“Balaxanı Operating Company” LTD şirkəti tez-tez cərimələnir. Son aylarda bu yöndə xeyli xəbərə rast gəlmək olur. Bu da medianın diqqətini cəlb etməkdədir. Məlum olur ki, şirkət müxtəlif qanun pozuntularına yol verir. Halbuki məhkəmə qərarları olmasa, belə adda kompaniyanı kimsə tanımaz.
Anxeber.az bildirir ki, sonuncu belə fakt Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən su obyektlərində aparılan nəzarət tədbirləri nəticəsində üzə çıxarılıb. Belə ki, şirkətin fəaliyyətində qanunsuzluqlar aşkar edilib.
SİMDNX-dan verilən məlumata görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat gölündə adıçəkilən şirkət tərəfindən bərk və qarışıq süxurlar daşınaraq gölün doldurulması həyata keçirilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Sabunçu rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmin qərarına əsasən, “Balaxanı Operating Company” LTD şirkəti təqsirli bilinərək barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilib.
Bu ilin yanvarında da "Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialı məhkəməyə verilib.
Şirkətlə bağlı Yasamal rayon Məhkəməsinə müraciəti qurumun keçmiş prezidenti Walker James Alan edib.
Daha əvvəl media yazmışdı ki, Sabunçu rayonunda Nazim adlı şəxs Balaxanı Əməliyyat Şirkətinin (keçmiş Balaxanı Neft-Qaz Çıxarma İdarəsi) Kərəm adlı əməkdaşı ilə əlbir olaraq şirkətin ərazisinə aid torpaqların üstündə fərdi evlər tikib satmaqla məşğuldur. Son olaraq Zabratda bu faktın ifşa edilməsi göstərir ki, şirkət hansı əməllərin sahibidir.
Sosial mediada o da yazılır ki, şirkət işçilərin maaşlarını gecikdirir və ya tam ödəməkdən imtina edir.
İnsan hüquqları və ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların hesabatlarında Azərbaycandakı bəzi neft sektorunda çalışan şirkətlər — o cümlədən “Balaxanı Operating Company” — işçi hüquqları, əməyin mühafizəsi və ekoloji standartlara laqeyd münasibət səbəbilə tənqid olunub. (Mənbə: Business & Human Rights Resource Centre).
Qeyd edək ki, şirkətin rəhbəri Rövşən Rzayev, vitse-prezidentləri Əli Həsənli və Əhməd Kələşov göstərilir. Bir müddət əvvəl mətbuatda yayılmış xəbərlərə görə, ağır sənayedə, küləkdə, qızmar günəş altında, yağışda çalışan usta, fəhlələr ayda 1000-1500 manat maaş alır, amma Əli Həsənli iki ildir şirkətdə “operativni şöbə” açıb. Bu şöbədə yaxınlarını işə götürüblər. Hər ay 2000-3000 məvacib yazılan bu şəxslərin maaşlarının 50 faizi nağdlaşdırılaraq şöbənin rəisinə çatdırılır. O da öz növbəsində yığılan pulları şirkətin rəhbərliyinə verir.
Qeyd edək ki, “Balakhanı Operating Company LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı 2012-ci ildə «Balaxanıneft» NQÇİ-nin bazasında yaradılıb.
Anxeber.az
Kainat.tv
Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
18
avqust
14:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyəti aşkarlandı
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? -ARAŞDIRMA
Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ