NDU-nun keçmiş retkoru İsa Həbbibəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pulu və qiymətli əşyaları fırıldaqla ələ keçirilib. Hadisədən sonra polis təhqiqata başlayaraq, bu pulların hansı yollarla Almaniyaya gətirilməsini araşdırır.
Günay Məsimovanın yaxınlarına verdiyi məlumata görə, bankdakı seyfində 790 min avro dəyərində dollar və brilliyant, 330 min avro pul olub. Pullarını və qiymətli əşyalarını ələ keçirən isə, onun Almaniyada yaşayan tanışı F.M. olub. O, pulları götürüb aradan çıxa bilsə də, polis qiymətli əşyaların bir hissəsini tapıb və məsələ aydınlaşana kimi müsadirə edib. Pulun dəqiq məbləği ilə bağlı rəsmi məlumat yoxdur.
Pulun və qiymətli əşyaların mənbəyini örənmək üçün Nürnberqdə araşdırma başlanılsa da, Günay Məsimova qaçdığından, işi başa çatdırmaq mümkün olmayıb.
Bu ilin əvvəlində baş verən hadisə ictimaiyyətdən gizlədilməyə çalışılsa də, „Gündəlik Naxçıvan“ın araşdırmaları bəzi məqamları üzə çıxara bilib.
Araşdırmalarımız zamanı bəlli olub ki, Günay Məsimova Almaniyada saxta evliklik vasitəsi ilə yaşama hüququ alıb. Bundan sonra o, dəyəri 1 milyon avro olan villa və mənzil alıb. Villanın ünvanını dəqiqləşdirə bilməsək də, mənzil Berlin şəhr Kohulfurter küçəsində yerləşir.
Oğurluq hadisəsinin qısa təfərrüatı: "Günay Məsimova ötən ilin iyununda Bakıdan Almaniyaya gətirdiyi pullarını və qiymətli əşyalarını Nürnberqdə yaşayan tanışı F.M. vasitəsi ilə Sparkasse bankında seyfə qoymaq qərarına gəlib. Almaniyada bu cür seyflər qiymətli sənədlər və 10 min avro dəyərinə kimi qiymətli əşyalar üçün nəzərdə tutulsa da, bankın seyfləri açıb, yoxlamaq hüququ yoxdur.
Günayla görüşməzdən öncə F.M., bankın Fürth filialında dostlarından birindən xəbərsiz onun adına seyf hesabı açıb. O daha bir seyf hesabı da Günay Məsimovanı adına açıb və kartını özünə verib. Banka gəldikdən sonra F.M. ona güvənən Günayı aldadaraq, pulları onun yox, dostunun seyfinə qoyub.
Yanvar ayında brilyant qaşlı qızıl saatlarından birini görtürmək üçün banka gələn Günay Məsimova seyfinin boş olduğunu görüb. Telefon əlaqəsi saxladıqdan sonra Günay, F.M.-nin onu aldatdığını, pulu onun yox, dostunun adına olan seyfə qoyduğnu, bir müddət sonra isə götürüb, pribaltika ölkələrindən birinə qaçdığını öyrənib.
O, pullarının mənbəyinin soruşulacağını bildiyindən, oğurluq barədə polisə məlumat vermədən Bakıya qaçıb. Lakin, F.M-nin aldadaraq adına gizli hesab açdığı Almaniyada yaşayan dostunun atası Ələsgər Vəliyev bütün olanlarla bağlı polisə məlumat verib. Polis zinət əşyalarından bəzisini tapa bilsə də, pullarla bağlı dəqiq məlumat toplaya bilməyib."
Bir ucu Azərbaycana gedib çıxan hadisə bununla bitməyib. Günay Məsimova polisə məlumat verən atadan qisas almaq üçün Bakıda hüquq mühafizə orqanlarından istifadə edib. İyun ayında istirahət üçün Bakıya gedən Ələsgər Vəliyevin həyat yoldaşı Amaliya Vəliyeva aeroportda saxlanılaraq, bu idarəyə aparılır. Daha sonra ondan tələb ediblər ki, 500 min manat dəyərində olan Heydər Əliyev prospektindəki evlərini Günay Məsimovanın adına keçirsin. Bundan sonra onun Azərbaycandan çıxışına da qadağa qoyulub. Davamlı həbslə hədələnən Amaliya Vəliyeva sonunda evi Günayın adına keçirməklə razılaşmağa məcbur olub. Nəhayət, bundan sonra onun ay yarımlıq girovluğu başa çatıb və ölkədən çıxışına icazə verilib.
Yaxın günlərdə bu məsələni təfərrüatı ilə diqqətinizə çatdırmağa çalışacağıq.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
Mənbə: Gündəlik Naxçıvan
Kainat.tv
İsa Həbibbəylinin qızının Almaniyada olan bank hesabından 1 milyon pul oğurlanıb
20
oktyabr
20:57
Qarabağ
OXŞAR XƏBƏRLƏR
ABB-nin kassiri həbsdədir, amma “Makler İsa”dan xəbər yoxdur - Məmur qohumu, kriminal əlaqələr...
“Bank Respublika“ batır? – Vətəndaşların bankdakı pulları yox olur, hesabatlar gizlədilir…/DETALLAR
Media nümayəndələri təltif edildi - Siyahı
ÖMÜRLÜK HƏBS: Bakıda aktyor və arvadının qətlinin TƏFƏRRÜATI
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ