Yəqin ən xeyirxah əməllərdən biri də kiminsə evinə ruzi aparmasına vəsilə olub, kiminsə çörəyinin baisinə çevrilməməkdir. Hər kəsin ruzisini Allah verir, bir də öz əməyi sayəsində qazanır.
İnsanların yaxşı şəraitdə yaşamasını, maddi baxımdan təmin olunmasını həmişə arzulamışam. Amma nədənsə çox vaxt mənim ruzimə göz dikib, işimə mane olublar. Buna təəccüblənmirəm də...
TEREF yazır ki, bunu Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Saida Hagverdiyeva yazır.Daha sonra Səidə xanım yazır:
Baş verən hadisələrdən xəbərdarsınız. Qısası, mənim ixtisasım üzrə işləmədiyimi əlində rəhbər tutub, tutduğum vəzifədən ayrılmağımı ciddi cəhdlə tələb edən Mədəniyyət Nazirliyinin sektor müdiri Böyükxanım Talıbovanın bacısı Sona Talıbova Akademik Musiqili Teatrında çalışırmış. Özü də ən starateji vəzifədə, ən yüksək əməkhaqqı ilə. Düzdür, çalışa bilər. Burada qəbahət yoxdur. Öyrəndiyimə görə S. Talıbova indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif işinin təşkili ixtisasından məzundur. Təhsilini başa vurduqdan sonra 35 il heç bir yerdə işləməyən bu xanım, nə hikmətdirsə, bacısı B. Talıbova Mədəniyyət Nazirliyinin teatr sektoruna müdir təyin olunan kimi vacib kadra çevrildi. Beləcə, Akademik Musiqili Teatrın starateji baxımdan ən yüksək postuna (Prodüser şöbəsinin meneceri) gətirilib.
Bilirsiniz ki, menecer ixtisası yerli və beynəlxalq əməkdaşlıq baxımından vacib postdur. Bunun üçün sənin bilik və bacarığından savayı, həm də geniş əlaqə və təcrübən olmalıdır. Heç olmasa teatr sahəsində. Hələ, idarəetməni demirəm.
Teatr meneceri kimdir? Özüm bu ixtisas üzrə ölkə xaricində təhsil aldığım üçün təsnifatını təxmini verəcəm.
Teatr meneceri teatrın bütün yaradıcı, inzibati və təşkilati proseslərini idarə edən şəxsdir. O, həm sənət adamları ilə işləyir, həm büdcəni, reklamı, tamaşa cədvəllərini, həm də tamaşaçı ilə teatr arasındakı əlaqəni qurur. Bu, öz yerində.
Yaxşı, teatr meneceri ilə mədəni-maarif işçisi arasındakı fərq hansılardlr?
Teatr meneceri – konkret bir təşkilatı (teatrı) idarə edir. Məqsəd: tamaşaların uğuru, teatrın inkişafı, tamaşaçı auditoriyasının artması.
Mədəni-maarif işçisi – sosial-mədəni sahəyə xidmət edir- (klublar, mərkəzlər, tədbirlər). Məqsəd: maarifləndirmə, mədəniyyətin təbliği.
Gəldik əsas məsələyə. Hörmətli Böyükxanım xanım, demək ki, yaxın qohum olaraq eyni sistemdə, hətta ümumi rəhbərliyiniz altında çalışmaq olar. Yəni, məsələ və ona münasibət fərdlərə görə dəyişir?! Xülasə “Yetimin əlində qoğal əcaib görünür”...
Saida Hagverdiyeva
TEREF
Kainat.tv
Böyükxanım Talıbova “Yetimin əlində qoğal əcaib görünür” eləmi? - Mədəniyyət Nazirliyində nə baş verir?
19
noyabr
12:02
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Mədəniyyət Nazirliyindəki qoçular ...” – Rejissoru boşanmağa nə vadar edib?
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? - İLGİNC
Suraxanı məhkəməsindən saxtakarlıq - hakimdən Mehriban Əliyevaya şikayət edildi
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ