Parlamentdə, icra hakimiyyətlərində, nazirliklərdə, hüquq-mühafizə orqanları və s. qurumlarda bu universitetin diplomunu daşıyanlarların attestasiyasını kim aparacaq?
Respublikainfo.com Media Qrupu xəbər verir ki, vaxtilə Elşad Abdullayevin hakimiyyətdəki məlum korrupsiya əlaqələri sayəsində “ərsəyə gətirdiyi” və saxta diplom, keyfiyyətsiz təhsil, açıq rüşvət ocağı olmuş Azərbaycan Beynəlxalq Universitetinin Azərbaycan təhsil sisteminə vurduğu ziyan hələ də özünü göstərməkdədir.
Bu gün Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: Peşəkar Müəllim – Keyfiyyətli Təhsil” mövzusunda keçirilən tədbirdə bir sıra maraqlı rəqəmlər açıqlayıb. Onun dediyinə görə, müəllimlərin attestasiyası nəticəsində 8 min müəllim bilik səviyyəsinin aşağı olması səbəbindən işdən azad edilib. O qeyd edib ki, xarici dil müəllimlərinin yalnız 12%-i sertifikat imtahanlarından uğurla keçib.
Bir sıra ərazilərdə vəziyyət xüsusilə qorxuncdur. Belə ki, Astarada hər üç xarici dil müəllimindən birinin əmək müqaviləsinə attestasiyadan keçmədiyi üçün xitam verilib. Ümumilikdə proses başlayandan bu kateqoriyadan olan 1657 müəllim vəzifəsindən azad edilib.
Lakin məsələ ondadır ki, Beynəlxalq Universitetin məzunları təkcə təhsil deyil, bütünlükdə dövlət idarəçilik sistemindədirlər. İcra hakimiyyətləri, nazirliklər, komitələr, hüquq-mühafizə orqanları, məhkəmələr və s. qurumlar həmin universitetin diplomunu daşıyanlarla dolub daşır. Elə parlamentin özündə bu universiteti bitirən nə qədər deputat olub və var. Təhsil sistemini başa düşdük, orada aparılan attestasiyalar belələrini müəyyən edib kənarlaşdırmağa imkan verir. Bəs, dövlət idarəçilik sistemindəki bütün bu “kadrlar”ın attestasiyasını kim aparacaq?
Ümumiyyətlə, Azərbaycandakı idarəçilik sistemi saxta diplomlu, ali təhsili şübhə doğuran şəxslərin müxtəlif vəzifələrə, dövlət qulluğuna götürülməsinə niyə indiyə qədər göz yumub? Təbii ki, əksər hallarda bu adamların diplomları kimi, işə götürülməsi prosesi də “korrupsiya dəyirmanı”ndan keçib...
Parlamentdə, icra hakimiyyətlərində, nazirliklərdə, hüquq-mühafizə orqanları və s. qurumlarda bu universitetin diplomunu daşıyanlarların attestasiyasını kim aparacaq?
Respublikainfo.com Media Qrupu xəbər verir ki, vaxtilə Elşad Abdullayevin hakimiyyətdəki məlum korrupsiya əlaqələri sayəsində “ərsəyə gətirdiyi” və saxta diplom, keyfiyyətsiz təhsil, açıq rüşvət ocağı olmuş Azərbaycan Beynəlxalq Universitetinin Azərbaycan təhsil sisteminə vurduğu ziyan hələ də özünü göstərməkdədir.
Bu gün Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: Peşəkar Müəllim – Keyfiyyətli Təhsil” mövzusunda keçirilən tədbirdə bir sıra maraqlı rəqəmlər açıqlayıb. Onun dediyinə görə, müəllimlərin attestasiyası nəticəsində 8 min müəllim bilik səviyyəsinin aşağı olması səbəbindən işdən azad edilib. O qeyd edib ki, xarici dil müəllimlərinin yalnız 12%-i sertifikat imtahanlarından uğurla keçib.
Bir sıra ərazilərdə vəziyyət xüsusilə qorxuncdur. Belə ki, Astarada hər üç xarici dil müəllimindən birinin əmək müqaviləsinə attestasiyadan keçmədiyi üçün xitam verilib. Ümumilikdə proses başlayandan bu kateqoriyadan olan 1657 müəllim vəzifəsindən azad edilib.
Lakin məsələ ondadır ki, Beynəlxalq Universitetin məzunları təkcə təhsil deyil, bütünlükdə dövlət idarəçilik sistemindədirlər. İcra hakimiyyətləri, nazirliklər, komitələr, hüquq-mühafizə orqanları, məhkəmələr və s. qurumlar həmin universitetin diplomunu daşıyanlarla dolub daşır. Elə parlamentin özündə bu universiteti bitirən nə qədər deputat olub və var. Təhsil sistemini başa düşdük, orada aparılan attestasiyalar belələrini müəyyən edib kənarlaşdırmağa imkan verir. Bəs, dövlət idarəçilik sistemindəki bütün bu “kadrlar”ın attestasiyasını kim aparacaq?
Ümumiyyətlə, Azərbaycandakı idarəçilik sistemi saxta diplomlu, ali təhsili şübhə doğuran şəxslərin müxtəlif vəzifələrə, dövlət qulluğuna götürülməsinə niyə indiyə qədər göz yumub? Təbii ki, əksər hallarda bu adamların diplomları kimi, işə götürülməsi prosesi də “korrupsiya dəyirmanı”ndan keçib…
Yeri gəlmişkən, qeyd edək ki, hazırda da ABU-nun “yolunu” davam etdirən universitetlər var. Belələrinin sırasında ən çox adı keçən Azərbaycan Kooperasiya Universitetidir. Azərbaycanda Elm və təhsil naziri başda olmaqla, bu universitetdə təhsilin və korrupsiyanın hansı vəziyyətdə olduğunu bilməyən yoxdur. Ancaq ABU-nun məzunlarından gileylənən nazir eyni vəziyyətdə olan sözügedən universiteti “görmür”. Ona görə də bilmək olmur, kimdən kimə şikayət edir? Uzun illərdir mətbuat bu universitetdəki rüşvətdən, özbaşınalıqdan, təhsilin bərbad vəziyyətindən yazmaqdan yorulub. Ancaq buna məhəl qoyan yoxdur.
Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Baxış iclası sentyabrın 2-nə təyin edilib. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, mayın 2-si Abdullayev Elşad İslam oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək Baş Prokurorluğun İstintaq idarəsinə çağırılıb. Çağırışa gəlməyən E.Abdullayev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın yekununda E.Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub.(Respublikainfo.com)
Kainat.tv
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
30
sentyabr
10:29
Qarabağ
OXŞAR XƏBƏRLƏR
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”... - Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Sabiq rektor Elşad Abdullayevin özündən və Sarkisyanın qızına 4.5 milyon verən oğlundan XƏBƏR VAR - Saxlanılıb, Bakıya TƏHVİL VERİLİ?/FOTO
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -Emin Əmrullayevə MÜRACİƏT
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ