Azərbaycan Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyində əməkdaşlara xüsusi rütbələrin verilməsi prosesi uzun müddətdir müzakirə mövzusudur.
Apardığımız araşdırmalara görə, bəzi əməkdaşlar illərlə inspektor vəzifəsində çalışsalar da, hələ də ilkin rütbə ilə təmin olunmayıblar. Bu praktika isə xidmətin əsas prinsipləri - bərabərlik, şəffaflıq və ədalət prinsipləri ilə uzlaşmır. Məlumata görə, DGK sədri Şahin Bağırov “Azərterminalkompleks”də ilkin rütbələrin verilməsinə ikili standartlarla yanaşır. Yəni müəyyən dövrlərdə yalnız bir qisim əməkdaşlar ilk rütbə alır, digərləri isə illərlə gözləməli olur. Onsuzda illərlə hüquqları pozulmuş bu əməkdaşlar niyə eyni vaxtda rütbə ilə təmin edilmirlər? Niyə vaxtı keçmiş ilkin rütbələr mərhələli şəkildə verilir? Bu “seçmə üsulu” hansı meyarlarla aparılır? Təəssüf ki, suallarımıza cavab almaq üçün dəfələrlə DGK rəhbərliyinə şifahi və yazılı müraciət etsək də, nəticəsiz qalıb.
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” inspektor vəzifəsində çalışan əməkdaşlara xidmətə qəbul olunduqdan ən geci 6 ay (sınaq müddəti) sonra ilkin rütbə verilməsini nəzərdə tutur. Əgər əməkdaş illərlə bu statusdan kənarda qalırsa, artıq hüquqi və inzibati ziddiyyət yaranır. Eyni vəzifədə çalışan, eyni funksiyanı icra edən əməkdaşlardan bəzilərinə rütbə verilib, digərləri isə uzun illərdir “rütbəsiz inspektor” kimi fəaliyyət göstərir. Bu fərqli münasibət həm əmək qanunvericiliyinin bərabərlik prinsipinə, həm də gömrük xidmətində şəffaf idarəetmə anlayışına kölgə salır.
Əmək Məcəlləsinin 16 və 25-ci maddələrinə əsasən, eyni əməyə görə bərabər münasibət və ayrı-seçkiliyin yolverilməzliyi prinsipi bütün sahələrdə təmin edilməlidir. Əgər eyni hüquqi statusa malik əməkdaşlar arasında rütbə verilməsi fərqli meyarlara əsaslanırsa, bu, qanunvericiliyin ruhuna uyğun deyil.
Rütbə sadəcə formal status deyil, dövlətin öz əməkdaşına etimad rəmzidir. Əgər bu etimad birinə dərhal, digərlərinə illərlə sonra göstərilirsə, deməli, “Azərterminalkompleks”də rütbə verilməsi mexanizminin yenidən tənzimlənməsi və şəffaflaşdırılması zəruridir.
seherqazeti.az
Kainat.tv
“Azərterminalkompleks”də ilkin rütbə məsələsi: uzun illər rütbəsiz işləyən əməkdaşlar sual altındadır
12
noyabr
09:41
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub-
BAKI BAŞ GÖMRÜK İDARƏSİNİN ŞAHI - ELMİR RAMAZANOV VƏ XAN - VƏZİR HƏSƏNOV -İLGİNC FAKTLAR
GÖMRÜKDƏ MİLYONLAR NECƏ TALAN EDİLİR… – Yaxud “tam şəffaf” işlədiyini iddia edən Şahin Bağırov qızıl stəkanı kimdən və nə məqsədlə hədiyyə alıb?..
Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq hədiyyəsi 2-ci YAZI
Gömrük sistemində RÜTBƏ ƏDALƏTSİZLİYİ
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ