: əməkhaqqı, pensiya, sosial vəziyyət... - SPİKER
- Üç ölkənin nazirləri DANIŞDI: Tarixi ərazimiz hədəfdə – GİZLİ RAZILIQ
- Qusarda ağacların kəsilməsinə görə bəbs edilən bələdiyyə sədri EV DUSTAQLIĞINA BURAXILIB
- Tarixə düşən QƏLƏBƏ: bir güllə atmadan üç rayonun azad edilməsi STRATEGİYASI
- Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
- Rusiyanı çəkindirən 4 MƏQAM: Qorxunc ssenari REALLAŞA BİLƏR
- Qərb Gürcüstanı niyə “GEOPOLİTİK MÜSTƏMLƏKƏ”yə çevirmək istəyir: Tiflis TÜRK İTTİFAQINA sığınmağa MƏCBUR QALIB
- İki ölkə arasında gərginlik PİK HƏDDƏ: döyüşə səfirlər GEDİR
- Hindistandan ilk konteyner 20 ton bananla Xəzərdəki bu limana çatdırıldı: ALICI KİMDİR?
- Rusiyaya dəqiq zərbələr endiriləcək - NATO-da KRİTİK MÜZAKİRƏ
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Türkiyədə TƏYYARƏ YANĞINI: Rus diplomatlar hadisə yerinə GƏLDİ
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB
- İDDİA: Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
- "Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini döydü? + TƏFƏRRÜAT
- Tramp NATO-nu demontaj EDƏCƏK: Alyans PKK-ya SAVAŞ AÇMAZSA, Türkiyə də ona DƏSTƏK VERƏCƏK
- "Putinin müraciəti Qərbə SİQNAL OLDU" - Sergey RYABKOV
- Üç region QARIŞDI: “Müharibə elan ediləcək” – Qafqaz DETALI
- "Fransanın ANTİ-AZƏRBAYCAN MÖVQEYİ Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində çətinlik yaradır" - DEPUTAT
- YENİ QƏRAR! Palto ilə maşın sürənlərə YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏ YAZILACAQ: Polis görəndə çıxarsa, cərimə 10 QAT ARTIRILACAQ
- İran sentrifuqları işə salandan sonra 3 Avropa ölkəsini Cenevrəyə TOPLAYIR
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Türkiyədə Rusiya təyyarəsinin yanmasının səbəbi AÇIQLANDI
- Prezidentdən bu xanımla bağlı SƏRƏNCAM - FOTO
- Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli AÇIQLANIB