Elm və Təhsil Nazirliyi – adı dəyişsə də, mahiyyəti dəyişməyən, illərdir sistemli problemlərlə boğuşan və bu problemləri həll etmək əvəzinə onları ört-basdır etməyə çalışan bir qurum olaraq qalır. Təhsildə islahat görüntüsü yaradılır, amma reallıqda bu sistem hər gün biraz da daha dərin uçuruma sürüklənir. Məzmun yoxsulluğu, idarəçilik xaosu, məsuliyyətsizlik, korrupsiya və ictimaiyyətə qarşı saymazyanalıq – nazirliyin gündəlik fəaliyyət kodudur.
"DogruXeber.az" olaraq apardığımız araşdırmalar göstərir ki, təhsil sahəsində son iki ildə aparılan “sertifikasiya imtahanları” əslində müəllimləri stimullaşdırmaq yox, aşağılamaq və prosesdən kənarlaşdırmaq məqsədi daşıyır. Keçən ilki imtahanlarda sistematik texniki nasazlıqlar, cavab kartlarının səhv yoxlanması, nəticələrin gecikdirilməsi və hətta bəzi müəllimlərin cavablarının “itməsi” iddiaları ciddi narazılıq yaratmışdı. Amma bu il vəziyyət daha acınacaqlı oldu: imtahandan əvvəl sistemə girişdə çətinliklər, imtahan günü texniki çökmələr, bəzi müəllimlərin 1-2 səhv cavaba görə aşağı nəticə göstərilməsi, sertifikasiyadan keçənlərin belə maaş artımı vədini ala bilməməsi iddiaları geniş narazılıq doğurdu.
Ən acınacaqlısı isə odur ki, bu problemlərə Elm və Təhsil Nazirliyi sanki kənardan müşahidəçi kimi yanaşır. Mətbuat xidmətinin fəaliyyəti isə faktiki yox səviyyəsindədir. Cəmiyyətin haqlı narazılığına cavab verilmədiyi kimi, jurnalistlərin, xüsusən də bölgələrdən yazan media qurumlarının sorğuları ya cavabsız qalır, ya da bürokratik şəkildə “araşdırılır” adı altında yubadılır. Nazirlikdə şəffaflıq anlayışı yoxdur. Təhsildə baş verən haqsızlıqlarla bağlı danışanlar, sosial şəbəkələrdə qaldırılan mövzular isə görməzdən gəlinir.
"DogruXeber.az" olaraq biz bu səssizlik divarını dəfələrlə sındırmağa çalışmışıq – lakin nəticədə susqunluq ilə məsələ yayındırılır.
Təhsil müəssisələrində rüşvət isə strukturlaşdırılmış formada davam edir. Müəllimlərin işə qəbulu zamanı, məktəb direktorlarının təyinində, valideynlərin uşaqları daha "yaxşı" sinifə yerləşdirməsi üçün "hörmət" etməsi halları kütləvi xarakter daşıyır. Hər kəs bilir, amma heç kim bu sistemi dəyişmək istəmir. Nazirlik isə bu mövzuda yalnız “araşdırma aparılır” cümləsi ilə özünü məsuliyyətdən kənarda saxlayır.
Eyni zamanda, məktəblərdə illik fondların yığılması, valideynlərdən rəsmi olmayan pulların tələb olunması, şagirdin məktəbə qəbulunda və ya attestat almasında belə “şirinlik” gözlənilməsi artıq adi hala çevrilib.
"DogruXeber.az" olaraq təəssüflə bildiririk ki, bu gün dövlət məktəbi ilə özəl məktəb arasında təkcə maddi fərq yox, həm də münasibət, keyfiyyət və etika fərqi yaranıb.
Nazir Emin Əmrullayevin rəhbərliyi dövründə sosial şəbəkələrdə aktivlik, müasir görüntü yaratmaq istəyi çox olub, amma dərin sistemli problemlərin həllində tam uğursuzluq var. Təhsil sahəsində aparılan siyasət sosial ədalət prinsipinə yox, daha çox görüntü və statistikaya əsaslanır. Bu yanaşma ilə nə müəllimlərə hörmət artır, nə şagirdlərin təhsil keyfiyyəti, nə də cəmiyyətin inamı bərpa olunur.
Hesab edirik ki, Elm və Təhsil Nazirliyi bu temp və məzmunla fəaliyyət göstərərsə, gələcək nəsillərimiz yalnız formal savadla böyüyəcək, amma düşünməyi, analiz etməyi, öz hüququnu qorumağı bacarmayan bir cəmiyyətə çevriləcək. Və bu təhlükə realdır. Çünki elm və təhsil yalnız bina tikməklə, STEAM otaqları açmaqla, dərsliklərin üz qabığını dəyişməklə inkişaf etmir. Bu sahə öncə əxlaqlı, məsuliyyətli idarəçilik tələb edir. Təəssüf ki, bu gün biz bunun tam əksini görürük.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Kainat.tv
“Şəffaflıq” şüarı altında gizlənən köhnə sistem – Təhsil niyə geriləyir?
01
avqust
12:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda kino sahəsini FETÖ tam ələ keçirmək istəyir!
Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? - MÜRACİƏT
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR // VİDEO + FOTO
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ