Digər tərəfdən, redaksiyamıza "Körpü" nəşriyyat evi ilə bağlı olduqca maraqlı məlumatlar daxil olub. Daxil olan məlumata görə, "Körpü" nəşriyyatı Şahbazov Akif Səfər oğluna məxsusdur. Adıçəkilən şəxs özü Sumqayit bələdiyyəsində sədr müavini vəzifəsində çalışır. Bakı şəhəri, eləcə də Gəncə, Quba, Şamaxı və Azarbaycanın digər bütün bölgələrində məktəb direktorları müəllimlərə göstəriş verir və onlar da bu kitabı şagirdlərə məcburi şəkildə satırlar.
Qeyd edək ki, "Körpü" nəşiryatı tərəfindən çap edilən və hazırlanan bu kitab 1; 2; 3; 4-cü siniflər üçün Azərbaycan və rus bolmələri üzrə dərs vəsaitidir. Kitab məktəbliyə dəstək adı ilə şagirdlərə məcburi şəkildə satılır. Kitab çox keyfiyyətsiz hazırlandığından, eləcə də içərisində olan testlər düzgün yazılmadığından, üstəlik məktəb proqramına uyğun olmadığından valideynlər tərəfindən narazılıqla qarşılanır. Buna görə də, redaksiyamıza məsələ ilə əlaqədar gün ərzində onlarla şikayət məktubu daxil olur. Maraqlı sual isə 100 minlərlə pul qazanan "Körpü" nəşriyyatının dövlətə vergi ödəyib-ödəməməsi ilə bağlıdır. Görəsən, nəşriyyatın kitab çap etmək üçün lisenziyası və ya icazəsi varmı?
Digər bir maraqlı fakt isə nazir Emin Əmrullayevin həyat yoldaşı ilə bağlıdır. Belə ki, hörmətli nazirin həyat yoldaşı Britaniyada bahalı ali təhsil müəssisələrindən olan "Cambridge Judge Business School"da oxuyub. Hnası ki, bu təhsil ocağının illik qiyməti 63 min funt-sterlinqdir. Ancaq bu ödənişin mənbəyinin haradan olması ilə bağlı heç bir məlumat yoxdur. Görünür Emin Əmrullayev həyat yoldaşının təhsil haqqını məhz bu kitabları kasib ailələrin övladlarına məcburi şəkildə satdırmaqla ödəyir. "Körpü" nəşriyyat evi isə bu işdə hörmətli nazirə xidmət göstərir. Əks halda dövlət tərəfindən pulsuz kitablarla təmin olunan məktəblərə əlavə vəsaiti niyə məcbur şəkildə satdırsınlar ki? Ümid edirik ki, nazirlik yayılan bu iddialara münasibət bildirəcək və məsələ aydınlaşacaq.



TehsilMedia.az
Kainat.tv