Redaksiyamıza gələn şikayətə görə həbsxanada olan şəxsin evi saxta üsullarla əlindən alınıb
Bakufakt xəbər verir ki, şikayətçi Babayev Natiq Əlamət oğlu iddia edir ki, ona və digər 4 qardaşına məxsus ata evi Orxan adlı makler tərəfindən qanunsuz yolla mənimsənilib. Bu qanunsuz əmələ qardaşlardan birini də ortaq edən Orxan avara və tüfeyli həyat sürən Babayev Nazimi narkotik maddə almasına kömək etmək adıyla aldadaraq bir neçə min manatla yoldan çıxarıb. Həmin qardaş da digər 4 qardaşın razılığını almadan qanunsuz formada evi sözügedən maklerə təhvil verib.
Şikayətçinin iddiasına görə Orxan evi almadan, heç bir ödəniş etmədən qardaşların evini zəbt edib, saxta sənədlər düzəldərək evin özünə məxsus olması haqqında sənədi əlində sübut kimi göstərərək başqa bir şəxsə evi satıb. Həmin şəxs isə maklerin həqiqi deyil saxta sənədlə evi ona satdığından xəbərsizdir. "Evin yeni sahibi"-ni bütün proseslərdən uzaq tutaraq digər qardaşların onunla əlaqə saxlayıb məsələnin əslini bildirmələrinin qarşısını almağa cəhd etməkdədir.
Digər tərəfdən isə makler evin satılmasını istəməyən 4 qardaşı isə fərqli yollarla təhdid edərək özünü hökümətə və nazirlərə yaxın adam olduğunu, ona heç kimin heç nə edə bilməyəcəyini, qardaşların məhkəməyə müraciət edəcəyi təqdirdə hökümətdəki ona yaxın olan nazirlər tərəfindən yoluna qoyulacağını deyərək nazirlərin adından istifadə etməyə çalışır.
Prezidentə yaxın olan şəxslərin nüfuzundan istifadə etməyə çalışan bu Orxan adlı şəxsi araşdırdıqda məşğul olduğu bir neçə qanunsuz biznesi ortaya çıxdı. Belə ki, bu şəxs gizli yolla ölkədə qeyri-qanuni "kazino" oyunları oynadır, müxtəlif şəxsləri kazinoya çəkərək böyük pulları dövriyyəyə buraxır. Bu isə Azərbaycan Qanunvericiliyində çirkli pulların yuyulması maddəsi ilə cinayət törətməsi anlamına gəlir.
Şikayətçinin iddiasına görə Orxan adlı şəxsin "qara-qura" işləri bununla yekunlaşmır. Belə ki, şikayətçi iddia edir ki, Orxan qanuni oğrulardan birinə arxalanaraq qardaşları təhdid etməyə çalışır. Canının təhlükəyə girmə ehtimalını nəzərə alaraq həmin qanuni oğru kimi özünü tanıdan şəxsin adını vermək istəməyən şikayətçi həmin qanuni oğru tərəfindən öldürüləcəyi təhdidlərini Orxandan eşitməkdə davam etdiyini bildirir.
Şikayət edən qardaşlardan biri olan Natiq isə hal-hazırda həbsxanadadır və öz hüquqlarını azad şəkildə qorumağ və özünə və digər qardaşlarına aid olan evi mənimsəyən Orxandan geri almaq imkanlarının məhdud olduğunu bildirir. Onun bildirdiyinə görə Orxan məhz onun həbsxanada olmasından istifadə edərək ona məxsus olan haqqları ələ keçirməyə çalışır. Şikayətçi bildirir ki, bu Orxanın etdiyi yeganə dələduzluq deyil və o zaman-zaman həbsxanada olan şəxslərin evlərini mənimsəyərək saxta sənədlərlə evlərini sataraq külli miqdarda maliyyə əldə edib. Adında olan qeyri-qanuni biznesləri də dələduzluq etdiyi şəxslərin evini zənt edib satmaqla qazandığını iddia edən Babayev Natiq köməksiz və çarəsiz durumda olduğu üçün bu məsələnin həllində Azərbaycanın müvafiq orqanlarından kömək istəyir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarına, Baş Prokuror Kamran Əliyev cənablarına, Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına və Əhmədov Fərid cənablarına üzünü tutan məhbus Babayev Natiq onlardan kömək istəyir.
Biz isə Bakufakt.az olaraq aidiyyəti qurumları tədbir görməyə və Orxan adlı bu şəxsin qeyri-qanuni əməllərini araşdırmağa dəvət edirik. Bu və digər şəxslər Orxan tərəfindən dələduzluğa məruz qalmaması üçün bu şəxsin məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlara müraciət edərək məsələnin həlli istiqamətində kömək etməklərini xaiş edirik
Bakufakt.az
Kainat.tv
Hökümət rəsmilərinin adından istifadə edərək zor durumda olan şəxsin evini əlindən alan "makler" Orxan kimdir?
05
sentyabr
11:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Media nümayəndələri təltif edildi - Siyahı
Polisin axtardığı oliqarx oğlundan susdurma müqaviləsi tək barışıq sazişi – İLGİNC TƏFƏRRÜAT
Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb-Şok görüntülər
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ