Xəbər verildiyi kimi, bir müddət əvvəl Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” yenə saxta sağlamlıq arayışı qalmaqalı ilə gündəmə gəlmişdi. Vətəndaş Qurbanova Zərxanım İlqar qızı saytımıza müraciətində bildirmişdi ki, adıçəkilən tibb müəssisəsində 40 manat müqabilində ona heç bir yoxlanışdan keçmədən sağlamlıq kağızı təqdim olunub. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Qurbanova Zərxanım İlqar qızına “General Hospital” (SEYMUR-M MMC) tərəfindən sağlamlıq haqqında “Tibbi arayış”ın verilməsi ilə bağlı iddialar nəzərə alınaraq, 15-16 sentyabr 2025-ci il tarixlərində sözügedən özəl tibb müəssisəsində plandankənar (növbədənkənar) yoxlama aparılıb.
Yoxlama nəticəsində aşağıdakı ciddi nöqsanlar aşkar edilib:
– Sağlamlıq haqqında verilmiş “Tibbi arayış”da (F086) möhürdə adı olan həkimlər müəssisənin rəsmi işçi siyahısında olmayıb, mütləq vacib ilkin tibbi müayinələr aparılmayıb;
– İlkin və dövri tibbi müayinələr üzrə həkim komissiyaları yaradılmayıb;
– “Tibbi arayış” qeyri-səlahiyyətli şəxslər tərəfindən imzalanıb;
– Məsul şəxslərdən bəzilərinin sertifikasiyası yoxdur;
– “Tibbi arayışların qeydiyyat kitabı” (F034) aparılmır.
Bununla yanaşı müəssisədə digər ciddi çatışmazlıqlar da müəyyən olunub:
– Bir sıra sahələrdə sanitar-epidemioloji tələblərə riayət edilmir, lisenziyadan kənar fəaliyyət (rentgenoloji, cərrahi stomatoloji) aparılır;
– Sterilizasiya prosesləri tələblərə uyğun deyil, istifadə edilən tibbi avadanlıqlar yararsız vəziyyətdədir;
– Laboratoriya müayinələri müvafiq ixtisaslı mütəxəssis olmadan həyata keçirilir;
– Avadanlıqların uyğunluğunu təsdiq edən sənədlərin müddəti bitmişdir;
– Ionlaşdırıcı şüa mənbələri üzrə FHN-nin icazəsi və pasport sənədləri mövcud deyil;
Rəsmi işçi siyahısında olmayan şəxslərin praktik tibbi fəaliyyətlə məşğul olduqları aşkar edilib.
Aşkar edilən faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə inzibati protokol tərtib olunaraq məsələ icraata yönləndirilib.
Əlavə olaraq qeyd edirik ki, bu müəssisədə aparılan əvvəlki yoxlamalar zamanı da oxşar nöqsanlar müəyyən olunub, lakin onların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməyib. Mövcud vəziyyət nəzərə alınaraq “General Hospital”ın fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun daha ciddi tədbirlərin görülməsi üçün məsələ aidiyyəti üzrə göndərilib.
Kainat.tv
“General Hospital”da biabırçı nöqsanlar aşkarlandı – RƏSMİ
25
sentyabr
11:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Azərbaycanda plastik cərrah olmaq üçün 11 il lazımdır – Bəs, saxta sənədləri kim verir? - ARAŞDIRMA
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır?
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ