Seçkilərdə qalib gələn ABŞ prezidenti Donald Trampın komandası Ukrayna münaqişəsinə son qoymaq üçün yeni planı müzakirə edir.

Kainat.tv xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Materialda qeyd edilir ki, Trampın keçid administrasiyası “indiki cəbhə xəttini dondurmağı” və hərbsizləşdirilmiş zona yaratmağı, eyni zamanda Ukraynanın 20 il ərzində Şimali Atlantika Alyansına qoşulmaqdan imtina edəcəyi təqdirdə Kiyevi silahla təmin etməyi planlaşdırır. Lakin qəzetin mənbələri zonanın təhlükəsizliyini kimin təmin edəcəyi ilə bağlı suala cavab verməyib.

Trampın komandasının adı açıqlanmayan üzvü ABŞ-ın “Amerikalı kişi və qadınları Ukraynada sülhü qorumaq üçün” göndərmədiyini vurğulayıb və bunu fransız, polyak, ingilis və almanların etməsini təklif edib. //Publika.az