Azərbaycanda yüksək vəzifəli məmurların və oliqarxların ölkə iqtisadiyyatına problem olması yeni məsələ deyil. Hətta Strateji Yol xəritələri hazırlananda (2016-cı il) bu məsələ sənədlərdə əksini tapıb. On illərdir Azərbaycanda məmur biznesi ilə mübarizədən geniş danışılır. Lakin məmurların iş adamlarına yaratdığı problemlə bağlı ciddi tədbirlər görülmür. Məhz bunun nəticəsidir ki, dövlətin ayırdığı vəsaitlərdən daha çox bu məmurların çətiri altında olan biznes qurumları faydalanırlar, üstəlik, onlar inhisar yaradaraq ölkədə biznesin inkişafına ciddi şəkildə mane olurlar. Belə bir inhisarçılıq Rusiyaya ixrac edilən kənd təsərrüfatı malları ilə bağlı ortaya çıxıb.
Bununla bağlı cumhuiriyyet.az-a daxil olan məlumata görə, TST Rüfət kimi tanınan şəxs bu sahə üzrə tam monopoliya həyata keçirir və onun himayəsindən kənarda olan iş adamlarını təhdid edir. Rəsmi qurumlar tərəfindən qorunduğunu iddia edən bu şəxs tək monopoliyası ilə deyil, həm də dövlət maraqlarına ciddi zərbə vurması ilə tanınıb. Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Gömrük İdarəsinin sabiq rəisi Rauf Rzayevlə sdıx əməkdaşlıqda olan TST Rüfət kənd təsərrüfatı məhsulu ixrac etmək istəyən sahibkarlar qarşısında keçilməz səd yaratmışdı. Ali məhkəmənin sabiq sədri Ramiz Rzayevin qardaşı Rauf Rzayevlə birləşən TST Rüfət kənd təsərrüffatı məhsullarının ixrac zamanı sahibkarlara qanundan kənar süni maneələr yaradırdı. O vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ixrac olunan malların invoys dəyərini qanunsuz olaraq qaldırırdı. Bundan başqa adətən sahibkarlar öz məhsullarını Rusiyada gömrük rəsmiləşdirilməsini özləri edirlər. Bu da Rusiyada malların idxalı zamanı Azərbaycandan suni şəkildə ixrac olunmuş malların dəyərinə görə 20 % əlavə dəyər vergi ödəyirlər ki, həmin xərclər Azərbaycan vətəndaşının şəxsi vəsaitindən, dolayı yoldan valyutanın ölkədən kənara axınına və Rusiya Federasiyasının büdcəsinə axır. Göründüyü kimi, gömrük əməkdaşları qanunsuz olaraq invoys dəyərini qaldırılması ilə Azərbaycan Respublikasının daxilində 5-ci kalona və Azərbaycan sahibkarlarının əli ilə Rusiya Federasiyasının dövlət büdcəsini doldurulmasına xidmət edirlər…
Sonradan bu şəbəkə ifşa olundu və bu sistemlə işləyən bəzi ixracatçılar həbs olundu. Belə ki, bir il öncə, Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib.
Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib. Maraqlıdır ki, bütün bu prosesin arxasında duran TST Rüfət azadlıqda qalıb.
Kainat.tv
Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
12
sentyabr
15:24
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Azərbaycanda kino sahəsini FETÖ tam ələ keçirmək istəyir!
General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Əsgər yeməyinə göz tikən KORRUPSİONER —Səfər Əbiyevin BİZNES İMPERİYASI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ